Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm Sultan

Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm SultanTürkiyə televiziyalarında yayımlanan "Muhteşem Yüzyıl" serialı Azərbaycanda da kifayət qədər tamaşaçı toplayıb. Serialın davamı olaraq çəkilən "Muhteşem Yüzyıl: Kösem" serialının qəhrəmanı Kösəm Sultan kimdir?

Osmanlı dövlətinin idarə edilməsində iştirak etmiş, Osmanlı tarixinin ən güclü və ən varlı qadınının həyat hekayəsini araşdırılıb.

Kösəm Sultan, Haseki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə də hərəmxananı idarə etmiş və qayınanası Safiyə Sultan kimi özü də Böyük Validə Sultan olmuşdur. Osmanlı sultanı 1-ci Əhmədin nikahlı arvadı və ən sevimlisidir. 4-cü Murad və 1-ci İbrahimin anası, 4-cü Mehmedin nənəsidir. Safiyə Sultanın istəyi ilə adı Mahpeyker olmuşdur. Sonra isə Kösəm adını almışdır.

BiG.AZ olke.az-a istinadən günah və savabları ilə tarix boyu intriqaçı, övlad qatili, sərvət düşkünü olaraq yad edilən Kösəm Sultanın həyatını sizə təqdim edir:

Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm SultanKösəm Sultan kimdir?

1590-cı ildə Yunanıstanın Mora şəhərində bir keşişin qızı olaraq dünyaya gələn, əsl adı Anastasiya olan Kösəm Sultan, kəşfiyyatçılar tərəfindən əsir alınır. Sonra isə Bosniya bəylərbəyi tərəfindən saraya göndərilir.

Saraya gəldiyi andan etibarən dövrün padşahı 1-ci Əhməd də daxil olmaqla, hərkəsi nüfuz dairəsinə alır. Onu "ay üzlü" mənasına gələn Mahpeyker çağırmağa başlayırlar.

Tezliklə sultanın ən sevimli hərəminə çevrilən Mahpeyker "irəlidə gedən" mənasına gələn Kösemen deyə çağrılmağa başlayır. O, Kösemen ləqəbinin haqqını layiqincə verəcək, 15 yaşı olanda 1-ci Əhmədə ərə gedəcəkdi. Amma 1-ci Əhmədin hakimiyyəti illərində sarayda və siyasətdə çox da böyük təsir gücünə malik deyildi.

O dövrdə Venesiya elçisi Simon Cantarini belə yazırdı: "20 yaşı olan Kösəm gözəl, hiyləgər, bir çox qabiliyyəti olan, əla mahnı oxumağı bacaran, 1-ci Əhmədin ən çox sevdiyi hərəmidir. Amma Sultan onunla dövlət işləri barədə danışmır, bu məsələdə diqqətli davranırdı".

Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm SultanXeyriyyəçilikdə ad çıxarmışdı. Ətrafındakı kasıblara yardım edər, Rəcəbi-Şərif ayında paltarını dəyişərək həbsxanaları gəzər, borc ucbatından məhkum edilənlərin borcunu ödəyərək onları azadlığa buraxdırardı.

Kösəmin 27 yaşı olanda əri vəfat etdi və o, saraydan uzaqlaşdırıldı. Amma oğlu 4-cü Murad taxta keçəndə, Kösəm saraya geri qayıtdı və kiçik yaşlı oğlunun yerinə dövləti idarə etməyə başladı. Mahpeyker rüşvətdən əldə edilən sərvəti xeyriyyə işinə sərf edir, insanların hörmətini qazanırdı.

Osmanlı sarayında olan nüfuzundan istifadə edərək, müəyyən vəzifələri pul ilə satır, ölkənin idarəedilməsi məsələsində tayfa başçılarının gücünə bələd olduğu üçün onları yanına çəkir, bir sözlə, şahmat oynayırdı.

4-cü Murad iqtidarına təhlükə olan iki qardaşını qətlə yetirmiş, Kösəm Sultan isə ona əngəl olmamışdı.

Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm SultanKösəm nə deməkdir?

Kösəm Sultanın bu adı alması barədə iki rəvayət var. Birinci versiyaya görə, vücudu tərtəmiz və ağappaq olduğu üçün Sultan 1-ci Əhməd tərəfindən ikinci ad olaraq verilmişdir. İkinci versiyaya görə isə, Kösəm sözünün mənası "özündən əmin, nə vaxt nə edəcəyini bilən, yol göstərən, yönləndirən şəxs"dir. Bu xüsusiyyətləri olduğu üçün ona Kösəm Sultan adı verilmişdir.

İbrahimin səltənəti və qətli

Həyatı boyu öldürülmə qorxusuyla yaşadığı üçün psixologiyası pozulmuş İbrahimin isə dəli olduğunu deyərək, 4-cü Muradın qəzəbindən qoruya bilmişdi. 4-cü Murad öldükdən sonra isə İbrahimi taxta çıxarıb ölkəni yenə də özü idarə etməyə başladı. Amma "Dəli" ləqəbli İbrahim bir müddət sonra onun nəzarətindən çıxacaq, Kösəm Sultan gücünü və nüfuzunu itirəcəkdi.

