DYP "ağıllı radarlar"ın üstünlüklərini açıqladı

DYP Azərbaycan yollarında "ağıllı radarlar"ın və videokameraların quraşdırılması prosesi tam başa çatandan sonra yüksək sürət səbəbindən baş verən yol nəqliyyat hadisələrinin sayı azalacaq.
Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O, bildirib ki, artıq respublika yollarında bu qurğuların quraşdırılması və fəaliyyəti öz müsbət nəticəsini verir.

"Qurğular quraşdırılan ərazilərdə sürətlə bağlı yol nəqliyyat hadisələri, demək olar, minimuma enib. Belə qurğular rayonlararası yollarda quraşdırılıb və bu yollarda sürücülər sürət həddini aşmır. Artıq sürücülər radarı "aldadaraq" onun yanından keçərkən sürəti azaldıb, uzaqlaşdıqda isə sürəti artırmaqla heç bir nəticə əldə edə bilmirlər. İstənilən formada "ağıllı radar"lar bu sürücüləri müəyyən edə bilir. Sürücülər inzibati məsuliyyətdən qorxduqlarına görə, sürət həddini aşmamağa çalışırlar", - Əliyev deyib.

Şöbə rəisi hesab edir ki, bu qurğular Bakıda da quraşdırılandan sonra şəhər daxilində yüksək sürət səbəbindən baş verən qəzaların qarşısı alınacaq.

İdarə sözçüsü bildirib ki, sürücülər yol və meteoroloji şəraitə uyğun olaraq sürət həddi seçməlidirlər.

"Sürət həddini aşmaq dedikdə, bu, təkcə müəyyən olunmuş sürət həddini aşmaq kimi başa düşülməməlidir. Sürücülər hərəkət şəraitinə uyğun sürəti düz seçmirlər. Hava şəraiti, görünmə şəraiti sürət 90 km/saat olan yolda sürücüyə avtomobili bu sürətlə idarə etməyə imkan verməyə bilər. Sürət həddinin yol şəraitinə, meteoroloji şəraitə uyğun seçilməməsi yol nəqliyyat hadisəsinə səbəb olur", - o deyib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov Trend-ə bildirib ki, yüksək sürət səbəbindən baş verən yol qəzalarının təhlili aparılır və hansı yolda hadisənin çox baş verdiyi müəyyən olunursa, həmin yolda sürət nisbətən məhdudlaşdırılır.

"Paytaxtda nəqliyyatın intensiv hərəkəti üçün yeni standartlara cavab verən yollar salınır. Amma yollarda hərəkət sürətini məhdudlaşdırmaq və bununla bağlı yol nişanlarının qoyulması çıxış yolu deyil", - şöbə rəisi deyib.

Ağıllı radarlar tək sürəti yox, digər qayda pozuntularını da qeydə alacaq. Yeni radarlarda nömrə oxuyan xüsusi proqram var. Əgər avtomobil axtarışdadırsa, məhkəmə tərəfindən həbs qoyulubsa, həmin qurğu vasitəsilə müəyyən ediləcək.

Qeyd edək ki, bu ilin 9 ayında Azərbaycanda qeydə alınan yol qəzalarının 43 faizdən çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi məlumatına görə, yanvar-sentyabr aylarında respublikada 2237 yol qəzası qeydə alınıb. Qəzaların 984-ü avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Bu hadisələrdə 368 nəfər ölüb, 929 nəfər xəsarət alıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6077   Tarix: 01 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO

Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib. Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşın

14:44 28
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Aşağı Əskipara kənd sakini: Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm

Niyyət etmişəm ki, kəndimizə piyada gedəcəyəm, çatan kimi torpağından öpəcəyəm. Bunu "Report"un Qərb bürosuna açıqlamasında ötən gün Ermənistanla əldə edilən razılaşma əsasında Azərbaycana qaytarılması nəzərdə tutulan Qazax rayonunun Aşağı Əskipara kənd sakini Front Həsənov deyib. Onun sözlərin

18:30 0
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə BİG.AZ-a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafiz

18:58 0
.

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyi qeyd olunub

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub. Yubile

17:30 0
.

ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI

ABŞ prezidenti Co Bayden ölkəsinin ilk 90 kiloqram zənginləşdirilmiş uranı istehsal etdiyini açıqlayıb. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. ABŞ liderinin Vaşinqtonda seçki kampaniyası zamanı çıxışında qeyd etdiyi kimi, ilin sonuna qədər ABŞ nüvə reaktorları üçün təxminən bir ton yanaca

16:40 0
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460