"Yeni il"i nə üçün qeyd etməməliyik?

"Yeni il"i nə üçün qeyd etməməliyik?

Çoxlarımız bütün uşaqlığımız boyu səbrsizliklə “yeni il”i gözləmişik. Çoxları üçün bu ən xoş və sevimli bayram olub və hətta, böyüdükdən sonra da o bizdə xoş xatirələr oyadıb. Bəs, bu bayram həqiqətənmi bu qədər xoş və zərərsizdir?

Bir çox müsəlmanlar bu məsələdən tam baş çıxarmayıb və bunun günahının çoxu bu haqda məlumatları digərlərinə asan və başa düşülən şəkildə çatdıra bilməyən müsəlmanlardadır. “Yeni il” barəsindəki məqalələrin çoxu bütpərəstlərin ilahları barədə qorxunc yazılar və ya bir çox şəri terminlərlə dolu uzun və mürəkkəb məqalələrdir.

“Sunna Press” saytının redaksiyası İslamda “yeni il”in hökmü barədə qısa, lakin eyni zamanda informativ məqalə qələmə almağı qərara alıb.

Asanlıq üçün kiçik təhlilimizi 2 hissəyə böləcəyik: “İslamda bayramların hökmü” və “nə üçün yeni il digər bayramlardan pisdir?”

İslamda bayramların hökmü

İslamda bayramların hökmü dinin bir hissəsini təşkil edir. Yəni bayram qeyd etməklə biz Uca Allaha ibadət edirik ki, bu da Allah-Təalanın bizə lütfüdür.

Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun) buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud. Hədis səhihdir).

Bu hədis ona dəlalət edir ki, Uca Allah istər dünyəvi və ya dini, müsəlmanların əvvəllər qeyd etdikləri bütün bayramları hədisdə adı çəkilən 2 bayramla əvəzləyib.

Qeyd etmək lazımdır ki, ərəbcə “id” (bayram) sözü “müntəzəm şəkildə (məsələn- ildə bir dəfə) müəyyən yerdə və ya müəyyən vaxtda nəyisə qeyd etmək” deməkdir. Məsələn, şəriətdə doğum günü öz-özlüyündə bayram deyil, lakin onu hər il qeyd etdikdə bayrama çevrilir. Bu əsası öyrəndikdə aydın olur ki, İslamda qanuniləşdirilmiş bayramlardan başqa istənilən hadisənin müntəzəm şəkildə qeyd edilməsi qadağandır.

Kimsə soruşa bilər: “Bəs, aşura və cümə günləri necə? Bu günlər bayram deyil?” Buna cavab veririk ki, birincisi, bu günlərin qeyd edilməsinə dair Sünnədə əmr gəlib və odur ki, bu günlər İslama aiddir. Digər günlərə dair isə İslamda dəlil yoxdur. İkincisi, bu bayramların (ideyn) hədisdə adının çəkilməməsinin səbəbi odur ki, müsəlmanlar bu günləri Qurban bayramı və Ramazan bayramları kimi şənlənməklə keçirmirlər. Aşura günü biz oruc tuturuq, cümə günü isə camaat namazı qılırıq, lakin bu günləri qeyd edib bir-birimizi bu günlər münasibətilə təbrik etmirik.

Çoxsaylı bayramların tərəfdarları tez-tez iddia edir ki, bayramlar bir-birinə yaxın olan insanların bir yerə toplaşması üçündür. Halbuki, yaxın insanların bir yerə toplaşması üçün bayram icadına ehtiyac yoxdur. Mahiyyət etibarilə, bu cür bəhanələrin çoxunu içki içməyi sevənlər uydurub. Çünki əgər insan səbəbsiz içki içirsə, onu əyyaş hesab edirlər, əgər bayram münasibəti ilə içirsə, deməli, sadəcə “istirahət edir”.

Allaha həmd olsun ki, müsəlmanlar üçün belə bir problem mövcud deyil.

Nə üçün “yeni il” digər bayramlardan pisdir?

“Yeni il” – xristianların İslam əqidəsinə zidd olan dini bayramıdır. Hətta, müsəlmanların təqvimi də xristianların təqvimindən fərqlənir – müsəlmanlar il hesabını ay təqvimi ilə aparır və təqvimi Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Məkkədən Mədinəyə hicrət etdiyi ildən hesablayırlar.

