Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA

Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMAÖzbəkistanda yanacağın qiymət artıb. Ölkədə yaranmış yanacaq defisiti ilə bağlı vəziyyəti düzəltmək və bəzi vətəndaşların qeyri-qanuni hərəkətlərinin qarşısının alınması məqsədilə yanacağın qiyməti qaldırılıb. Özbəkistanda xam neftin hasilatı ehtiyatların tükənmə səbəbilə durmadan azalır. Neft hasilatı 2012-ci ildə 1.56 mln. ton təşkil edib. O vaxtdan bəri, neftin illik hasilatı haqqında yeni rəsmi məlumat yoxdur. Yanacağın qiymətinin artması bu səbəblə də əlaqələndirilir.

Dünya bazarında neftin qiyməti ucuzlaşdıqdan sonra Azərbaycan hasilatı dondurmasa da, istehsal həcmini artırmır. Bununla əlaqədar, ölkədə yanacağın qiymətində artım ola bilərmi?

BiG.AZ xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban ann.az-a açıqlamasında Özbəkistanla Azərbaycanın neft strategiyasını fərqli olduğunu bildirib:

"Əvvəla, Özbəkistanda təxminən, 3.5 mln. ton neft hasil edilir. Bizimlə müqayisədə, bu qərəm azdır. Bundan başqa, orada avtomobillərin çox hissəsi yanacaq kimi qazdan istifadə edirlər. Təlabatı ödəmək üçün əsasən, Rusiyadan benzin yanacağı idxal edirlər. Qiymət artımı idxalla əlaqəli ola bilər".

Mərkəz rəhbəri Azərbaycanın neft hasilatını artırmadığına görə, benzin qiymətinin qaldırılmasının proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb:

"Bu barədə heç vaxt proqnoz vermək olmaz. Qiymət artımı dövlət tərəfindən atılan addımdır. Nədənsə, Tarif Şurası yanacağın qiyməti ilə bağlı həmişə saat 10-da açıqlama yayır. Qərarın gecə saatlarında verilməsini hər hansı məntiqlə izah etmək mümkün deyil. Ona görə də, qiymət artımı ilə bağlı necə proqnoz vermək olar?", - deyə İ. Şaban əlavə edib.

Məsələ ilə əlaqədar "Azpetrol Ltd" MMC ilə əlaqə saxlayıb. Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yanacağın qiymət artımına ancaq Tarif Şurası nəzarət edir:

"Biz yanacağı alıb-satırıq, qiymət və digər məsələlərə baxmırıq. Eyni zamanda, bu barədə Tarif Şurasına təklif göndərmirik", - deyə qurumdan bildirilib.

Azərbaycanda yanacağın qiyməti ilə bağlı hər hansı qərarın olub-olmaması ilə bağlı Tarif Şurası ilə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.

Neft hasilatının artırılmaması ilə əlaqədar, yanacağın qiymətində dəyişikliyin olması hələlik, sual altındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1543   Tarix: 25 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304