Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

İmic, dizayn və ya simvol... Bir çox insanda döymə görə bilərik. Lakin o döymələrin mənaları bizi daha çox maraqlandırır. Əgər siz də bədəninizin hər hansı bir yerini seçdiyiniz döymə ilə bəzəməyi planlaşdırırsınızsa, hər şeydən əvvəl yaxşı düşünməlisiniz. Ailem.az ən çox seçilən döymə simvolları və onların mənalarını təqdim edir.

Çin əlifbası: Kiçik, amma yenə də böyük məna verən bir döymə istəyirsinizsə, Çin əlifbası üzərində dura bilərsiniz. Bu döymənin variantları da çoxdur. Bunlar yalnız hərf və ya kiçik dəlisov şəkillər deyil, hərəsinin güc, inanc, cəsarət kimi bir mənası var.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Kəpənək: Bu döymə ilə tez-tez qarşılaşmaq olar. Qısa ömür, dəyişən şəxsiyyət və qürur kimi mənaları var. Əslində bu döymə məsləhət görülmür. Amma kəpənəklərin son dərəcə müsbət və ruhən dərin mənaları da mövcuddur. Qədim dövr mədəniyyətlərində bu kövrək heyvanların ruhları dünyadan cənnətə transfer edildiyinə inanılırdı. Onların qısa həyatları isə insan həyatına bir işarə kimi yozulur. Eyni zamanda, bu döymə ilə kişilər ürəyində əhəmiyyətli bir yerə sahib olan və həyatını itirmiş bir qadını da simvollaşdıra bilər.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Herusun gözü: Misirə aid simvoldur. Eyni zamanda “hər şeyi görən göz” kimi də yozulur. Bu döymənin aid olduğu insana yaxşı şans və rifah gətirdiyinə inanılır. Gündən günə daha çox məşhur olan bu döymənin şans gətirdiyinə inanılsa da, vizual və ruhi ünsürləri da inkar edilə bilməz. “Herosun gözü” sizi qoruyan, yol göstərən bir insanı da simvollaşdıra bilər. Sizi saxta gülüşlərdən, yalanlardan qoruyan və ruh halınızı öz boynuna götürən bir işarədir.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Günəş və ay: Dəbdəbəli, eyni zamanda mistikdir. Günəş və ayın birlikdəliyi, hava, su, od və torpaq elementləri döymə kimi gücü simvollaşdıra bilər.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Yeni Zelandiya döymələri: Bu döymələr, ya da ən azı modernləşmiş halları məşhurlar arasında da olduqca populyardır. Hər biri fərqli və fərdidir.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Koi balığı: Bu parlaq rəngli balıq Yapon və Çin mədəniyyətinə aid ana xarakterlərdən biridir. Ümumiyyətlə isə cəsarətlə əlaqələndirilir. Bir samuray kimi davrandığına inanılan koi çətin şərtlərin və pis dövrlərin öhdəsindən gələ biləcək ruhani gücü təmsil edir.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Çiçəklər: Xüsusilə qadınlar arasında olduqca məşhur olan çiçək döymələri yalnız fiziki gözəllikləri ilə yox, xarakter və xüsusiyyətlərinə görə də seçilə bilər. Orkide gözəllik, lüks və eşqi, nilüfər saflıq, zəka və müdriklik, Uzaq Şərqdə yetişən plumeria isə dostluğu təmsil edir.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR

Musiqi notları: Dünyada bir çox məşhur insanın da seçdiyi notlar, yalnız peşəkarlar deyil, musiqinin imtina edilməz olduğunu düşünən insanlar üçün də olduqca mənalı bir variantdır.

Bu döymələrin mənalarını bilirdiniz? - FOTOLAR
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 5551 Tarix: 07.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Kira
Kira 12.01.2017
Maraqlidi


 
Nasif26
Nasif26 08.01.2017
maraglidi


 
Yaguar
Yaguar 08.01.2017
Yeri yoxdu.


 
OnunMeleyi1
OnunMeleyi1 08.01.2017
Maraglidi.


 
hukina
hukina 07.01.2017
Doymeni hec sevmirem helede menaslz fotolar cekdirller onlardan iyrec gornur ama men bir tek uwaqlarlmln adlnl isderdim doydurum golma


 
Last
Last 07.01.2017
Noo!


 
A_F_I_N_A
A_F_I_N_A 07.01.2017
Doymeni hardasa bir az kiwilere yarawdirmaq olar, oda qerarinda.
Qadinlarin doyme doydurmesini yarawdirmiram, pis baxiram.


 
nice_hear
nice_hear 07.01.2017
Doyme edilen bedenin qusuluda, destnamazida batildi.
Gul_rengi düz dediz en gözeli xinadi hem gözellik verir hemde sağlamliq.
Uzunsacliqiz
Uzunsacliqiz 07.01.2017
Estetik cehetden berbad gorunur.Mene gore agilsizliqdir.
Doymeli insanlara ciddi yanasmiram,yaradilisini derk etmeyenlerdi.Heyat onlar ucun eylencedir.
Ve bunlar menim doymeye yanasma terzimdir.
Edebim el vermez edepsizlik edene. Susmak en güzel cevap, edebi elden gidene

 
Sona61
Sona61 07.01.2017
Heyatda dovme elerdirmerem hec uşaglarimada neve neticelerimede goymaram elesinler,cox iyrenc bir şeydi ((


 
pryanka
pryanka 07.01.2017
Mene gore iyrenc gorunur en iyrenci boyuna doydururleree


 
A_F_I_N_A
A_F_I_N_A 07.01.2017
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.



 
Gul_rengi
Gul_rengi 07.01.2017
Bow ve menasizdi...
biz xinalarda xinadan bezeyirik ellerimizi o daha gozeldi


 
Fuan
Fuan 07.01.2017
Sevmirem,menasiz bir sheydir menimchun.


 
senusum
senusum 07.01.2017
Sevmirem doymeni.
OKUZLER IKI CUR OLUR: BIR QISMI OTYEYENLER, DIGERI INSANIN
OMRUNU YEYENLER...

 
vetenperver
vetenperver 07.01.2017
hec bir yeri olmayan seydir!


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər