Qubada, Qusarda, "Sakit göl"də Yeni il gecəsinin qiymətləri KƏLLƏ ÇARXA ÇIXDI

Qubada, Qusarda, "Sakit göl"də Yeni il gecəsinin qiymətləri KƏLLƏ ÇARXA ÇIXDIQiymətlər əhalinin gəlirləri ilə müqayisədə fantastik görünsə də otellərdə boş yerlər artıq yoxdurSəyahəyətçi blogger qonşu ölkələrdə qiymətlərin ikiqat ucuz olduğunu deyir
Yeni ilə təxminən bir ay qalsa da, ilsonu istirahətinə gedənlər indidən çamadanlarını hazırlayır. Özəlliklə Yeni il gecəsini evdə keçirmək istəməyənlər turizm şirkətlərinin təkliflərini gözdən keçirir. Amma ölkəiçi qiymətlər xaricdəkindən daha bahalıdır.

Azərbaycanda son beş ilə qədər qış turizmi o qədər də məşhurlaşmayıb. Ancaq bir neçə ildir Qəbələ, Quba, Qusarda açılan qış turizm obyektləri ölkə vətəndaşlarında da turizmin bu növünə maraq yaradıb. Bir-iki gün də olsa, bu məkanlara baş çəkmək çoxunun arzusudur. Yeni il paketləri isə sıravi azərbaycanlıya həmin bölgələri əlçatmaz edir. Çünki məhz Yeni ilə görə bu istirahət yerlərində bir neçə gün dincəlmək 1000 manatdan baha başa gəlir.

Qəbələ Azərbaycanın ən çox otel olan bölgəsi olsa da burada Yeni il şənliyi üçün yer tapmaq çətin olacaq. Belə ki, rayondakı "Qafqaz Riverside Hotel", "Qafqaz Tufandağ", "Qafqaz Sport Hotel", "Qafqaz Resort" da Yeni il şənliyi üçün yerlər tamamilə tutulub. "Qafqaz Karvansaray Hotel" də də iki nəfər üçün qiymət 415 manatdır. Yeni il günləri Qəbələdə daha iki oteldə qalmaq olar, lakin orada Yeni il şənliyi təşkil olunmayacaq. Bunlar "Qafqaz Yeddi Gözəl" və "Qafqaz Termal Hotel and Spa"dır. Burada isə qiymətlər "Qafqaz Yeddi Gözəl"də 240 manat, "Qafqaz Termal Hotel and Spa"da isə 465 manatdır.

"Şahdağ"da Yeni ili qarşılamaq müştərilərə 1120-1270 manata başa gələcək. Bura dekabrın 30-dan yanvarın 4-dək "Şahdağ"da gecələmək, gündə iki dəfə yemək və Yeni il gecəsi və şam yeməyi daxildir. Eyni bölgədə yerləşən "Zirvə Hoteli"n də dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 190 manatdır. Burada ayrıca Yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 990 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.

Qusarın digər məşhur otellərinin birində - "Pik Palace"da istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz. Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. Yeni il paketi iki nəfər üçün 1586 manatdır. Şənliyə əməkdar artist Tünzalə Ağayevanın solo-konserti, "Jazzberry" musiqi qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışmalar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasiya Feldmanın çıxışları daxildir.

Qusarda yerləşən "Park Chalet" otelində iki nəfərlik otaqlar 250 manatdan başlayır, burada da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Yeni il günü isə iki nəfərə 306 AZN-dir. Gecədə DJ-lər, müğənni Diana çıxış edəcəklər. 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidir. Yeni şənliyi paketi 1090 manata başa gəlir.

Şimal bölgəsinin digər dəbdəbəli oteli "Quba Rixos" hazırda sosial şəbəkələrdə Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyası keçirir. Yeni il şənliyi paketinin qiyməti 1359 manatdır. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.
"Samaxi Palace Sharadil"də Yeni il üçün minimum 2 gecəlik yer rezerv etdirməlisiniz. Qiymət isə 1096 manatdır. Həmçinin Balakəndə yerləşən "Qubek Hotel"də isə Yeni ilini keçirənlərə 4 gecə 5 günlük paket təklif olunur. Paketin bir nəfər üçün qiyməti 330 manatdır. Gündə 3 dəfə yemək və Yeni il şənliyi də bu qiymətlərə daxildir. 6-10 yaş üçün uşaqlara 50 faiz endirim edilir. Yeni il paketinə Gürcüstanın iki şəhərinə, həmçinin Balakən və Zaqatalaya turlar da daxildir.

"Marxal Resort & Spa"da dekabrın 30-dan yanvarın 3-dəkdir. Qiymət isə bir nəfərə yalnız 1 gün üçün 195 manatdır. 3 yaşa qədər uşaqlar pulsuz, 13 yaşa qəzər uşaqlar üçün isə 90 manat ödəmək lazımdır.

"Şəki Palace"da Yeni il şənliyi ilə bağlı proqram olmasa da, dekabrın 31-də burada istirahət etmək mümkündür. Otaqların standart qiymətləri 2 nəfərlik 250 AZN-dir. 2 yaşdan aşağı uşaqlar üçün isə heç bir ödəmə gərək deyil.

Şamaxıda yerləşən "Sakit Göl Hotel"də yerlər artıq rezerv edilib. Bununla belə, bu məkanda Yeni il stolu 1000-1200 manat arasında dəyişir. 6 yaşa qədər olan uşağa hər şey pulsuzdur. 6-11 yaş üçün isə qiymət bir gün üçün 30 manatdır. 12 yaş uşaqlar üçün isə 60 manatdır.

Bəs bu qiymətlər Azərbaycan üçün nə dərəcədə normaldır? Ölkə turizminin inkişafı üçün bu təkliflər əlverişlimidir? Eyni məbləğlə yeni ili hansı ölkələrdə keçirmək olar?

Səyahətçi, blogger Gülər Mehdizadə Bizimyol.info-ya açıqlamasında bildirdi ki, həm ölkəyə tuistin gəlməsini istəyirik, həm də onlar üçün heç bir şərait yaratmırıq: "Sözdə guya hər şey var. Ancaq gecəsi 300 manatdan baha otel ərəblərdən başqa heç kimi cəzb etməz. O pulu verib 2-3 gün Şahdağda qalmaqdansa, Gürcüstanın Bakuriyani, Gudairi şəhərlərində 2 həftə istirahət etmək olar. Qar da var, xizək də. Nəinki turist, heç yerli camaatın da büdcəsinə uyğun deyil bu qiymətlər. 2016-cı il üçün minimum əmək haqqı 105 manatdır. Bu, heç kasıb həyatı sürməyə də yetmir, qaldı istirahətə. Orta aylıq əmək haqqı da olsun lap 450-500 manat. Gecəsi 272-342 manat olan otelin bir-iki gecəsinə çatar. Deməli, istirahət edəcəksənsə ayın qalan 28 günü acından ölməlisən".

G.Mehdizadə deyir ki, onlar bu yaxında İspaniya-Portuqaliya turu ediblər: "5 şəhərdə olduq. Otellərə verdiyimiz toplam pul 300 avrodan çox olmadı. Qaldığımız yerlərdən cəmi 1-i hostel idi. Qalanları normal şəraitdə otellər idi. Azərbaycanda digər bir dərd də odur ki, ortabab otellər yoxdur. Ancaq 4-5 ulduzlulardır. Onların da qiyməti çox bahadır. Görünür, otel işi ilə məşğul olanlar qiymətləri öz büdcələrinə uyğun tərtib ediblər. Yoxsa, Azərbaycanda otel kim üçün tikilib sualı yaranır. Gecəsi 300-350 manatdan Şamaxı, Quba, Qusar, Qəbələdə istirahət etməkdənsə, ondan ikiqat ucuz Bakuriani, Gudairi, Türkiyənin Uludağ bölgəsinə getmək olar. İnandırım ki, nəqliyyat xərcləri üstünə gəlsə belə, bölgədə istirahətdən ucuz başa gələcək. Burda özün Uludağ, Gudairi, Bakuriyani otellərinin qiymətlərini booking.com-dan tapıb ata bilərsən. Gudairi və Bakuriyaniyə Tiflisdən 20-30 lari xərcləməklə getmək olar. Tiflisə də 12,5 manatdır gediş. Uludağa isə İstanbuldan təxminən 30 lirəyə getmək mümkündür. Gəmi və avtobusla birlikdə. Otellərin də günlük qiyməti təxminən bir nəfərə 70-100 lirə arası dəyişir. 3 dəfə yemək və kofe daxil olmaqla".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4700   Tarix: 28 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən varlı beş qadını

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik:. 5. Miriam Adelson. Narkotik asılılığı ilə mübarizə aparan AB

10.03.2024 596
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24.03.2024 273
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 424
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 336
.

İnsanın mədəsindən canlı ilan balığı çıxarıldı

Vyetnamda həkimlər xəstənin mədəsindən diri ilan balığını çıxarıblar. xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya çatdırılıb. Həkimlər xəstənin rentgen və ultrasəs müayinəsi aparıblar. Nəticədə onun qarın boşluğunda yad cisim aşkarlanıb. Həkimlər vəziyyət

24.03.2024 853
.

Sevgililərin ayrılmaq üzrə olduğunu göstərən 3 QIRMIZI BAYRAQ

Boşanmalar nadir hallarda qəfil olur. Adətən bir əlaqənin sona çatmasından əvvəl uzun müddət sevgi sönməyə başlayır. Çox vaxt əvvəlcədən cütlüyün ayrılacağı qənaətinə gəlmək olar: hətta sevgililər ictimaiyyət arasında mübahisə etməsələr də. BİG.AZ -a istinadən bildirir ki, münasibətlərin tezliklə son

16.03.2024 488
.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducuda çarpaz çirklənməyə səbəb ola bilər. Soyuducu fazada çoxlu mikrobları özünə cəl

23.03.2024 336
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

Papa Fransisk: "Vatikanda mənim ölümümə ümid edənlər var"

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk müalicə üçün xəstəxanada olarkən öləcəyinə və ya istefaya getməsinə ümid edənlər olub. Bu barədə Vatikan rəhbəri bu ay nəşr olunacaq "Həyat: Tarix boyu hekayəm" adlı kitabında yazıb. Biografiyadan hissələri İtaliyanın "Corriere della Sera"

16.03.2024 354