Bu qaxlı qadın 35 ildir ki, kişi işi ilə məşğuldur - VİDEO

Bu qaxlı qadın 35 ildir ki, kişi işi ilə məşğuldur - VİDEOQədim zamanlardan bu günümüzə kimi gəlib çatan nalbəndliyi indi yaşadanlar barmaqla sayılacaq qədər azdır. Adətən, bu sənətlə yalnız kişilər məşğul olsa da, biz indi bu sənəti yaşadan bir ailədən söhbət açacağıq. Bu ailədə həm ər, həm də onun xanımı nalbəndliklə məşğuldur. Qadın hara, nal hara, bənd hara? - artıq deməyəcəksiz.

ARB TV xəbər verir ki, Salahovlar ailəsinin Azərbaycanda yeganə dəmirçi ailəsi olmasını əbəs yerə demədik. Ola bilər ki, hansısa rayonda ata-oğuldan ibarət belə dəmirçi ailəsi olsun. Ancaq ömür-gün yoldaşına dayaq olaraq ağır çəkiclə incə əlləri ilə qalın dəmir parçalarını muma döndərən qadın çətin tapılsın.

Rübabə xanım 35 ildir Xanlar ustaya həm şagirdlik edir, həm də artıq bu işin ustasına çevrilib. Xanlar usta Şimal-Qərb bölgəsində nalbənd olaraq tanınır. 40 il öncə şagird kimi nalbənd Abdurəhman ustanın yanında öyrənib bu sənəti. Nalı atın ayağına vurmazdan əvvəl nalın hazırlanması da yüksək ustalıq tələb edir. Bu işi bir nəfər görə bilməz. Biri tutur, biri vurur. Sonda daş kömürün istiliyindən yumşalan dəmir parçası nal formasına düşür. Zərgər dəqiqliyi ilə hazırlanan nalların vurulmasında da elə bu dəqiqlik öz əksini tapmalıdır. Mıxlama zamanı ani bir səhv atın ayağına zədə vura bilər və at yerimə qabiliyyətini itirər.

Nal vurma təqribən yarım saat, 45 dəqiqə çəkə bilir. Bir cüt nal 7-8 manata başa gəlir. Yəni bir atın dörd nalı 15 manat edir. Çörəyini dəmirdən çıxaran Salahovlar ailəsinin yanına gələnlər kifayət qədərdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2580   Tarix: 09 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1446
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 543
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216