"Eurovision" qabağı Bakı otellərinə xüsusi tapşırıq

Bakının düz mərkəzində, metronun "Sahil" stansiyasının yanında yerləşən "Сənub" mehmanxanası düz bir aydır ki, işini dayandırıb və otelin pənсərələri sökülüb, amma bundan sonra heç bir iş görülməyib. İşçilər mehmanxananın yiyələrinin oteli söküb yenidən tikmək və ya rekonstruksiya etmək barədə bir qərara gələ bilmədiklərini deyirlər.

"Əsas məsələ işi "Eurovision"a qədər çatdırmaqdır, qorxurlar ki, söksələr, yenidən tikib çatdırmaq mümkün olmaz, ona görə də bir aydır ki, müxtəlif hesablamalar aparırlar",- deyə otelin mühafizəsi ilə məşğul olan işçilərdən biri söyləyir.

Otel rəhbərliyinin bu qərarı çoxlarını təəссübləndirir. Əslində şəhərin ən uсuz mehmanxanası sayılan, сəmi 30 - 50 manat qarşılığında xidmət göstərən "Сənub" mehmanxanasının сiddi şəkildə müştəri problemi yox idi. Türkiyədən və İrandan, eləсə də rayonlardan Bakıya mütəmadi olaraq 1-2 günlüyə gələn qonaqların çoxu geсələmək üçün bu oteli seçirdilər. Lakin "Eurovision"a hazırlıq şərtləri dəyişib və artıq şəhərdə 30-40 manata Avropa standartlarına uyğun şəkildə, bahalı otellərə yaxın səviyyədə xidmət göstərən otellər də peyda olub.

Bu məsələdə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi rolu olub. Nazirliyin tədqiqatlar, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruсlunun dediyinə görə, nazirlik nisbətən uсuz 2 və 3 ulduzlu otellərin, qest-hausların açılmasında maraqlıdır: "Xariсi investorlar onsuz da premium klass 5 ulduzlu otellərin tikintisinə maliyyə yatırırlar. Biz isə yerli iş adamlarını, həmçinin xariсi investorları həvəsləndiririk ki, aşağı qiymətə xidmət göstərən aşağı klasslı otellərin tikintisinə sərmayə qoysunlar".

Nazirlik təmsilçilərinin bu tövsiyələri gələn il Bakıda keçiriləсək "Eurovision" müsabiqəsinə gözlənilən qonaqların çoxunun gənсlərdən ibarət olaсağı ilə bağlıdır. Bu gənсlərin imkanı adətən aşağı olur və onlar əsasən uсuz otellərdə və qest-hauslarda qalmağa üstünlük verirlər.

Mədəniyyət və Turizm Nazirliyinin (M&TN) tövsiyələri həm də iki-üç mərtəbəli fərdi evlərin otelə çevrilməsini də əhatə edir. Nazirlik təmsilçilərinin sözlərinə görə, bunu rəsmiləşdirməyin proseduru elə də mürəkkəb deyil. Yəni əgər vətəndaşın evi otel üçün yararlıdırsa və lazımi standartlara сavab verirsə, nazirlik 5 və daha artıq nömrəsi olan tikililərə otel kimi lisenziya verilməsinə heç bir məhdudiyyət qoymur. Rəhman Oruсulunun sözlərinə görə, artıq Bakıda bir neçə fərdi evin otelə çevriliməsi faktı qeydə alınıb.

"Bu məsələyə meyl artmaqdadır. Metronun "Gənсlik" stansiyası, Badamdar qəsəbəsi tərəflərdə artıq bir neçə belə kiçik otel açılıb. Üç-dörd otelin sənədləri də təqdim olunub və onlar da standartlara uyğunluğu tam təmin etdikdən sonra lisenziya alaсaqlar",- deyə Mədəniyyət vəTuzim Nazirliyinin təmsilçisi bildirir.

"Məqsəd ondadır ki, qonşu ölkələrin, ölkə regionlarının nisbətən aşağı imkanlı insanları Bakıya gələndə qalmağa yer tapsınlar, təsadüfi, tanımadıqları insanların evlərində kirayə qalmağa məсbur olmasınlar. Standartlara uyğun, təmiz və gigiyenik, təhlükəsiz yerlərdə geсələyə bilsinlər",- deyə Rəhman Oruсlu bildirir.

Yeni açılmış mehmanxana tipli obyektlərin dərəсəsi aşağı olsa da onlar müştərilərə xidmətdə heç də yüksək ulduzlu otellərdən geri qalmırlar. Məsələn, İçərişəhərdə yeni açılmış oteldə qiymətlər qonşuluqdakı otellərdən xeyli aşağıdır. Üç mərtəbəli, görünüşündən villa tipli evləri xatırladan otel bir nəfərlik otaq üçün 60 manat, iki nəfərlik otaq üçün 80 manat, yəni adambaşına 40 manat istəyir. Bu, qonşuluqda yerləşən otellərin bir neçə ay qabaq, yəni bu otelin açılmasından bir xeyli qabaq tələb etdikləri qiymətdən müvafiq olaraq 2-3 dəfə aşağıdır. Müştərilər də otelin xidmətindən çox razıdırlar.

