Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri

Azərbaycanın tanınmış "Milk&Kisses" rok qrupunun solisti Fəridə Nelsonun toyu haqdadır. Oktyabr ayının 29-da müğənni öz həyat yollarını avropalı musiqiçi Stefan Kamilarov ilə birləşdirəcək. Fəridə və Stefan cütlüyünə ailə səadəti arzu edir və şou-biznes ulduzlarımız haqda növbəti yazıya keçid alırıq.
Fidan Hacıyeva. Əcnəbi ilə nikah deyərkən, nədənsə, müğənnilərimizdən ilk olaraq, ağla əməkdar artist Fidan Hacıyeva gəlir. Artıq yeddi ildir ki, İngiltərə vətəndaşı olan Filipp Neylor ilə ailəli olan Fidan xanımın 2 övladı var. Corcina-Xəyalə-Siena və David-Davud-Con adlı övladlarının qayğısına qalmaqla yanaşı, Filipp Neylor ev işlərində də həyat yoldaşına kömək edir.

İsa Məlikov. Polşa əsilli Paulina Volotkovskaya ilə ailə həyatı quran İsa Məlikov artıq dörd ildir ki, xoşbəxt ailə həyatı yaşayır. İlk baxışda bir-birinə aşiq olan cütlük hal-hazırda da sevgidən və məhəbbətdən yazır. İsa Məlikovun son illər işıq üzü görən, demək olar ki, bütün mahnılarının sözləri məhz həyat yoldaşı Paulina Məlikovaya məxsusdur. Son günlər isə cütlüyün birgə işi olan "Hiss et" mahnısı populyarlıq qazanmaqdadır.

Ülviyyə Rəhimova. Müasir Azərbaycan cazının ən sevilən nümayəndələrindən olan Ülviyyə Rəhimova isə bu günlərdə evliliyinin bir ilini qeyd etdi. Həyat yoldaşı Ceyk Consla Ülviyyənin də sevgisi ilk baxışdan yaranıb. Hal-hazırda cütlük Tbilisidə yaşayır.

Şou-biznes nümayəndələrimizdən qonşu Türkiyə, Rusiya və İran vətəndaşları ilə ailə quranlar da az deyil.

Əlixan Səmədov. Uzun illərdir ki, tanınmış balaban ifaçısı Türkiyə vətəndaşı ilə evlidir. Övladı yoxdur.

İradə İbrahimova. 2009-cu ildə Ceyhun İzzətlə ailə quran sevilən müğənni İpək adlı qızının bir yaşını Bakıda qeyd etməyə hazırlaşır.

Yeganə. Bir ildir ki, Fateh adlı Türkiyə vətəndaşı ilə Yeganə Türkiyədə yaşayır. Müğənninin Ömər adlı bir oğlu var. Yeganə və Fateh cütlüyü ümumilikdə 11 övlad arzusunda olduğunu bildirib.

Günay Musayeva. Bir müddət əvvəl "Yaprak dökümü" serialının ulduzu Tolqa Karellə ailə quran tanınmış azərbaycanlı model haqda Türkiyə mətbuatı hələ də yazır. Cütlük nikahını rəsmiləşdirsə də, toyun İstanbulda və Bakıda olacağı bildirilir.

Nigar Camal. Eldar Qasımovla birgə "Eurovision" qələbəsini Azərbaycana gətirəndən sonra Nigar Camalın şəxsi həyatı barədə daha çox danışılmağa başlandı. Müsabiqədən bir neçə həftə sonra isə Nigar ailəsi ilə birgə rəsmi mətbuatda göründü.

Nura Suri, Azəri qızı Günel, "Kristal" qrupunun solisti Lalə Qafarova, müğənni Vüsalə Əliyeva da xarici vətəndaşlarla ailə quran ifaçılardandır. Bütün cütlüklərə xoşbəxtlik arzu edirik!
Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri Azərbaycan şou-biznesinin əcnəbi bəy və gəlinləri


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 17913   Tarix: 25 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Zamiq Hüseynov: "Kiminsə sözü məni narahat etmir"

"Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu verilişləri

25.03.2024 521
.

Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə - Fotolar

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. Axşam.az xəbər verir ki, müğənni "Zaurla Günaydın" proqramında qonaq olub. İfaçının üzündəki dəyişiklik diqqətdən qaçmayıb. Qeyd edək ki, V.Məhərrəmli bir müddət əvvəl üzündə plastik əməliyyat etdirib. O, üzündək

26.03.2024 1191
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 694
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2228
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 570