Bir xalqı məhv etmək istəyirsənsə,onun dilini əlindən al.!

Bir xalqı məhv etmək istəyirsənsə,onun dilini əlindən al.! Dilimiz mənəviyyatımızdır...
«Hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini - rus dilini, ingilis dilini, fransız dilini, ərəb, fars dillərini mənimsəsin, öyrənsin. Bu lazımdır, çünki müasir dünya ölkələrinin bir-biri ilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə bu tövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mən bir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rus dilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yer verilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, C.Məmmədquluzadəni və digərlərini oxuya bilməz. Əgər onları oxuya bilməzsə, o, tarixini bilməyəcək, onları oxuya bilməsə, mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, Onda milli vətənpərvərlik duyğuları olmayacaq".
Bu sözləri Azərbaycan xalqının ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunda demişdir.

Ümummilli liderin sözləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Çox təəsüf ki, bir çox gəncimiz ik növbədə ana dilimizi mükəmməl öyrənmək əvəzinə xarici dilləri mənimsəməyə üstünlük verirlər. Xalq şairi Bəxtiyar Vahabzadənin dediyi kimi, bu insanlar öz ana dillərinə qənim kəsilən şəxslərdir. Hətta onlar sosial şəbəkələrdə, forumlarda ana dilində statuslar, rəylər yazmağı da özlərinə sığışdırmırlar. Daha çox türk, rus və ingilis dillərinə üstünlük verirlər. Bütün bu yazılanları görəndə yadıma Azərbaycan xalqının böyük oğlu Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesi düşür. Böyük mütəfəkkirimiz bu pyesdə ana dili məsələsinə toxunmuşdur. "Anamın kitabı"nın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırış idi. Əsərdə müxtəlif dövlətlərə meyli olan, onların dilində danışan ziyalıların səhv yol tutduqları tənqid olunurdu. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşmək, xarici dildə yox, məhz ana dilində, doğma dildə danışmaqdır. Cəlil Məmmədquluzadə bütün problemlərin məhz buradan qaynaqlandığını dilə gətirmişdi.

Yuxarıda qeyd etdiyim kimi, çox təəsüf ki, hələ də bizim aramızda ana dilinə yuxarıdan aşağı baxan, onu aşağılayan gənclər var. Həmin gənclərə kiçik bir xatırlatma etmək istərdim: Sizin orijinaldan oxuduğunuz, əsərlərini ideal kimi göstərdiyiniz M.Y.Lermontov yazırdı ki, fransız dili Avropa üçün nədirsə, azərbaycanlıların da dili Şərq üçün həmin şeydir. Bilənlər bilir ki, fransız dili Avropa mədəniyyətinin, sivilizasiyasının dili idi. Lermontov həmçinin Azərbaycan dilinin axıcılığına, rəvanlığına valeh olduğunu da bildirmişdi. Dilimiz haqda dünyaşöhrətli alimlər, şairlər, yazıçılar ən xoş sözləri deyiblər. Əminəm ki, bu gün ana dillərinə xor baxan gənclər nə vaxtsa buna görə peşman olacaqlar.

Görəsən biz gənclər ana dilimizin qorunması üçün nə etməliyik?

İlk növbədə qeyd edim ki, dili qorumaq onu sevməkdən, ona mükəmməl bələd olmaqdan keçir. Amma unutmamalıyıq ki, dilimizi sevmək kifayət deyil, biz gənclər çalışmalıyıq ki, dilimizi təbliğ edək, daha geniş ərazidə yayılmasına yardımçı olacaq. Bununla yanaşı ana dilimizi yad təsirlərdən, dialekt sözlərdən, ləhcələrdən qorumalıyıq. Bu işdə ən çox məsuliyyət mətbuatın və televiziyanın üzərinə düşür. Çox təəsüf ki, hər gün oxuduğumuz qəzetlərin, baxdığımız, dinlədiyimiz televiziya və radio verilişlərinin, efirdə səslənən materialların zəifliyi, kasadlığı, sözlərin deyiliş tərzi, aparıcıların ləhcə ilə danışması, dialekt sözlərdən istifadə etməsi adət halını alıb. Reallıqdır ki, bu gün teleaparıcılarımızın bəziləri türk, bəziləri isə rus dilinə meyl edir. Xüsusən, bu dillərə meyl edən teleaparıcıların sözlərindəki, kəlmələrindəki tələfüz müxtəlifliyi, nöqsanları aydın sezilir. İndiki televiziya və radio verilişlərinin əksəriyyətinin aparıcılarının nitqində dilimizin orfoepik qaydaları dəfələrlə pozulur. Maraqlıdır ki, hətta jurnalistika fakültələrinin məzunları belə televiziya məkanına ayaq basan kimi universitetdə 4 il ərzində öyrəndiklərini unudurlar, efirdə "ən yaxşı qanun, qanunsuzluqdur" "prinsipinə" riayət edərək tamaşaçıların əsəbləri ilə oynayırlar.

Bundan başqa mətbuatımız da orfoqrafik, qrammatik səhvlərlə doludur. Dilimizi korlandığı, sadalanan normalarının pozulduğu məkanlardan biri də internet daha da konkretləşdirsək sosial şəbəkələrdir. Burada sözlərin qısaldılmış şəkildə yazılmasıyla tez-tez rastlaşırıq. Məsələn: Salam-slm, Necəsən-ncsn, ... Bundan başqa internetdə ingilis sözlərindən istifadə adət halını alıb. Məsələn: OK, Thanks və s.

Bir söz var ki, əgər bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini əlindən al.

Tarixən torpaqlarımızda gözü olan yadellilər xalqımıza dinimizi, dilimizi,mədəniyyətimiz unutdurmağa çalışıblar. Amma Azərbaycan xalqı heç bir zaman milli kimliyini unutmayıb. Bu gün- 21-ci əsrdə biz gənclərin öhdəsinə düşən əsas vəzifə öz dilimizə, dinimizə, mədəniyyətimizə, adət-ənənələrimizə sahib çıxmaq, onu tərənnüm etmək, dilimizi gələcək nəsillərə indi olduğu kimi təmiz, yad ünsürlərdən uzaq, saf şəkildə çatdırmaqdır.

Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu milli sərvətə isə heç kəsin, xüsusən gələcıyin təminatçısı olan biz gənclərin soyuqqanlı yanaşmasına yol vermək olmaz. Unutmamalıyıq ki, dilimiz mənəviyyatımızdır. Mənəviyyatımıza sahib çıxmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8656   Tarix: 02 noyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 333
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 380
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 471
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1390