İçəri şəhərin milli suvenirləri
Hər bir turistin səfər etdiyi ölkədə birmənalı olaraq əldə etmək istədiyi əşya həmin ölkə haqqında təsəvvür yaradan suvenirlərdir. Kimi bu suveniri hansı ölkələri gəzdiyini sübut etmək üçün alır, kimi yaxınlarına hədiyyə etmək istəyir, kimi isə sadəcə xatirə olaraq saxlayır. Hələ kolleksiyaçıları demirik. Bir sözlə, suvenirlər bizim haqqımızda çox şey danışır, çox şeydən xəbər verir. Bəs görəsən, gələn ilin may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəmizə çoxlu sayda təşrif buyuracaq turistlər Bakıda hansı suvenirləri ala biləcəklər?
Əlbəttə ki, gözəl Bakımızın qonaqları qədim İçəri Şəhəri gəzmədən getməyəcəklər. Biz də ANS PRESS olaraq bunu nəzərə alıb İçəri Şəhərdə satılan suvenirlərlə maraqlandıq. İçəri Şəhəri gəzərkən bir neçə yerdə suvenir satılan köşklərə rast gəldik.
İçəri Şəhərlə bağlı müxtəlif suvenirlərin olması bizi sevindirdi: Qız Qalasının kiçik maketləri, balaca muğam triosunun kuklaları və müxtəlif personajlar, milli ornametli çarıqlar, baş örtükləri, şarflar, üzərində Bakının və İçəri Şəhərdəki tarixi binaların təsviri çəkilmiş boşqablar, fincanlar, təsbehlər, breloklar, rəsm əsərləri və s.
Boşqablar, fincanlar və bu kimi suvenirlər İçəri Şəhər Qoruq İdarəsi tərəfindən sifariş edilib hazırlanır. Rəsm əsərləri, təsbehlər və bəzi əl işləmələri sənətkarlar tərəfindən təqdim edilir.
Qız Qalasının yaxınlığında öz nəhəng sandıqçası ilə suvenir satan Fəxrəddin adlı küçə ticarətçisi bizə bu suvenirləri necə əldə etdiyindən danışdı: "Suvenirləri həm qoruq idarəsindən, həm də sənətkarlardan alıram. Fərdi şəxslər və sənətkarlar öz əl işlərini gətirib verirlər, həm biz, həm də onlar qazanır. Yerli İbrahim adlı rəssamın neftlə işlədiyi qədim Bakının təsvir olunduğu rəsmlər daha çox marağa səbəb olur."
Suvenirlərə təlabatın çox olduğunu deyən satıcı Fəxrəddin bayramlarda və İçəri Şəhərdə təşkil edilən müəyyən tədbirlərdə bu tələbatın daha da artdığını bildirdi.
Suvenirlərin qiymətləri ilə də maraqlandıq, elə də baha deyildi, 1-10 AZN arasında dəyişirdi. Bu qiymətlərin "Eurovision-2012" müsabiqəsinə gələn gənc turistlərin cibinə görə olacağından, suvenir biznesi ölkəmizə az da olsa pul qazandıracaq. Əlbəttə ki, bu suvenirlərə "Eurovision"la bağlı suvenirlər də əlavə olunsa daha yaxşı olardı.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 9823 Tarix: 08 noyabr 2011
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18.09.2021 1643 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826