Müsəlman süpürgəçiyə qızıllar sel kimi axdı - FOTOLAR
Bu qocanın fotosunu Twitter-də paylaşan adam onu aşağılamaq, təhqir etmək istəmişdi. Lakin tamamən əks effekt alındı.
BiG.AZ bildirir ki, 65 yaşlı Naser əl İslam Əbdül Kərim banqladeşlidir. On minlərlə həmvətəni kimi o da Səudiyyə Ərəbistanında miqrant kimi yaşayır, ağır işdə çalışır.
Naser süpürgəçidir, Ər-Riyad şəhərindəki ticarət mərkəzlərindən birində işləyir.
Günlərin birində o, işlədiyi, daha doğrusu, döşəmələrini süpürüb yuduğu ticarət mərkəzindəki süperlüks zərgərlik dükanlarından birinin qarşısında duraraq həsrətlə və kədərlə vitrinə baxırdı.
Vitrində yüz minlərlə, milyonlarla dollarlıq zinət əşyaları vardı.
Həmin anda alıcılardan biri Naseri görüb və vitrinin qarşısında durmuş süpürgəçinin fotosunu çəkərək İnstagram-dakı profilində paylaşıb.
Foto "Vitrinə elə baxır ki, sanki qarşısında həmişə təmizlədiyi zibil var" təki aşağılayıcı, təhqiramiz yazı ilə müşayiət olunmuşdu.
Bu paylaşımı Səudiyyə Ərəbistanının məşhur iş adamlarından biri, xeyriyyəçi Abdulla əl Qətani görüb.
O, Twitter-dəki "Ensaniyat" profilində həmin fotonu yayıb və təqibçilərinə müraciət edib: "Lütfən, bu insanı tapaq, ona yardım edək, könlünü alaq. Kimsə süpürgəçi işlədiyinə görə, kasıb olduğuna görə aşağılana bilməz".
Əl Qətaninin açıqlaması Səudiyyə Ərəbistanındakı sosial şəbəkələrdə "bomba partlayışı" effekti yaradıb.
Minlərlə insan fotodakı şəxsi aramağa, onun kimliyini təyin etməyə çalışıblar.
Sonucda bəlli olub ki, zərgər dükanının vitrininə qüssə ilə baxan adam 65 yaşlı Naser əl İslam Əbdül Kərimdir.
"Fotonu yayandan sonra minlərlə telefon zəngi, mesaj aldım. Üç saat sonra telefonumda artıq 6 mindən artıq mesaj vardı. İnsanlar bu adama yardım etməyimi istəyirdilər. Kimi qızıl-zinət əşyaları, kimi pul, kimi iPhone, kimi paltar təklif edirdi. Hətta düyü şirkətlərindən biri kisələrlə düyü hədiyyə etməyə hazır olduğunu yazdı. Sonda o adamı tapdıq. Hədiyyələri ona çatdırdım", - əl Qətani yazıb.
65 yaşlı banqladeşliyə on minlərlə dollar dəyərində qızıl-zinət əşyaları, mobil telefonlar, paltar, böyük məbləğdə pul bağışlanıb.
65 yaşlı Əbdul Kərim kövrəlib.
"O anda yanımda işıq saçdı. Sən demə, şəklimi çəkmişdilər. Bilmirdim ki, fotom sosial şəbəkələrdə yayılıb. Hədiyyələrə görə hamıya minnətdaram. Allah sizə yar olsun!" - Əbdül Kərim söyləyib./mili.az/
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 6257 Tarix: 07 dekabr 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşOvuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini
13.09.2021 2197 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423