Xristian il hesabı isə günəş təqvimi əsasında aparılır və İsa Peyğəmbərin (Allahın ona salamı olsun) doğulduğu gündən başlayır. Xristianların fikrincə, İsa Peyğəmbər (Allahın ona salamı olsun) dekabr ayının son günlərində doğulub. Vaxtın hesablanmasında qeyri-dəqiqliyə yol verməmək üçün isə “yeni il” yanvarın əvvəllərində qeyd edilir. Nəticə etibarilə, “yeni il”i qeyd etməklə müsəlmanlar xristian bayramını qeyd edir, bu isə xristianlara bənzəməkdir və İslamda qadağan olunan əməldir, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi bundan çəkindirib: “Kim bir qövmə bənzəyərsə, o onlardandır”. (Əhməd).

Bu sözlərin mənası odur ki, insanın kimdən xoşu gəlirsə, həmişə özünü ona bənzətməyə çalışır. Lakin müsəlmanların özünü İsa Peyğəmbəri (Allahın ona salamı olsun) “Allah” adlandıraraq Allahı qəzəbləndirənlərə bənzətməsi yolverilməzdir. Orta əsrlərin böyük İslam alimi ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyib: “Qeyri-müsəlmanların hər hansı bayramlarında onlara bənzəmək o deməkdir ki, insan onların yalan əqidələri və ənənələrindən məmnundur”. (“əl-İqtida”,229).

“Yeni il”in müsəlmanlar üçün təhlükəsi təkcə bundan ibarət deyil. “Yeni il” İslamın əsasına – tövhidə ziddir. Uşaqlarımıza guya hər bir arzuları yerinə yetirən “hər şeyi eşidən” və “hər şeyə qadir olan” Şaxta baba təlqin edilir və onlar öz istəkləri ilə Şaxta babaya yönəlirlər, halbuki, bu şəkildə yalnız Allaha yönəlmək olar. Uca Allah buyurur: “Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cin” surəsi, 18-ci ayə).

Uca Allah, həmçinin, buyurur: “Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər”. (Qurani-Kərim, “Nəhl” surəsi, 20,21-ci ayələr).

Şaxta babaya yönəlməkdən əlavə, bütpərəstlərin bütlərini bəzədiyi kimi küknar ağacları bəzədilir, daha sonra Kəbənin ətrafında təvaf edirmiş kimi nəğmə oxuyaraq küknar ağacının ətrafında dövrə vurulur. Bütün bunlardan əlavə, insanlar “yeni il”in sehrinə inanırlar – guya bütün köhnə və pis şeylər köhnə illə geridə qalacaq və yeni ildə bütün arzular çin olacaq.

Yuxarıda sadalanan bütün əməllər İslam nöqteyi-nəzərindən qadağandır. Bundan əlavə, bu əməllərdən bəziləri özündə ən böyük günahı – Allahın bağışlamadığı şirki ehtiva edir. Uca Allah buyurur: “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır”. (Qurani-Kərim, “Nisa” surəsi, 116-cı ayə).

Beləliklə, “yeni il” məsələsini bir balaca araşdırdıqda aydın oldu ki, bu bayramın qeyd edilməsinə qadağa kimlərsə tərəfindən uydurulmayıb və müqəddəs dinimizin təməllərinə toxunur.

Hər birimiz bu barədə ciddi şəkildə düşünməliyik, çünki hər hansı bir günah cəmiyyət arasında açıq-aşkar işləndikdə, o günah daha ürəkdə ikrah hissi oyatmır və adi bir şey kimi qəbul olunur.

Qoy, bizim üçün doğruluq meyarı aləmlərin Rəbbi olan Allahın nazil etdiyi Quran və Sünnə olsun. Allah bizə rəhm etsin və bizi öz sonsuz lütfü ilə zənginləşdirsin!

f Paylaş
Bölmə: İslam Oxunub: 4361 Tarix: 27.12.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
balaca
balaca 26.03.2017
???


 
DUZLU_NIK
DUZLU_NIK 29.12.2016
Muselmanin 4 bayrami var , bu oz yerinde.
Lakin ister xristiyanin ister yehudinin ve s inancli insanlarin bayramini kimse kecirirse , islamda beyenilirse olar.
Meselen - Evde yolka qurub altina hediyyeler qoyub korpeleri sevindirmeyin neyi pisdir ki ?
Meselen - Novruz bayraminda semeni goyertmeyin , yumurta boyamagin , wekerbura paxlava biwirmeyin ve qonag cagirmagin ya qonag getmeyin neyi pisdir ki ?
Lakin bayramdi deye yeyib icib ustelik tonqal ustunden atdanib oddan ugur xowbaxtlig istemek olmaz !
Bir sozle butun bayramlari qeyd etmek olar ama gunaha duwmemek werti ile.

