Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Hörmətli həmvətənlər!
Müqəddəs Qurban bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. İslamın bir din kimi tamamlanmasını və hidayət yolu olaraq bəşəriyyətə göndərilməsini özündə ehtiva edən Qurban mərasimləri müsəlmanlara xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmanın və Uca Yaradana yaxınlığın fərəhini yaşatmaqla, insanları sülhə, əmin-amanlığa və qardaşlıq yoluna dəvət edir.

Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri var. Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Əziz bacı və qardaşlarım!

Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bu mübarək gündə bir daha hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sayt xəbərləri   Baxılıb: 4560   Tarix: 05 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dözülməz bel ,əzələ ,sinir , oynaq ağrıları 15 dəqiqədə keçəcək

Flekosteel məlhəminin xüsusiyyətləri və üstünlükləri. İnsan hərəkətsiz yaşaya bilməz. Ancaq hərdən hərəkət insana diskomfort gətirir və o evdə, hətta yataqda qalmaq məcburiyyətində qalır. Əzələlərdə və oynaqlarda yaranan ağrıların bəzi səbəbləri var:. kəskin respirator xəstəliklər, kəskin respirato

13.02.2021 167888
.

24 saatda üz dərinizi cavanlaşdırın

Məhsul Haqqında BURADA. Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür.Yanağları boşalma və sallanmas

09.09.2021 524
.

Telegram kanalımızda ən son xəbərlər

Azərbaycanda və Dünyada baş verən ən son xəbərləri 1ci almaq üçün Telegram kanalımıza qoşulun. Telegramda izləyin

08.04.2020 25955