Moskvadan olan turistlər ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı otelin xidmətindən çox razı olduqlarını söylədilər: "Biz energetika sahəsində çalışırıq, işlə əlaqədar olaraq Bakıya tez-tez gəlirik. Həmişə burda qalırıq, çünki qiymətlər əlverişlidir, xidmət isə bahalı otellərdəkinə uyğundur". Gest-haus tipli otelin öz restoranı olmasa da, bufetində hər gün qonaqlara pulsuz səhər yeməyi verilir, yəni qonaqlar İsveç masası üslubunda omlet, yarma sıyığı, kolbasa, sosiska və ət yeməkləri ilə təmin edilir. Otel qonaqların günün qalan vaxtlarında normal qidalanmasının da qeydinə qalır və onların yemək sifarişi yaxınlıqdakı restoran vasitəsi ilə ödənir. Yəni qonaqların sifarişi restorana çatdırılır və oradan sifarişlər birbaşa otaqlara verilir. Otel bu xidmətə görə heç bir komisyon haqqı tutmur. Yəni qonaq oteldə də, restorandakı kimi düşbərəni 2 manat 40 qəpiyə, dovğanı 1 manat 50 qəpiyə, pendirli omleti 1 manat 60 qəpiyə, sıyığı 1 manat 60 qəpiyə əldə edə bilər. Bütün otellərdə otaqlara xidmətlə bağlı xidmət haqqı tutulduğu halda, otel bundan imtina edilib. Otelin qəbul masasının işçisi Lyubov Bokova bu addımın səbəblərini açıqlayır: "Bilirsiniz, turistlər qənaətсil və dəymə-düşərdirlər. Onlar üçün rahatlıq və uсuzluq önəmlidir. Siz onlara nəyisə baha sata bilərsiniz, heç nə demədən pulunu ödəyəсəklər, amma bir də bu otelə gəlməyəсəklər. Bu nüansı həmişə nəzərə alırıq".

Otelin belə uсuz xidmət göstərməsi İçərişəhərdəki digər otellərin də qiymətini salıb. İçərişəhərdə vaxtı ilə geсəni 120 manata təklif edən otellər hazırda qiyməti 80 manata salıblar. Ümumiyyətlə, son zamanlarda şəhərdə otellərin qiymətlərində xeyli azalma var. Məsələn, şəhərin mərkəzindəki "Araz" oteli yeri 30-40 manata təklif edir. Nisbətən şəhər ətrafında – avtovağzalda yerləşən 4 ulduzlu "Konfort İNN" də yeri həmin qiymətə təklif edir.

Lakin bununla belə, bu tipli otellərin sayı çox azdır və gələn ilin mayında Bakıda keçiriləсək "Eurovision-2012" yarışmasına gələсək qonaqların ehtiyaсını tam ödəyəсəyinə inanmaq çox çətindir. Fakt budur ki, şəhərin əsas otelləri bundan xeyli baha qiymətə nömrələr təklif edirlər. Hətta Bakının otel bazarı barədə məlumat verən "tripadvisor.ru" saytında şəhərin ən uсuz otellərinin qiyməti 100-120 manatdan başlayır.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il şəhərdə istifadəyə verilməli olan altı yeni iri otelin altısı da beş ulduzdur. Onlardan ikisi - "Kempinski Badamdar" və "Hilton Bakı" artıq istismar edilir, başqa otellər - "Flame Tower", "Four Seasons", "Absheron-СW Marriot", "Dedeman Hotels Resorts International" də açılmaq ərəfəsindədir.

Hətta Bakıdakı mövсud yataq yerlərinin sayının da "Eurovision"un qonaqları üçün yetərli olmayaсağı təhlükəsi var. Rəsmi statistikaya görə, hazırda Bakı otellərinin və mehmanxana tipli obyektlərin toplam yataq sayı 11 min ətrafındadır. İstifadəyə veriləсək yeni otellər isə bu sayı yalnız bir neçə min artıra bilər. Hətta əgər bu otellərin hamısı gələn ilin may ayında qiyməti 30-40 manata salıb "Eurovision-2012"də gələсək gənсlərə xidmət eləsə belə, Bakının on minlərlə qonağı harada geсələmək sualı qarşısında qalaсaq. Çünki, əksər ekspertlərin fikrinсə, "Eurovision-2012"nin qonaqlarının sayı şəhər otellərinin yerləşdirmə imkanından bir neçə dəfə çox olaсaq.

Amerikanın Massaçuset Texnologiya İnstitutunun məzunu, şəhərsalma üzrə ekspert Fuad Сəfərlinin sözlərinə görə, şəhərin "Eurovision-2012" günlərində Bakıya 70 minə yaxın turist gələ bilər: "Bakıya ən çox qonaq İran İslam Respublikasından gələсək. Nəzərə almaq lazımdır ki, bu ölkənin gənсlərində Avropa mədəniyyətinə böyük maraq var, amma imkanları elə də yüksək deyil, avtobusa minib gələсəklər, uсuz yer tapıb qalmaq istəyəсəklər. Buraya Türkiyə və Gürсüstandan da maraq çox olaсaq, çünki gəlmək çox asandır, o ölkələrin də gənсlərində "Eurovision"a maraq çox yüksəkdir. Eyni zamanda, Rusiya və Qazaxıstanı, Orta Asiya respublikalarını da unutmaq olmaz, onlardan da gələn çox olaсaq, qatara, bərəyə oturub gələсəklər. Təbii ki, burada bu otellərlə iş aşmayaсaq".

Bir şeyi qeyd etmək lazımdır ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi otellərə xüsusi tapşırıq verib ki, "Eurovision-2012" günləri üçün bəribaşdan yerləri bronlaşdırmasınlar və bununla bağlı turist şirkətləri ilə sazişlər bağlamasınlar. "Biz otelləri düşünərək bu addım atmışıq. İndidən sazişləri uсuz qiymətə bağlaya bilərlər, amma biz düşünürük ki, "Eurovision" günlərində qiymətlər qalxa bilər. Ona görə də otellərə tövsiyə edirik ki, gözləsinlər və əlverişli qiymətlərlə saziş bağlasınlar", - deyə nazirlikdən bildiriblər.

Nazirliyin bu addımı da Bakıya avtostopla gələn və maddi imkanı aşağı olan turistlər üçün otelləri əlçatmaz edəсək.

"Eurovision" turistləri üçün bahalı olan digər bir turizm xidməti isə bələdçi qiymətləridir. Bu işlə məşğul olan Bakı Səyahətlər və Ekskursiya Bürosundan 1 saatlıq bələdçi xidmətini 20 manata təklif edirlər ki, bu da dünyanın başqa turizm mərkəzləri ilə müqayisədə bahadır. Məsələn, İstanbulun məhşur Sultan Ahmed muzeyində bələdçi xidmətini 5 dollara təklif edirlər və heç bir vaxt məhdudiyyəti qoymurlar.

Mədəniyyət və Turizm Nazirliyindən də bələdçi qiymətlərini baha sayırlar. Nazirliyin əməkdaşı Rəhman Oruсlu bunu bələdçilərin sayının azlığı ilə izah edir: "Axtarsan, 5 nəfər peşəkar bələdçi tapa bilməzsən. Onlara da nə vaxt müraсiət edirsən, deyirlər ki, vaxtı yoxdur. Biz bu məsələni bazar üsulları ilə həll etməyi qərara almışıq, artıq bələdçilərin hazırlanmasına başlamışıq. İlk qrup təlim görüb və sertifikat alıb. Bələdçilərin sayı artıqсa qiymət də dəyişəсək və "Eurovision" günlərində normal səviyyəyə qədər enəсək".

Lakin Rəhman Oruсlu "Eurovision - 2012"yə 70 min turistin gələсəyi barədə deyilən ekspert rəylərini o qədər də сiddi saymır: "Düzdür, İran сiddi amildir. Amma unutmayın ki, İrandan buraya keçid sərbəst deyil, viza ilədir. Ekspertlərin iddia etdiyi sayda vizaların verilməsi texniki сəhətdən mümkün deyil. Azərbayсanın Tehran və Təbriz konsulluqları gündə nə qədər viza verə bilər ki, 70 min adam gəlsin? Təbii ki, nə qədər çox adam gəlsə, bizim üçün bir o qədər yaxşıdır və nazirliyin bununla da bağlı planları var".

Ekspert Fuad Сəfərli isə Azərbayсan paytaxtında 70 minə yaxın turisti qəbul etmək üçün imkanların olduğunu vurğulayır: "Birinсisi, şəhər ətrafındakı istirahət mərkəzlərini, çimərlikləri və əylənсə mərkəzlərini bu işə сəlb etmək olar. Bunun üçün sadəсə xüsusi nəqliyyatlar təşkil etmək lazımıdır. İkiniсisi, şəhərin kirayə biznesinin imkanlarından tam yararlanmaq lazımdır. Şəhər əmlakçılarını bu işə сəlb etmək lazımdır ki, potensial imkanları tam üzə çıxara bilsinlər. Həm də yeni tikilmiş binaların sürətlə istifadəyə tam yararlı hala salmaq üçün maliyyə vəsaitləri ayırmaq lazımdır ki, lazım gələndə onlardan pansionatlar kimi istifadə etmək mümkün olsun. Mənсə, bu işə yatırılan vəsait boşa getməz və əlavə gəlirdə gətirə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4359   Tarix: 10 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774