Avtobusda gənc qızı təpikləyən şəxslə bağlı qərar verildi - VİDEO

Avtobusda gənc qızı təpikləyən şəxslə bağlı qərar verildi - VİDEOTürkiyədə 1 ay öncə yaşanmış hadisə hələ də mətbuatın gündəmindədir. Təxminən bir ay öncə tibb bacısı olan Ayşegül adlı gənc qız, avtobusla evinə gedərkən 35 yaşlı Abdullah adlı vətəndaşın hücumuna məruz qalıb. Abdullah Çakıroğlu adlı şəxs, Ayşegülün qısa paltar geyindiyini və ətrafdakıları narahat etdiyini idda edərək onu təpikləmişdi.

Hadisə baş verdikdən sonra Abdullah Çakıroğlu polis tərəfindən saxlanılmışıdı. İfadəsi alınan Abdullah sərbəst buraxılmışdı. Lakin təxminən 7 saat sonra o yenidən polis tərəfindən saxlanılmşdı.

Məsələ ilə bağlı dünən Anadolu 40-cı Ağır Cəzalar Məhkəməsində ilk qarşılaşma olub. Məhkəmə prosesinə zərərçəkən Ayşegül də qatılıb.

Prosesdə ifadəsini təsdiqləyən Abdullah bildirib ki, qızın oturuşunun düzgün olmadığını ona deyib. Qız isə ona "sənə nə" cavabını verib. Bundan sonra əsəblərini cilovlaya bilməyən Abdullah, Ayşegülü vurub.

Abdullah deyib ki, o qızı orta səviyyəli bir zərbə ilə vurub: "Psixi sarsıntı keçirmişəm. Bu tip hallar məndə tez-tez olur. Mən Baş Qərargah rəisiyəm. İfadəmdə də bu yazılıb. Başqa şey xatırlamıram"

İlk məhkəmə iclasının sonunda hakim Abdullah Çakıroğlunun sərbəst buraxılması ilə bağlı qərar verib. Qərara görə Abdullah Ayşegülün iş yerinə və evinə 6 ay boyunca yaxınlaşmamalıdır.

Abdullahın sərbəst buraxılması Ayşegülü və onun vəkillərini şoka salıb. Gənc tibb bacısı məhkəmə binasında ağlayıb və böyük bir ədalətsizliyin yaşandığını media işçilərinə bildirib. O, qorxduğunu və çox kəskin sarsıntı keçirdiyini deyib./mir.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1026   Tarix: 27 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888