Şərab içdiyinə görə cəzalandırılan iranlı qızın etirafı: "Məni soyundurub…"

Şərab içdiyinə görə cəzalandırılan iranlı qızın etirafı: "Məni soyundurub…"İranın Məşhəd şəhərində rəfiqəsinin ad günü mərasimində şərab içdiyinə görə qamçılanan 28 yaşlı gənc qız, xaricdə fəaliyyət göstərən müstəqil jurnalist Məsih Əlinəjada açıqlamasında barəsində çıxarılan 80 şallaq zərbəsi hökmünün icrası zamanı başına gələnlərdən danışıb.

A24.Az xəbər verir ki, adının mediaya açıqlanmasını istəməyən gənc qız deyib ki, o ad gününə qatıldığına görə iki il yarım əvvəl tutulsa da, barəsində çıxarılan 80 şallaq zərbəsi hökmü son günlər icra edilib: "İki il yarım əvvəl rəfiqəmin ad günü mərasiminə qatılmışdım. Rəfiqələrim və dost-tanışlarla birlikdə deyib-gülüb, şənlənir, xoş anlar keçirirdik. Lakin birdən-birə polislərin evə girməsinin şahidi oldum. Çox dəhşətli anlar idi. O səhnələri heç cürə unuda bilmirəm. Onlar, kimlik və ya məhkəmə qərarı göstərmədən bizi avtomobillərə mindirib bölməyə apardılar. Oradan isə bizi alkoqollu içkilər içib-içmədiyimizi müəyyənləşdirmək üçün "münkərat" idarəsinə köçürdülər. "Münkərat" idarəsində cüssəli və yekəpər iki qadın polis məni otaqlardan birinə salıb soyunmağımı, çılpaq şəkildə dalbadal oturub durmağımı istədi. Dedim ki, mən sizin yanınızda soyuna bilmərəm, utanıram və özümü rahat hiss etmirəm. Dedilər ki, oğlanların yanında soyunub açıq-saçıq otura bilirsiniz, burda niyə soyunmursan.

Nə isə, bizi iki sutka həbsdə saxlayıb çoxlu təhqir etdikdən sonra məhkəməyə apardılar. Məhkmədə mülki vəsiqə qarşılığında azadlığa buraxılsam da, məhkəmənin barəmdə çıxardığı hökm mənə iki il yarımdan sonra gəldi. Məhkəmənin hökmü ilə mən ad günü mərasimində şərab içməkdə günahlandırılaraq 80 şallaq zərbəsinə məhkum edilmişdim. Barəmdə çıxarılan hökmün icrası gününə yaxınlaşdıqca halım pisləşir, qorxu hissi keçirirdim. Nəhayət hökmün icrası günü gəlib çatdı. Mən zindana getməli oldum. Həbsxanada mənimlə qətl və ya cinayət törətmiş şəxs kimi davranırdılar.

Onlar əllərimi və qollarımı qandalladıqdan sonra zindan işçilərindən olan cüssəli bir qadın məni otaqlardan birinə aparıb soyundurdu və çarpayı üstündə uzatdıqdan sonra gön bir şallaqla arxamı və kürəyimi qamçılamağa başladı. Qadın, məni qamçılayarkən tez-tez deyirdi ki, dua elə Allha səni bağışlasın və günahından keçsin. Birinci zərbədən sonra fəryadım yerə-göyə sığmırdı. 80-ci zərbəyə qədər necə dözdüyümü bircə Allah bilir. Hökm artıq yerinə yetirilmişdi. Mənim isə kürəyim ağrıdan gizildəyib yanır, gözlərimdən yaş axırdı. Bütün vücudumla bağırmaq istəyir, öz ölkəmdə bu qədər tənhaqlığıma və məruz qoyulduğum bu qədər zülmə və təhqirə etiraz bildirmək istəyirdim. Axı, dünyanın harasında görünüb ki, gənc bir qızı ad gününə qatılıb şənləndiyinə görə aparıb şallaqlasınlar". (GünazTV)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3612   Tarix: 15 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549