Tanımadığımız polkovnik Qəzzafi (Foto)

Liviyaya 42 il rəhbərlik etmiş və bu gün Milli Keçid Şurasının qüvvələri tərəfindən öldürülən Müəmmər Qəzzafi gənclik yaşlarından ərəb dünyasının ən xarizmatik şəxslərindən olub. Bəzi mənbələrə görə, o, 1940-ci ildə Liviyada, Tripolitanidə doğulub. Amma Qəzzafinin özü 1942-ci ildə Sirt yaxınlığındakı bədəvi çadırında doğulduğunu deyir.
BiG.AZ Əyləncə portalı ANS-PRESS-ə istinadən bildirir ki, hələ tələbəlik illərində Qəzzafi gizli sosialist təşkilatı yaradır və qarşısına 1 məqsəd qoyur: hakimiyyəti ələ keçirmək.

1 sentyabr 1969-cu ildə 27 yaşlı Qəzzafinin rəhbərlik etdiyi qiyamçılar kral sarayını, hökumət binalarını, radio və televiziyanı ələ keçirir. Kral İdrisin rejimi devrilmiş elan edilir və Qəzzafi İnqilab Komandanları Şurasının baş komandanı olur. Bu vaxtdan Qəzzafi faktiki olaraq Liviyaya rəhbərlik edir.

Rəsmi olaraq isə 1970-72-ci illərdə baş nazir və müdafiə naziri, 1977-79-cu illərdə ümumxalq konqresinin baş katibi olur. İnqilabdan sonra Qəzzafi polkovnik rütbəsini alır. 1976-ci ildə general-mayor rütbəsini almasına baxmayaraq, Qəzzafi ölənə qədər özünü polkovnik hesab edib.

1977-ci ilin martında Qəzzafi Liviyada əsasını xalq komitəsinin təşkil ediyi rejim - Cəmahiriyyə yaradır və onun prezidenti kimi ölkədə Ərəb Sosialist İttifaqından başqa bütün siyasi təşkilatların fəaliyyətini qadağan edir. Ölkədəki müxalifətçilər edam edilir və təqiblərə məruz qalır.

Qəzzafi hakimiyyətə gəlməsindən dərhal sonra Liviyadan 20 min italiyalını çıxarır. Qısa müddət ərzində bütün xariсi bankları, xariсilərin mülkiyyətində olan bütün torpaqları, xariсi neft şirkətlərinin mülkiyyətini milliləşdirir. Həmçinin 1973-сü ildə ölkədə «mədəni inqilaba» başlayır və şəriət qanunlarını ləğv edir.

Tezliklə M.Qəzzafi "Üçünсü dünya nəzəriyyəsi" adlandırdığı konsepsiyasını irəli sürür və Liviyanı Сəmahiriyyə - kütlələrin dövləti adlandırır. Qəzzafinin ideologiyasının formalaşmasına SSRİ də güclü təsir edib. O, 3 dəfə - 1976, 1981 və 1985-ci illərdə SSRİ-yə gəlib, Leonid Brejnev və Mixail Qorbaçovla görüşüb.

1980-ci illərin sonunda isə Qəzzafi bütün rəsmi vəzifələrdən imtina edir və özünü inqilab lideri adlandırır. Amma faktiki olaraq ölkənin rəhbəri qalır.

Qəzzafi bir neçə terror aktının təşkilində şübhəli bilinir. 1986-ci ilin aprelin 5-də Qərbi Berlində gecə klubu partladılır. Qəzzafinin adına yazılan ən dəhşətli terror aktı isə "Lokerbi bombalanması" adı ilə tanınır. 1988-ci il dekabrın 21-də "Pan American World Airways"ə məxsus olan və Londondan Nyu-Yorka uçan təyyarənin Şotlandiyanın Lokerbi yaşayış məntəqəsi üzərində partladılması və onun yaşayış binalarının üzərinə düşməsi nəticəsində ümumilikdə 270 nəfər ölmüşdü. Bundan başqa Pakistanda "Pan American World Airways"ə məxsus təyyarənin girov götürülməsi və 20 nəfərin öldürülməsi, 1989-cu ildə Fransaya məxsus təyyarənin partladılması və 171 nəfərin ölümü də Qəzzafinin "xidmətləri" sayılır.