☆ ♥♥ (¯`*•.¸♥ ⊰✿♥ღ♥ღ♥✿⊱ ( ☆⊰✿♥ღ BAKI ღ♥✿⊱☆ ) ⊰✿♥ღ♥ღ♥✿⊱ ♥¸.•*´¯​) ♥♥☆


 
Vaqif_0093
Vaqif_0093 28.12.2016
Evvala Salam Aleykum,bunu yazirsiz yaxshi edirsiz amma bir maraqlanib duzgun yazin birincisi ashura gunu bayram deyil Imamlarin Shehadet gunudur,ikincisi ise ashuru gunu oruc tutmaq haramdir suzde yazirsuz ashura gunu oruc tuturlar...Umid eliyirem bu meqalede selefi barmagi yoxdu...
Nasif26
Nasif26 28.12.2016
pulsuz bayram ne bayramdi pul cox olanda hemse bayramdi


 
Qrimm_045
Qrimm_045 28.12.2016
indi ele bir veziyyetdir ki kreditini odeyen eve corek getire bilen her bir wexs ucun hemen gunu bayramdir))) neyse. Amma onu deqiq bilirem ki yeni il heqiqetende bize aid deyil.


 
Yaguar
Yaguar 28.12.2016
Artiq coxdan oyrewib hami bu bayrama yaddawlara yazilib ordan silmek qeyri mumkundu.


 
A_F_I_N_A
A_F_I_N_A 27.12.2016
Fikirmi qisa qeyd edim Yeni ilin boyuk esrlik tarixi var.
Her bayramlarinda ozune gore kozellikleri var
Ailemizde Yeni ili , Novruzu, Qurbanligi her ilde hami kimi hormetle qarwilayib qeyd edirik.
Novruzun yaranmi tarixi ibtidai icma qurluwundan bawlayir . yenede tarixi boyukdur.
Yeni gunun bawlangici, evde temizlik iwlerin aparilmasi ve s.
Novruz Muselman aileminde secilen hormetli bayramlardan biri olaraq
xaricdede novruz haqda cox maraqlidirlar, oyrenmeye caliwirlar, beyenirler.
.


 
Edaletli
Edaletli 27.12.2016
Mence insanlari kole kimi saxlamaga hesablanib... Quranin adindan istifade edirlerse... Faiz vermekde boyuk gunahdir bes banklar niye faiz verir... Icki qadagandir bes niye icki satilir...
Peygemberimiz Novruz bayramini qeyd ederken bildirib ki kas ilin butun gunleri bele bayramlar olsun... Insanlar guleruz mehriban xos exlaq olurlar...


 
MAYSKAYA
MAYSKAYA 27.12.2016
BAYRAMLAR ELE ANCAQ KASIBLARA KOMEKLIK ETMEK UCUN KECIRILMELIDIR KI ? KIMIN IMKANI VAR ONSUZDA ISTENILEN BAYRAMDA KASIB QOHUM QONSHUSUNU SEVINDIRE BILER DE. 8 MART QADINLAR BAYRAMINI FIKIRLESHENLER DE XRISTIYANLAR OLUB MESELEN. KLARA SETKININ ADI ILE BAGLIDIR BU BAYRAM. BIZ DE KECIRDIRIK. BUNUN NEYI PISDIR KI ? 1 IYUN BEYNELXALQ USHAQ BAYRAMI DA XRISTIYANLARIN IDEYASIDIR. BIZ DE QEYD EDIRIK. ANALAR BAYRAMI , ATALAR BAYRAMI DA QEYD EDILIR ARTIQ XARICI OLKELERDE. BU BAYRAMLARI BIZIM DE QEYD ELEMEYIMIZIN NEYI PISDIR KI ? 31 DEKABR HEM YENI IL HEM DE DUNYA AZERBAYCANLILARIN HEMREYLIK GUNU KIMI QEYD OLUNAN BAYRAMDIR. GOZEL OLAN BUTUN ADETLERIN OLKEMIZDE BAYRAM ETMEYIN NEYI PIS OLA BILER ? ONA QALSA NOVRUZ BAYRAMINA QEDER QEYD EDILEN 4 CHERSHENBE , NOVRUZ TONQALLARI FILAN HAMISI ZERDUSHTLUK DININDEN QALMA ADETLERDIR. ODA SITAYISHIN SIMBOLLARI SAYILIR. ONLARI DA LEGV ELEYEK ?!


