Kişilər ən çox bu yerlərini düzəltdirirlər - SİYAHI

Kişilər ən çox bu yerlərini düzəltdirirlər - SİYAHIEstetik əməliyyat dedikdə ilk ağla gələn qadınlar olur. Lakin əslində kişilər də xarici görünüşlərini düzəltməyə olduqca əhəmiyyət verirlər. Türkiyəli estetik və plastik cərrah Aysun Bölükbaşı ona müraciət edən kişilərin heç də az olmadığını deyir.

BiG.AZ kişilərin daha çox bədənlərinin hansı hissələrində estetik əməliyyat etdirdiklərindən bəhs edəcək.

Mütəxəssis bildirir ki, kişilər ilk növbədə burun estetik əməliyyatı, göz qapağı cərrahiyyəsi, liposaksiya, döş kiçiltmə və saç əkdirməyə üstünlük verirlər.

A. Bölükbaşı bütün dünyada kişilərin estetik əməliyyatlara artıq çox yaxşı yanaşdıqlarını etiraf edir. Dünyada kişilərin etdirdiyi estetik əməliyyatlar 1997-ci ildən indiyədək 88 faiz artıb: "Amerikada aparılan araşdırmada ən çox etdirilən cərrahiyyə əməliyyatları arasında burun estetikası (rinoplastika) (64 min), göz qapağı cərrahiyyəsi (31 min), liposaksiya (24 min), döş kiçiltmə (ginekomastiya) (18 min) və saç əkilməsi (13 min) əsas yer turur. Cərrahiyyə xarici kosmetik prosedurlarda isə botoks (337 min), lazer epilyasiyası (165 min), mikro dermabrazyasiya (158 min), kimyəvi dəri soyma (90 min), dolğu (78 min) üstünlük təşkil edir. 2010-ci ildə isə kosmetik əməliyyatlara xərclənən ümumi məbləğ 10,7 milyard, cərrahi əməliyyatlara isə 6,6 milyard dollar xərclənib".

Hər 4 kişidən 1-i işi səbəbindən estetik əməliyyat etdirir

Kişilər daha çox işə dərhal dönə biləcəkləri estetik əməliyyatlara üstünlük verirlər. Xüsusilə iş dünyasının rəqabətli mühiti böhran dövründə ən yüksək səviyyədə yaşanır. Formadan düşmüş, özünə yaxşı baxmayan rəhbərlər, idarəçilər təşkilatı yaxşı idarə və təmsil edə bilmədikləri üçün daha gənc və gümrah peşəkarlarla əvəz edilir: "Şimali Amerikada aparılan araşdırmalardan birində iştirak edən kişilərin 84 faizinin güc və uğur üçün cazibədarlığın əhəmiyyətli olduğuna inandıqları ortaya çıxıb. Kişilərin 42 faizi isə üzlərində hər hansı dəyişikliyin karyeralarına müsbət təsir edəcəyini düşünür. 32 faiz isə daha gənc görünüşə sahib olmağın iş həyatına müsbət təsir yaratdığı qənaətindədir. Qalan 22 faiz isə "bəzi işləri həll edərkən görünüşümdən istifadə edirəm", - deyə etiraf edib.

Yağ, dolğu, dodaq böyütmə də kişilər arasında məşhurdur. Mütəxəssis hər 4 kişidən 1-nin işi səbəbindən estetik əməliyyat etdirdiyini, qadınların isə cəmi 10 faizinin bu səbəbdən estetik əməliyyata üz tutduqlarını bildirir. (Aile.lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3247   Tarix: 19 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662