Qəzzafinin striptizçi gəlinindən şok açıqlamalar: "Hələ nə bilirsiniz ki..."

Qəzzafinin striptizçi gəlinindən şok açıqlamalar: O, Liviya Cəmahiriyyəsinin mərhum liderinin ailəsindən və həyatından bəhs edib.Ukraynanın Krım vilayətində doğulmuş Nadejda Qəzzafi qəzetə aylar əvvəl müsahibə versə də, onun açıqlamaları yalnız indi dərc olunub.

Nadejdanın dediyinə görə, Seyf əl İslam Qəzzafi ilə 2005-ci ilin iyulun 1-də Moskvada tanış olub. Həmin vaxtlara qədər "Rasputin" gecə klubunda striptizçilik edən Nadejda sonralar rusiyalı iş adamı Arkadi Novikova məxsus kafelərdən birində piar-direktor işləyib.

"Kiminlə tanış olduğunu bilirsənmi?!"

"Əvvəcə Aliklə tanış olmuşdum. Otelə yollandıq və gecə səhərədək onunla oldum. Sonra mənə kirayə mənzil tutdu, butun xərclərimi ödəməyə başladı. Üstəlik, "xırda xərclər" üçün hər gün 500 dollar verirdi. Həmin pulları yığdım, Moskvada birotaqlı mənzil aldım. Lakin sonra Alik yoxa çıxdı. Tanışlarımızın dediklərinə görə, Afrikaya yollanmışdı. Aliklə birlikdə olduğum vaxtlarda çox nüfuzlu insanlarla tanış olmuşdum. Onların arasında Seyf də vardı. Liviya liderinin oğlu Moskvaya Kseniya Sobçakla Şusteroviçin toyuna gəlmişdi. Ayaqüstü tanışlıqdan sonra ona telefon nömrəmi verdim. Həmin vaxt ərdəydim və Seyflə aradabir danışırdıq. Günlərin birində dedi ki, hər şeyi atıb Vyanaya, yanına yollanım. Ərim isə qorxmuşdu. Mənə dedi: "Kiminlə tanış olduğunu bilirsənmi?! O, Liviya lideri Qəzzafinin oğludur!"

Daha sonra Seyf dedi ki, Liviyaya yollanır və məni də aparmaq, ailəsi ilə tanış etmək istəyir. Təyyarəyə minəndə gördüm ki, onu kim görürdüsə, qarşısında diz çökürdü, ayaqqabılarını öpmək istəyirdi. Təyyarədən ayrı-ayrı düşdük. İki kişi başıma çarşab saldı, maşına mindirdi. Çox dəbdəbəli, üçmərtəbəli malikanəyə yollandıq. Evin həyətində aslanlar dolaşırdı. Seyfin qohumları daima yanımda idi. Bu qohum kişilər sutkaboyu bizim malikanədə yaşayır, Seyfin hesabına yeyib-içir, fahişələrlə əylənirdilər", - Nadejda deyib.

Onun sözlərinə görə, Qəzzafi ailəsini "pərişan etməmək" üçün Parisə yollanıb, orada cərrahiyyə əməliyyatı vasitəsilə bakirəliyini bərpa edib.
Bundan sonra Seyf əl Qəzzafinin xalası həkimin yanında Nadejdanın bakirəliyini yoxlayıb və "razı" qalandan sonra Seyfin bu qadınla evlənməsinə razılıq verib.
Nadejda da İslamı qəbul edib, müsəlman olub.

"Müəmmar Qəzzafi də rus qadınlarını sevirdi və bir neçə rus məşuqəsi vardı"

Seyf əl Qəzzafi Nadejda ilə evlənsə də, məşuqələrindən əl çəkməyib, həmin qadınları evinə gətirib.

"İki il əvvəl Seyf Ukraynada bir gözəllik müsabiqəsinin sponsoru oldu, qalib qızları da mən seçdim. Amma sonra o qızlardan bir neçəsi ərimin yatağına girdi.
Qaynatam Müəmmar Qəzzafi də rus qadınlarını sevirdi və bir neçə rus məşuqəsi vardı. Oğlundan fərqli olaraq, silikon sinəli sarışın qadınlardan xoşlanırdı", - Nadejda Qəzzafi deyib.
Belə həyatdan bezən Nadejda əri ilə dava edir və küsüb anasının yanına, Krıma yollanır.

"Jurnalistlərə müsahibə verəndə ayaqlarını ovxalamağımı sevirdi"

Seyf əl Qəzazfi ona zəng vurub, "Sənsiz yaşaya bilmirəm" deyib. Nadejda isə ərinin ona yox, seksə ehtiyacı olduğunu söyləyərək dəstəyi asıb.
Bir həftə sonra Qəzzafinin adamları Ukraynanın Donetsk şəhərində Nadejdanın qardaşının kiçik oğlunu oğurlayır, 5 gün saxlayandan sonra geri qaytarırlar.

"Seyf evindəki xidmətçiləri aşağılayır, təhqir edirdi. Məndən də ayaqlarını yumağı, masaj etməyimi istəyirdi. Bəzən masaj 4 saat çəkirdi. Xüsusilə də jurnalistlərə müsahibə verəndə ayaqlarını ovxalamağımı sevirdi.
Ad günümdə isə evə 20 ukraynalı fahişə gətirdi, gülərək "Həmvətənlərinlə bir yerdə olmaq istəmirsən?!" dedi. İş o yerə çatmışdı ki, ərimin dostları mənim yanımda o fahişələri yatağa yıxıb əylənirdilər. Bu rəzalətə dözmədim və Moskvaya qayıtdım", - Nadejda Qəzzafi deyib.

"Məni otağına apardı, orada da döyüb 12-ci mərtəbədən aşağı atdı"

Onun sözlərinə görə, Seyf əl İslam uşaq olanda atasına sui-qəsd zamanı başından yaralanmış və bu, onda epilepsiya yaratmışdı.

Ukraynalı qadının dediyinə görə, Seyf əl İslamla onun münasibətləri 2007-ci ildə bitib: "Sonra o, zəng vurub üzr istədi, Vyanaya çağırdı. Getdim, bir restoranda görüşdük. Seyf o restoranı bir gecəliyə kirayələmişdi. Restoranda da mübahisə etdik, dalaşdıq. Seyf məni otağına apardı, orada da döyüb 12-ci mərtəbədən aşağı atdı. 47 gün xəstəxananın reanimasiya bölməsində koma vəziyyətində qaldım. Həkimlər sağ qalacağıma ümid etmirdilər. Amma sağ qaldım. Seyf ilə 2008-ci ilin dekabrında görüşdük, ondan sonra ərimi görmədim. O ailənin çox sirləri var. Hələ nə bilirsiniz ki…"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12317   Tarix: 27 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27.03.2024 276
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27.03.2024 224
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275