Deputat parlamentdə azan oxudu - VİDEO

Deputat parlamentdə azan oxudu - VİDEO

İsrail Knessetində (parlament) qanunvericilik komissiyasının məscidlərdə səsucaldanlar vasitəsilə azan səsləndirilməsini qadağan edən qanunun təsdiqinə etiraz olaraq fələstinli deputat Əhməd ət-Tibi azan oxuyub.

BiG.AZ-ın verdiyi xəbərə görə, Baş nazir Binyamin Netanyahu Knessetin qəbul etdiyi qanunu müdafiə edərək bildirib ki, müəzzinlərin səsi israillilərin bir çoxunu qıcıqlandırır.

Ət-Tibi da öz növbsində Baş naziri və onun əhatəsini müsəlmanların hüquqlarının pozulmasında və ölkə siyasətində islamofobiyanın davam etməsində günahlandırıb.

Sonra ərəb deputat Qurandan və İncildən hissələr oxuyub və vurğulayıb ki, İsrail digər dinlərin nümayəndələrinə hörməti İslamdan öyrənməlidir.

Deputat yekun olaraq çıxışını azan verməklə sona çatdırıb./salamnews/

f Paylaş
Bölmə: İslam Oxunub: 1780 Tarix: 16.11.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Yaguar
Yaguar 16.11.2016
Dine hormet olunmalidi


 
Nemli_gozler
Nemli_gozler 16.11.2016
cox gozel
xeber ucun tewekkur edirem