 
Spesnaz
Spesnaz 27.12.2016
Müsəlmanların Ramazan bayram ilə Qurban bayramından başqa keçirəcəkləri digər heç bir bayram yoxdur. Bu iki bayramdan başqa olan bayramlar, sonradan çıxarılmiş, dinə əlavə olunan yeniliklərdən biridir. Buna bidət deyilir. Hər bidətin zəlalət olduğunu, hər zəlalətin də sonunun Cəhənnəmdə yanmaq oldugunu bilən hər bir inanclı musəlman bacardığı qədər belə əməllərdən çəkinməlidir. Bu bayramları qeyd etmək icazəli deyildir. Mən burada məsələləri ıslamın mövqeyi kimi yazıram. Əlbətdə bizim camaatımız da müsəlman bir xalqdır və bu bayramı çox təntənə ilə qeyd edirlər. Burada ümumi islamın mövqeyini yazıram və mənim hazırladığım material heç kimi narahat etməsin. Dönüşümüz Allahadır.


 
Farqilit
Farqilit 27.12.2016
Muselmanlar hicri qemeri teqvimi ile gediller. Ərəb dilində bayram sözü * eyd* kəlməsi ilə izah edilir. EYD qayıdış mənasını verir. Yəni ki her il bayram eyni günde qeyd olunduğu üçün bele adlandırılıb. Qurani -Kərimdə eyd kəlməsi İsa peyğəmbərin möcüzəsi ilə bağlı işlədilmişdir. ( maidə surəsi 114. ayə) Belə ki, Allahın İsaya (ə) göndərdiyi süfrə bayram kimi qəbul edilmişdir. Yeni il islamın gətirdiyi bayram deyil. Yeni ili qəbul edən katolik ensiklopediyasına görə * müqəddəs gil * maddəsində katolik papası olan Origin yazır ki: bu bayram Firon Harun kimi zalımların öz doğum günlərini qeyd etmələrindən və xalqa qeyd etdirmələrindən ibarətdir. Yeni il həmdə İsa peyğəmbərin doğum günü kimi də qeyd olunmamalıdır. Çünki bu haqda fikir mübadiləsi var. Qərb kilsəsinin fikrincə İsanın miladı dekabrın 25-də, Şərq kilsəsinin fikrincə isə bu yanvarın 6-sı olmuşdur. Ümumdünyəvi olaraq isə İsa peyğəmbərin doğum günü məhz dekabrın 25-də olmuşdur. Ona görə də əgər yeni ili qeyd etməkdə məqsəd İsa peyğəmbərin doğum gününü qeyd etməkdirsə onda bunu dekabrın 25-i yada yanvarın 6-sı etsinlər də. Həmçinin yeni ildə bəzədilən yolka o mənanı verir ki, guya İsa (ə) küknar ağacının altında dünyaya gəlib. Lakin Qurana əsasən isə İsa (ə) xurma ağacının altında dünyaya gəlmişdir. ( Məryəm surəsi 23-26-cı ayələr).


 
Stealth
Stealth 27.12.2016
Ramazan bayramında kasıb müsəlmanlara fitrə zəkatı verilir və onlarında imkanı olurki bu bayramı digər müsəlmanlar kimi qeyd etsinlər.
Qurban bayramındada həmçinin qurban ətləri kasıb ailələrə paylanır.

Ama xristianların bayramında nə baş verir? Səhərə qədər içki içmək, rəqs etmək, aşırıcasına yemək hazırlayıb israf etmək.

Siz bir xristian görməzsiz ki, Ramazan və Qurban bayramını qeyd etsin. Elə isə sizə nə gəlibki onların bayramlarını qeyd edirsiniz!
Əgər siz ölümdən sonra sizi nələr gözlədiyini bilsəydiniz iştahla yemək yeməz, su içməzdiniz. Günün istisindən kölgələnmək üçün yer axtarmazdınız. Əksinə bir təpənin başına qalxıb günün altında dayanıb ağlaya-ağlaya Rəbbinizdən günahlarınızın bağışlanmasını diləyərdiniz.
 
A_F_I_N_A
A_F_I_N_A 27.12.2016
Xeber ucun muellife tewekkurler.


 
MAYSKAYA
MAYSKAYA 27.12.2016
ISRARLA " UMUMI SVILIZASIYADAN GERI QALMAQ " TEKLIFINE OXSHAYIR BU MEQALE. INSANLARIN INANCLARLA BAGLI HESSASLIGINDAN ISTIFADE EDIB EREB -FARS IDEALOGIYASININ TEBLIGATINI APARIRSIZ DEYESEN. BELKE SHIMALI KOREYA PREZDENTI KIMI " AGILLI " CIXIB TEKLIF EDESIZ KIMINSE NENESININ YA DA BABASININ DOGUM GUNUNU QEYD ELEYEK BU BAYRAM EVEZINE )))


 
olmus_arzular
olmus_arzular 27.12.2016
Marqli xeber ucun tewekkurler


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər