Bu il yenə donacağıq?

Bu il yenə donacağıq?Ölkə ərazisində havaların soyuması istilik məsələsini gündəmə gətirib. Evlərini kombi ilə isidənlər çoxdan qış mövsümünə keçsə də, mərkəzi istilik sisteminə qoşulanlar hələ noyabrın 15-ni gözləməlidir. Biz ayın 15-ni gözləmədik, aidiyyəti qurumlarla əlaqə saxlayıb mövsümə hazır olub-olmadıqlarını öyrəndik.

Axı bizim keçənilki kimi acı bir təcrübəmiz var. Yəqin 2015-2016-cı ilin payız-qış mövsümündə mənzillərin istiliklə təchizatənın təxminən 1 aya yaxın gecikməsini unutmamısınız. Səbəb "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcu idi.Uzun müzakirələrdən sonra nəhayət problem aradan qaldırılmışdı. Bəs görəsən, bu il də eyni ssenari təkrarlanacaq?
Oktyabrın əvvəlində "Azəriqaz"İB-dən verilən açıqlamada bildirilmişdi ki, 2016-cı ilin 9 ayı ərzində "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.
Qurumdan bildirilmişdi ki, "Azəristiliktəchizat" ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir.

Bu rəqəm ötənilki vəziyyətin təkrarlanması qorxusunu verir.
"Azəriqaz" İstehsalat Birliyinin sədri İbrahim Kəlbəliyev Publika.az-a artıq borcla bağlı "Azəristiliktəchizat"a məlumat verilib: "Mövsüm başlayanda qazanxanalar qazın açılması ilə bağlı bizə müraciət edəcək. Hansı qazanxana müraciət edəcəksə, onlara qaz veriləcək. Əlbəttə, ilk növbədə debitor borcu olmayanlara veriləcək. Mövcud borcla bağlı "Azəristiliktəchizat"a borcun ödənilməsi ilə bağlı yazılı olaraq məlumat göndərilib. Bu haqda danışıqlar aparılır".
Onun sözlərinə görə, may ayından mövsümə hazırlığın başladığını və oktyabrın sonuna qədər tam yekunlaşacaq.
"Bu il mövsüm ərzində qəza halları istisna olmaqla, təbii qazın verilişində çatışmazlığın yaranması gözlənilmir".

"Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bütün qazanxana və istilik məntəqələri qışa hazır vəziyyətdədir: "Qazanxana, istilik məntəqələrində təmir-bərpa işləri aparılıb. Magistral məhəllədaxili 1000 km-lik istilik xətləri hidravlik təzyiq verilərək yuyulub, 19 km yenisi ilə əvəz edilib. 3 qazanxana modernləşdirilib, 8 qazanxananın qazlaşdırılması layihəsi həyata keçirilib. Bütün bunlar bizə bu ilki payız-qış mövsümündə 3700-ə yaxın yaşayış binasını, Azəristiliktəchizat" dan istiliklə təmin edilməsi nəzərdə tutulan məktəb, bağça, səhiyyə və digər müəssisələrin istilik təchizatı təmin ediləcək. Noyabr ayının 1-dən dağlıq, 15-dən isə digər ərazilərdə istilik mövsümünə start veriləcək".
Bu il yenidən borc məsələsinin gecikmələrə səbəb olub-olmayacağına gəldikdə, Rafiq Əliyev elə bir problemin olmadığını dedi: "Problem yaranarsa, o zaman münasibət bildirərik. Əsas odur ki, bütün qazanxanalar mövsümə hazırdır. Borc məsələsinə gəlincə, qazanxana işlədikcə borc yaranır, hər ay da çalışırıq ödəyək. Bu işlə məşğuluq, güman edirəm ki, hər şey yaxşı olacaq".

Yəqin onu da xatırlayırsınız ki, ötən il də mövsümdən əvvəl qurumlar hər şeyin yaxşı olacağına dair söz vermişdilər. Ümid edək ki, bu dəfə sözlərini tutacaqlar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2370   Tarix: 28 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16.04.2024 267
.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

16.04.2024 669
.

Dünyanın ilk "ətir"saatı təqdim olundu

"Vacheron Constant"in dünyanın ilk "ətir" saatını təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, bu, İsveçrənin saat şirkəti, Parisli "Yiqing Yin" və "Paco Rabanne"dən Lady Million kimi məşhur ətirlərin müəllifi və tanınmış parfümer Dominik Ropionun əməkdaşlığ

16.04.2024 202
.

"ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq"

"Qlobal güclər,habelə region dövlətləri İsrail və İrana ünvanlanmiş müraciətlərində səbrli və təmkinli olmaq,mübahisəli məsələləri güc tətbiq etməkdən uzaq olmaqla bağlı çağırışlarını ediblər. ABŞ İsraili xəbərdar edib ki,İrana hücum edəcəyi təqdirdə o İsraillə İrana qarşı vuruşmayacaq,hərçənd AB

16.04.2024 313
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16.04.2024 409
.

Əfqanıstanda daşqın: 50 nəfər ölüb, 36 nəfər yaralanıb

Əfqanıstanda leysan yağışları gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, yağışlar daşqınlara səbəb olub. Ötən həftədən bəri təsirli olan güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub. Bu barədə Əfqanıstan Milli Fəlakət Agentliyi sözçüsü Janan Saeq verdiyi açıqlamada

16.04.2024 176
.

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi sosial şəbkədə paylaşdığ

16.04.2024 445
.

İtaliyanın Tehrandakı konsulluğu müvəqqəti bağlanıb

İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb. xəbər verir ki, bu barədə MTV Lebanon məlumat verib. Bildirilib ki, İtaliya vətəndaşları üçün zəruri konsulluq xidmətləri davam etdiriləcək

16.04.2024 134
.

"Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi"

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. İran-ABŞ, İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəya

16.04.2024 203