Ruzinizin artmasını istəyirsinizmi? - BUNLARI EDİN

Ruzinizin artmasını istəyirsinizmi? - BUNLARI EDİN

İnfaq imkanlı insanlara aiddir, o kəsin ki, qüdrəti var, o kəsin ki, abırı var. O kəs ki, üzməyi bacarır, o kəsin ki, dili var.

BiG.AZ deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: "Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz"". ("Nəml" 36). Yəni, Allah mənə elə bir şey vermişdir ki, sizə verməmişdir. Sizə elə şeylər vermişdir ki, mənə ondan verməmişdir. Hər kimin nəyi varsa, başqasına yardım etsin.

1. İnfaqın ilk səmərəsi simicliyi aradan aparmaqdır. Mövzumuz - infaqın bərəkətidir. İnfaqın bərəkəti iki cürdür: fərdi və ictimai. Fərdi bərəkəti budur ki, simicliyi aradan aparar. İmam Cavad (ə) gecədən səhərə qədər təvaf edər, ancaq bir şeyə görə dua edərdi: "Allahım, məni simiclərdən qoru". Simiclik bir hünərdir, başqaları onu öyrənə bilməz. O kəs ki, simicdir, o, pak deyildir. Quran Həzrət Peyğəmbərə (s) buyurur: "(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san". ("Tövbə" 103).

2. Ruzini artırar. Quran buyurur: "De: "Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır"". ("Səba" 39). Səhv etmirəmsə, Məsnəvinin belə bir şeiri vardır ki, məzmunu belədir: "Bir nəfər divarın üstündə idi və susuzlayır. Görür ki, əgər özünü aşağı atsa, ola bilsin ki, ayağı sınsın. Susuzluğa da dözə bilmirdi və dırnağı ilə bu divarı qazmağa başlayır. Hər nə qədər aşağı düşürdüsə, öz-özünə deyirdi ki, suya yaxınlaşıram". Səcdədə hər nə qədər Allaha səcdə etsək, bir o qədər Ona yaxın oluruq. Allah Təala "Ələq" surəsində Həzrət Peyğəmbərə (s) buyurur ki, əgər qürbümə yaxınlaşmaq istəyirsənsə, yolu - səcdədir. Hər nə qədər aşağı gəlsən, yaxınlaşarsan.

3. Malını sığorta edər. Bəli, infaq etmək malımızı sığorta edər. Hədislərdə oxuyuruq: "Malınızı zəkatla qoruyun". Əgər malınızı qorumaq istəyirsinizsə, yardım edin. Onlar ki, xüms vermir, bunu başa düşmürlər, onlar ki, zəkat vermir, bunu dərk etmirlər. Hər kim infaq edər və səxavətli olar, həm Allah onu sevər və həm də insanlar. Səxavətli insanın duası qəbul olar. Namazı qəbul olar. "Rəhman olan Allah, iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır". ("Məryəm" 96).
loading...
f Paylaş
Bölmə: İslam Oxunub: 3996 Tarix: 01.11.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Behruz089
Behruz089 02.11.2016
Çox yaxşı xəbərdi , hər kəsi öz imkanına görə yardıma çağırır allah


 
MEXX
MEXX 02.11.2016
Amin


 
Yaguar
Yaguar 02.11.2016
Allah haminin ruzi bereketini versin..Amin


 
Uzunsacliqiz
Uzunsacliqiz 02.11.2016
Tesekkurler.
Maraqli ve faydali xeber oldu.Paylasib sizde savab qazandiniz,daha cox b qazanin ))
Allah butun dualarimizi qebul elesin.Amin

Heç bir dil özlemi daşıyacaq qeder güclü deyil.Buna göre de insan özledikce sessizleşir.


 
vetenperver
vetenperver 02.11.2016
salyanli qaqas broo,qeseng duadir men her zaman seherler ise gederken ayetul kursiden sorna oxudugum duadir,,seba 39 o ruzi verenlerin en yaxhsisidir!


 
Last
Last 02.11.2016
AMIN!


 
Nuram
Nuram 02.11.2016
Allah haminin yardimcisi olsun kim ucun ne xeyirlisidise o olsun .


 
DUZLU_NIK
DUZLU_NIK 02.11.2016
Xeber mence Redaktora mexsus - xebere gore muellife
Aydin Sani ft Suleyman Nifteliyev - Sene Mektub Yaziram

 
Salyanli_qaqas
Salyanli_qaqas 02.11.2016
Ruzi duasi

Ya Rahmanu Ya Rahim
Ya Latifu Ya Kerim
Ya Rezzagu Ya Mukit
Ya Zel Celali Vel İkram


 
vetenperver
vetenperver 01.11.2016
amin gozel xeber !


 
hukina
hukina 01.11.2016
MaraqLl ve,, gozel. Elbetde (Allah) eli"aclq isanlara birazda ruzusun cox eder. Tewekkuler,,


 
OnunMeleyi1
OnunMeleyi1 01.11.2016
Amin inwaAllah...Allah heckesi bir kimseye.mohtac etmesin...ve herkesinde ruzisi Allah qatindadir.Allah herkes dogulada onun ruzisini ayirir...ve yawadigi surede o ruzi mutleqdirki o bendeye catacaqdir..ya cavanliginda ya qocaliginda ama catacaqdir.yeterki bende istesin...


 
A_F_I_N_A
A_F_I_N_A 01.11.2016
Haminin ruzisi bol dualari qebul olsun.