Yalan danışmaqdan çəkinin!

Yalan danışmaqdan çəkinin!
Mənbə: http://zikr.az

Yalan danışmaq böyük günahdır. Uca Allah buyurur: “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin” (əl-Həcc, 30).
Əbu Bəkrə rəvayət edir ki, Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - üç dəfə: “Sizə günahların ən böyük­ləri barədə xəbər verimmi?”– deyə soruşdu. Səhabələr: “Bəli, ya Rə­sulallah!”– deyə cavab verdilər. Peyğəm­bər: “Allaha şə­rik qoşmaq, valideyn­lərin üzünə ağ olmaqdır, – deyib söy­kəndiyi yerdən qalxıb oturdu, və yalan söz danışmaqdır”– dedi”. (Sünən ət-Tirmizi).
Yalan danışmağın günahı dərəcə baxı­mından bir-birindən fərqlənir. Məsələn, Peyğəmbərin adından yalan danışmaq, yalandan Allaha and içmək daha böyük günah hesab edilir. Əli ibn Əbu Talib rəvayət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim: “Mənim adım­dan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun.” (əl-Buxari, 106). Həmçinin, Peyğəmbər demişdir: “Allaha şə­rik qoşmaq, valideynlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan and içmək böyük günahdır” (Səhih əl-Buxari).

Yalan danışmağın aqibəti
Peyğəmbər demişdir: “Şübhəsiz ki, yalan insanı əxlaqsızlığa, əxlaqsızlıq isə Cəhənnəmə aparır. İnsan çoxlu yalan danışarsa, Allah qatında onun adı “yalançı” yazılar”. (Səhih əl-Buxari, 6094).

Hansı halda yalan danışmağa icazə verilir?
Yalan danışmağın böyük günah olmasına baxmayaraq dinimiz bəzi hallarda buna icazə vermişdir. Peyğəm­bə­r – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “İnsanların arasını düzəltmək məqsədilə yax­şı­lıq etmək istəyən və ya yaxşı söz danışan adam yalançı deyildir.” (əl-Bu­xa­ri, 2692)
Yəni, əgər bir adam iki nəfərin arasını düzəltmək məqsədilə birinin demədiyi sözü digərinə deməsi, zahirən yalan söz kimi görünsə də, əslində bu, xeyirli söz sayılır və bunu deyən adam yalançı hesab edilmir. Digər rəvayətdə Ummu Gülsüm demişdir: “Rəsulullah üç halda yalan danışmağa izin vermişdir: döyüşdə düş­mənə deyilən, habelə, insanların arasını düzəltmək üçün deyilən və bir də kişinin öz zöv­cəsinə dedi­yi yalan”. (Musnəd İmam Əhməd, 6/404). Kişinin öz zövcəsinə dediyi yalana gəlincə, buna ər-arvad arasındakı ülvi məhəbbətin artması üçün onlardan birinin di­gəri­ni həddən ziyadə tərif etməsini misal göstərmək olar.

Zarafatda olsa belə yalanı tərk edənin mükafatı
Peyğəmbər demişdir: “Haqlı olsa belə mübahisəni tərk edən üçün Cənnətin kənarında, zarafatda olsa belə yalanı tərk edən üçün Cənnətin ortasında, əxlaqı gözəl olan üçün də Cənnətin ən ali mərtəbəsində evi olacağına zəmanət verirəm!” (Səhih əl-Buxari, 2692).

f Paylaş
Bölmə: İslam Oxunub: 3609 Tarix: 28.11.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qrimm_045
Qrimm_045 29.11.2016
bizim millet hec yalan daniwandi ki?)))


 
Padishah
Padishah 29.11.2016
Last
Teshekkurler



 
Yaguar
Yaguar 29.11.2016
Yalan daniwan Pinokio kimi olsa hec kim yalan daniwmaz


 
hukina
hukina 28.11.2016
Bir yalan danlwan isandan bir de,,cox az danlwan insan qorxlu ve,, tehlukeldir hecde sevmirem kim olur olsun en yaxln tandqlm olsa bele anlnda uzaqlawlram ve,,calwlram heyatlmdan uzaq tutum


 
Last
Last 28.11.2016
Padishah !!!


 
Gul_rengi
Gul_rengi 28.11.2016
Kiwinin zovcesine dediyi yalan ,,bunu kiwiler oxumasin,, yoxsa bundan sonra bir kelmede duz soz daniwmazlar...onsuzda bawdan ayaga yalandi bezileri.
xeber ucun cox tewekkur edirem


 
Padishah
Padishah 28.11.2016
Gozel movzudu.Teshekkur edirem bu cur movzulari ishiqlandirdiginiza gore.Tebii ki, indi her kes yalan dogru deyecekleriki men yalan danishan deyirem.Yalana nifret edirem ve ya yalancilari gozlerine baxanda yalani hiss edirem ve s . İnsanin dushuncesinde suallar yaranir . eger hec kes yalan danishmirsa bes bu dunyada yalan danishan kimlerdi?
Meger bir insanin gozunde yalan axtardigin teqdirde o goz de oz yalanchi gozlerini golmursenmi? Belke gore bilecek qeder cesaretinmi yoxdur??
Yalan in bu qeder gunah oldugunu bildiyin halda yalandan niye el chekmirsen axi...
İnsan etdiyi sehvlerini menfi noqsanlarini duzelde biler buna qadirdi