Mahnımızı ermənicə oxuyan Özcan Azərbaycandan ÜZR İSTƏDİ: "Haqlısınız, bağışlayın məni..."

Mahnımızı ermənicə oxuyan Özcan Azərbaycandan ÜZR İSTƏDİ: "Haqlısınız, bağışlayın məni..."Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz ermənicə "Kamança" mahnısını oxumasına aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, erməni dilində mahnı oxuduğu üçün azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan müğənni fikirlərini sosial şəbəkədə bölüşüb: "Sevgili azərbaycanlı qardaşlarım, təxminən 10 il öncə "Mədəniyyət körpüləri" adlı konsertimiz var idi. Bu konsertdə bir çox dildə mahnılar oxuduq. Yayılan video həmin konsertin tanınması üçün iştirak etdiyim proqramdandır. Hətta repertuarda ispan və ingilis dilində mahnılar da vardı. Kanal24-də yayımlanan "Kafa dengi" proqramına da həmin dövrdə çıxmışdım. Proqramda oxuğum türkü əzbərimdə idi. Orada Emin Sabitoğlundan bəhs etməliydim, haqlısınız. Sadəcə buna görə sizdən üzr istəyirəm. Məlumatsızlığıma sayın.

Sözügedən proqramı heç xatırlamıram. Sənətin dini, irqi, dili olmaz. Sizə orada hər hansı yayım orqanı nə deyir, bilmirəm. Hər şey birtərəfli anladılır. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu səhv təqdimat məni də sizlər qədər kədələndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir ki, Xocalı soyqırımının hər il dönümündə acınızı bölüşürəm. Bir neçə dəfə Şəhidlər Xiyabanına gedib dua etmiş biriyəm. Allah bilir ki, çəkildiyim seriallarda Azərbaycan xalqını xor görəcək hər ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim bağlılığım fərqlidir. Türk filmlərini Azərbaycana ilk gətirən mənəm. Türkiyədə azərbaycanlı müğənnilərin ilk konsertini də keçirən mənəm. Hazırda azərbaycanlı dostlarımla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını ekranlaşdırmaq üçün çalışırıq. Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlılar dostlarım olacaq. Buna zərər vermək istəyənlər öz pislikləri ilə qalacaqlar. Sizləri sevirəm, məkrli niyyəti olanlara deyil, mənim qəlbimə inanın. Allaha əmanət olun".

Qeyd edək ki, proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən "Kamança" adlı mahnını ifa etməsi birmənalı qarşılanmayıb. Azərbaycanlılar, xüsusilə sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildiriblər. Onlar eyni zamanda "Kamança"-nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun "Dağlar" mahnısından oğurlandığını qeyd ediblər.(musavat.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8150   Tarix: 07 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 603
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 605
.

İbrahim Tatlısesin qızının 11 yaşı tamam olub- FOTO

Müğənni İbrahim Tatlısesin aktrisa Ayşegül Yıldızdan olan qızı Elif Ada Tatlısesin 11 yaşı tamam olub. xəbər verir ki, Ayşegül Yıldız qızının ad günündən şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, İbrahim Tatlıses Ayşegül Yıldızla 2011-ci ildə evlənib. Onlar 2013-cü ildə qarşlıqlı anlaşma il

16.04.2024 777
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 824
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1452
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 404
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1437
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

19.04.2024 161
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7187