İbrahim taxta çıxanda Osmanlı imperiyası böyük bir böhranla üz-üzə qaldı. Sultan xanədanın tək kişi varisi idi və təcili bir şəkildə xanədanın ömrünü uzatmalı, varis dünyaya gətirməli idi. Amma İbrahim ağılsız idi və qadınlara qarşı elə də böyük marağı yox idi. Osmanlı xanədanının ömrünü uzatmaq kimi böyük bir vəzifə Kösəm Sultanın boynuna düşdü. Oğlunu müalicə etmək istəyən ana ölkənin hər yerindən cindarları çağırdı. Onlardan ən məşhuru Cinci Hoca ləqəbi ilə tanınan Safranbolu sakini Karabaşzadə Hüseyin Efendi idi. Nəhayət, İbrahim taxta çıxandan iki il sonra şəhzadə Mehmet dünyaya gəldi. Bunun qarşılığında Kösəm Sultan Cinci Hocaya böyük bir mülk tikdirmək üçün vəsait verdi.

İbrahim hərəmlərin sözünə qulaq asıb Kösəmi saraydan qovdu və ölkəni biabırçı vəziyyətdə idarə etməyə başladı. Məntiqsiz qərarları tayfa başçılarının əsəbini tarıma çəkdi. Ağalar Kösəmə müraciət edərək, İbrahimi taxtdan endirəcəklərini söylədilər. Kösəm bu oyunda uduzmamaq qərarına gəldi. Oğlunun qətlinə, nəvəsinin taxta çıxmasına razılıq verdi. Bu dəfə taxta çıxarılan 4-cü Mehmetin yerinə ölkəni idarə etməyə başladı.

İbrahimin taxtdan endirilmə ideyası Sədrəzəm Salih Paşaya məxsusdur. Bu ideya İbrahim tərəfindən eşidilən kimi Salih Paşa qətlə yetirilir. Bu planda yer alan Kösəm Sultanın isə əvvəlcə Rodosa sürgünü nəzərdə tutulsa da, Floryadakı Çələbi bağına sürgün edildi. Oğlunun qəzəbinə düçar olan Kösəm Sədrəzəm Əhməd Paşa ilə əlaqəyə girərək: "Sultan nə səni, nə də məni sağ buraxmayacaq. Dövlət və ailə əldən gedir. Bunun qarşısını almalıyıq" deyir. Amma Sədrəzəmdən rədd cavabı alan Kösəm Sultan yenə də hərəkətə keçmiş və Ocaq Ağaları ilə əlaqəyə girərək sui-qəsd planı hazırlamışdır.

Ocaq Ağaları və ordu öz aralarında anlaşaraq, sədrəzəmin istefası və qətli üçün Şeyxülislamdan fətva tələb etdilər. İbrahim Sultan Şeyxə nümayəndəsini göstərsə də, Sədrəzəmi vəzifədən azad etmək məcburiyyətində qalır. Yeni Sədrəzəm Mehmet Paşa isə Ağaların razı qalmayacağını, keçmiş vəzirin qətlinin lazım olduğunu bildirir. Padşah isə bundan hiddətlənərək, Mehmet Paşa ilə haqq-hesab çürüdəcəyini bildirir. Bu hadisədən qorxan sədrəzəm evə qapanaraq, möhürü Ocaq Ağalarına təslim edir.

Nəticədə isə İbrahimə qarşı qalxan üsyan onun həbsi ilə nəticələnir. Sonra isə dəli və qadın düşkünü adı ilə qətlə yetirilir. Kösəm Sultan Sədrəzəm Sohu Mehmet, Şeyxülislam Abdürrahim və silahdaşları ilə taxt-taca yiyələnir. Nəvəsini taxta çıxararaq yenidən dövləti idarə etməyə başlayır.
Öz saçları ilə boğularaq öldürülən, Osmanlının ən varlı qadını — Kösəm SultanQayınana-gəlin savaşı

1-ci İbrahimin arvadı, 4-cü Mehmetin anası Turhan Haticə Sultan isə digər ağaları yanına çəkir, gücünü artırırdı. Kösəm nəvəsi 4-cü Mehmetə qarşı sui-qəsd planı hazırlamışdı. Bu plandan xəbərdar olan Turhan Sultan öz planlarını həyata keçirməyə başlayır.

Gəlin-qayınana hesablaşması Kösəm Sultanın sui-qəsdə qurban getməsi ilə nəticələnir. Üç barmağı qırılır, qulaqları cırılaraq zinət əşyaları yağmalanır. Silah və çomaqla döyülən Mahpeykerin öldüyünü düşünərək onu Kuşhane Qapısının yanına atıb gedirlər. Amma hələ də ölmədiyini dərk etdikdə geri dönüb Kösəmi öz uzun saçları ilə boğaraq qətlə yetirirlər.

25 il ölkəni idarə edən Kösəm Sultanın öldürüldüyü gün 14 min nəfər ac qalır.

Kösəm Sultan Hərəmxanada öldürülən ilk Validə Sultandır. Onun cənazəsi Sultan Əhməd Məscidindəki 1-ci Əhməd türbəsində dəfn edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4810   Tarix: 25 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643