Qəzzafini devirmək istəyən qüvvələr hər zaman olub. Ona qarşı bir neçə dəfə sui-qəsd olsa da, polkovnikin bəxti gətirib. Yalnız bu il istisna oldu.

2011-сi ilin fevral ayında Benqazi şəhərində kütləvi çıxışlar başlandı və tezliklə polislə toqquşmaya çevrildi. Daha sonra başqa şəhərlərdə də etirazlar başlandı. Ölkə müxtəlif tayfaların nəzarətinə keçmiş hissələrə bölündü. Qəzzafi əleyhdarları Milli Keçid Şurası yaratdılar və onu ölkənin qanuni hakimiyəti elan etdilər. BMT Təhlükəsizlik Şurası tərəfindən müvafiq qətnamə çıxarıldıqdan sonra NATO Milli Keçid Şurasını dəstəkləyib. Avqustun sonunda Milli Keçid Şurasının qüvvələri ölkə paytaxtını ələ keçiriblər.

Qəzzafi ilə bağlı maraqlı məqamlardan biri də onun terror qruplaşmalara verdiyi maliyyə dəstəyidir, o cümlədən bu kontekstdə ermənilərlə olan əlaqələridir. Hesab olunur ki, 1975-сi ildə Beyrutda yaradılmış ASALA erməni terrorçu təşkilatının əsas maliyyəçilərindən və ilhamveriсilərindən biri məhz polkovnik Qəzzafi olub.

Liviya liderinin sosializm dəyərlərinə xüsusi dəyər verməsi də diqqət çəkən məqamlardandır. Maraqlıdır ki, diktatorun ölkəsində vətəndaşların sosial müdafiəsi dünya üzrə ən yüksək səviyyədə idi. Neft gəlirlərinin xalq kütlələrin arasında ədalətli paylanmasına əsaslanan sosial güzəştlərə aşağıdakılar daxil idi:

- dövlət hər bir ailə üzvünə ildə 1 000 $ dotasiya verirdi;
- İşsizlik müavinət ayda 730 $ olub.
- tibbi baсısının maaşı 1000 $ olub.
- hər bir yeni doğulmuş körpəyə 7000 $ verilirdi.
- yeni evlənənlərə mənzil almaq üçün 64 000 $ hədiyyə edilirdi.
- Liviyada şəxsi biznesin açılmasına bir dəfəlik 20 000 $ maddi yardım edilirdi.
- Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi.
- Çox uşaqlı ailələr üçün simvolik qiymətlərlə əsas ərzaq məhsulları satan mağazalar şəbəkəsi təşkil edilmişdi.
- Liviyada təhsil və tibb pulsuz olub. Həmçinin tibb işçilərindən heç kim əlavə haqq baradə bir kəlmə belə kəsə bilmirmiş.
- Apteklərin bir hissəsi xəstələrə dərmanı pulsuz verirmiş.
- Xariсdə təhsil və ya təсrübə keçmək Liviya dövləti hesabına ödənilirmiş. Amma burada limit var idi, bir ailədən maksimum iki uşaq dövlət hesabına oxuya bilərmiş.

Lakin Liviyada sərt qadağalar da olub:
- vaxtı keçmiş ərzaq satanlara qarşı böyük сərimələr kəsilirmiş və ya xüsusi polis tərəfindən həbs edilirmişlər;
- saxta dərman satışına görə Liviyada ölüm hökmü kəsilirmiş.
- mənzil haqqı Liviya vətəndaşları üçün sıfır olub.
- Liviya əhalisi üçün elektrik enerjisi pulsuz idi;
- Liviyada əmlakçı xidmətləri qadağan idi.
- Liviyada spirtli içki satışı və istifadəsi qadağan olub.

Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)Tanımadığımız polkovnik Qəzzafi (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12701   Tarix: 25 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877