Hansı kişilər qadınlara daha çox xəyanət edirlər?

Hansı kişilər qadınlara daha çox xəyanət edirlər?


İngiltərədə aparılmış araşdırma ərlərin xanımlarını aldadıb-aldatmayacaqlarının ayaq barmaqlarının formasından asılı olduğunu üzə çıxarıb.

"Scientist"ə istinadən bildirir ki, professor Ceyn Şeanın apardığı tədqiqatın nəticələri belədir:

Böyük baş barmaq. Ağıl və yaradıcılığın göstəricisidir. Baş barmağı böyük olan insanlar istənilən məsələni fərqli dəyərləndirir, problemlərin həllini tapırlar. Ayaqlarındakı baş barmaqları qısa olan insanlar isə zəhmətkeş, yalnız deyilənləri edənlərdir.

İkinci barmaq. Bu barmağı uzun olanlar lider, qısa olanlar isə liberaldır.

Orta barmaq. Ayaqlarındakı orta barmaqları uzun olan kişilər daha enerjilidirlər, hər şeyin mükəmməl olmasın istəyirlər. Ayağında üçüncü barmağı qısa olanlar isə həyatın gözəlliyinə əhəmiyyət verir, sakit yaşamı seçirlər.

Dördüncü barmaq. Bu barmağı uzun olanlar ailə və qadınla münasibətlərə çox ciddi yanaşırlar. Onlar dinləməyi yaxşı bacarır, başqalarının problemləri ilə maraqlanırlar. Dördüncü barmağı qısa olan kişilər ailə ilə ciddi maraqlanmırlar.

Sonuncu, kiçik barmaq. Əgər bu barmaq qısadırsa, kişi məsuliyyəti boynuna almaq istəmir. Ayağının kiçik barmağı başqa barmaqlardan aralı olan kişilər macərapərəst, arvadbazdırlar. Kiçik barmağı qısa olan kişilər adi həyat yaşayır, arvadına sadiq olur.

Ayağın böyüklüyü. Ayağının ölçüsü kiçik olan kişilər xəyanətə meylli olurlar.

Daban. Daban oyuğu kiçik olan kişilər tək qalmağı sevmirlər. Düz dabanlılar isə qərarsız və xəyanətə meyllidirlər.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 18506 Tarix: 21.10.2011



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
nigarrrrr
nigarrrrr 06.06.2014
tesekkurler


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər