Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLAR

Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLARYazıçı Fərman Kərimzadənin 1967-ci ildə çap etdirdiyi "Qarlı aşırım" romanı bir zamanlar erməni daşnaklarına qarşı mübarizə aparmış Kərbəlayı İsmayılın sovet rejiminə qarşı mübarizəsinin bir sıra detallarını gündəmə gətirdi. Yazıçı 1969-cu ildə həmin roman əsasında özünün "Axırıncı aşırım" adlı bir seriyalı bədii filminin ssenarisini tamamladı. Bir il sonra eyni adla çəkilən film təbii ki, sovet senzurasından keçməli, real həyatdakı bəzi faktlar təhrif edilməli, gizlədilməli idi. Bəs əslində Kərbəlayı İsmayıl kim idi? Azərbaycan SSRİ-nin "düşməni" kimi qələmə verilən bu şəxs nə üçün sovet rejiminin qurulduğu 9 il ərzində yox, məhz 1929-cu ildə silaha sarılmışdı?

BiG.AZ bildirir ki, tədqiqatçı, "Abbasqulu bəy Şadlinski" kitabının müəllifi Əziz Ələkbərli publika.az-a müsahibəsində Kərbəlayı İsmayılın həyatı ilə bağlı real faktlardan danışdı.

Erməni daşnaklarına qan udduran qəhrəman

Araşdırmaçı ilk öncə bildirdi ki, İrəvan xanlığında məskunlaşdırılan ermənilər tezliklə yerli türk-müsəlman əhaliyə problemlər yaratmağa başladı. Çar Rusiyasına arxalanan ermənilərin azərbaycanlılara qarşı ilk soyqırımı 1905-ci ildə həyata keçirilir: "Xalqımız növbəti belə bir soyqırımı aktı ilə 1917-1920-ci illərdə üz-üzə dayandı. Bu səbəbdən də Vedibasar əhalisi 3 il ərzində erməni daşnaklarına qarşı milli-azadlıq mübarizəsinə qalxdı.

Onlardan biri də İrəvan Çuxurunda yerləşən Vedibasar mahalının Çimənkənd kəndindən olan Kərbəlayı İsmayıl idi. 1917-ci ildə vedibasarlılar erməni təcavüzünə qarşı ilk özünümüdafiə dəstələri yaradanda Kərbəlayı İsmayılın 48-50 yaşı vardı. Mahalda el ağsaqqalı kimi tanınan, hörmət-izzət sahibi olan Kərbəlayı İsmayıl ağıllı və bacarıqlı təsərrüfat başçısı idi.

Vedibasarın müdafiəsini əfsanəvi xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi "Mübariz dəstə" həyata keçirsə də, dağlıq kəndlərin erməni təcavüzündən müdafiəsində Kərbəlayı İsmayıl mühüm rol oynayırdı. Kərbəlayı ilə xalauşaqları - Usuboğlu tayfası arasında qan düşmənçiliyi olduğundan və Mikayıl Usub oğlu "Mübariz dəstə"nin Çimənkənd bölüyünün komandiri təyin edildiyindən İsmayılın oğlanları və qohumları bu bölüyün tərkibində yox, onun başına toplaşaraq müstəqil dəstə şəklində mübarizə aparırdılar".

Bununla belə, Kərbəlayı İsmayıl mübarizədə yaşca özündən kiçik olmağına baxmayaraq, dostu, qohumu Abbasqulu bəylə əlbir və məsləhətli şəkildə hərəkət edirdi: "Abbasqulu bəy ermənilərə qarşı mübarizə aparanda dağ kəndlərində Kərbəlayı İsmayıl, oğlanları Əsədulla, Firidun, Cəmaləddin və Hüseyn, qardaşı Əli, qardaşı oğlu Məhərrəm də xüsusi fəallıq göstərərək Vedibasarın dağlıq kəndlərini düşməndən qoruyublar. Şahablı, Qaraxaç, Qədirli, Keşişdağ və başqa kəndlərdə erməni vəhşiliyinin qurbanı olmuş camaatın köməyinə ilk çatanlar və düşmənə lazımınca cavab verənlər arasında Kərbəlayı İsmayılın dəstəsinin xüsusi yeri olub. Onlar təcavüzkarlara qan uddururdu. Kərbəlayı İsmayıl və dəstəsi düşmənə ağır zərbələr enidirdi".

Kərbəlayı ilə Abbasqulu bəy yaxın qohum, dost idi

Kərbəlayı İsmayılla Abbasqulu bəy arasındakı qohumluq və şəxsi dostluq münasibətləri onların ailələri arasında da dostluğa səbəb olmuşdu. Abbasqulu bəylə Kərbəlayı İsmayılın qardaşı Pənah bacanaq idilər: Abbasqulu bəy hər dəfə dağ kəndlərinə qalxanda yaxın dostu Kərbəlayı İsmayılın evində qonaq qalırdı. 1920-ci ilin payızında Naxçıvanda "Qırmızı tabor" yaradılanda Kərbəlayının xeyir-duası ilə qardaşı oğlu Məhərrəm Abbasqulu bəyin taboruna qoşuldu.

Vedibasarda sovet hakimiyyəti qurulandan sonra digər vedibasarlılar kimi Kərbəlayı İsmayıl da mühacirətdən doğma vətənə qayıtdı və dinc həyata başladı. Sovet hakimiyyətinin ilk illərində Kərbəlayı İsmayıla toxunulmasa da, 1927-ci ildən sonra ilk təqiblər hiss olunmağa başladı. 1929-cu ildə onu "sağ təmayül" çıxarıb, səsvermə hüququndan məhrum etdilər".

Abbasqulu bəyin öldürülməsində erməni izi

Əziz Ələkbərlinin sözlərinə görə, Moskvada və İrəvanda sovet hakimiyyəti strukturlarında möhkəmlənmiş ermənilər "qolçomaqlara qarşı mübarizə" adı altında Vedibasarda azərbaycanlılara qarşı təzyiqləri gücləndirdilər: "Kərbəlayı İsmayıl da təzyiq və təhqirlərə dözməyərək, 1929-cu ildə 250-300 nəfərlik dəstə ilə Vedibasarın dağ kəndlərinə çəkilib, hökumətə qarşı silahlı qiyam qaldırdı.

Fürsətdən istifadə edən ermənilər Vedibasarın qəhrəmanlarından qisas almaq qərarına gəlirlər. Zaqafqaziyanın Banditizmə Qarşı İdarəsinin erməni əsilli rəisi Vediyə gəlmişdi. 1930-cu ildə erməni millətçilərinin qurğusu ilə Abbasqulu bəy Şadlinski Kərbəlayı İsmayılla danışıq aparmaq məqsədilə qiyamçıların düşərgəsinə göndərilir. Lakin Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən yayınır. Birincisi, onun Abbasqulu bəyin sözündən çıxmaq gücü yox idi. İkincisi, Abbasqulu bəy Kərbəlayı ilə görüşə gedəndə onun öldürülməsi haqda qərar verilmişdi.

Abbasqulu bəyə dedilər ki, Kərbəlayı İsmayılla görüş, silahı yerə qoysun. O, bilirdi ki, Kərbəlayı İsmayıl hökumətə heç nə edə bilməyəcək. Buna görə də qan tökülməsini istəmirdi.

Abbasqulu bəy Kərbəlayı ilə görüşə iki təkliflə gedirdi - ya silahı yerə qoysun, təhlükəsizliyinizə təminat veriləcək, ona toxunmayacaqlar. Ya da Türkiyəyə getsin.
Abbasqulu bəy özünün bölük komandirlərindən olmuş silahdaşı, Vedi kolxozunun sədri Xəlili götürüb yola düşdü. Sonradan raykomun təbliğat-təşviqat şöbəsinin müdiri Müzəffər Talıbovu da onlara qoşdular. Talıbov hökumətin adamı idi və onun missiyası məlum deyildi. Təbii ki o həm də DTK-nın adamı idi".

Abbasqulu bəyi Kərbəlayı İsmayılın yanına yola düşməzdən 1 gün əvvəl gizli şəkildə Kərbəlayı İsmayılın yanına adam göndərirlər: "O, Kərbəlayıya deyir ki, Abbasqulu bəy sizin yerinizi öyrənməyə gəlir. Qayıdandan sonra üstünüzə qoşun göndərəcək. Bir tərəfdən Abbasqulu bəyi "barışıq" adıyla Kərbəlayının yanına göndərirlər, digər tərəfdən isə qaçaqları Abbasqulu bəyin üstünə qaldırırlar. Məktubu göndərən isə rayon ispalkomunun sədri idi".

Qaçaqlar yığışıb Abbasqulu bəyin gəlişi ilə bağlı toplantı keçirirlər: "Deyirlər Abbasqulu bəy bizi satıb. Səs çoxluğu ilə qərara gəlirlər ki, o, öldürülməlidir. Bir sözlə, Abbasqulu bəy barədə ölüm qərarı 1 gün əvvəl verilmişdi. Toplantıda 2-ci məsələni də müzakirəyə çıxarırlar - Abbasqulu bəyi necə öldürək? Bəy, yoxsa bizi satmış xəyanətkar kimi? Qaçaqlar qərara gəlirlər ki, onu bəy kimi, mərdanə öldürsünlər.
Əziz Ələkbərlinin sözlərinə görə, "Axırıncı aşırım"da Kərbəlayının sağ əli kimi qardaşı Vəli göstərilir: "Əslində, Vəli Qəmlonun qardaşı olub. Kərbəlayının sağ əli isə qardaşı oğlu Məhərrəm olub. Abbasqulu bəy elə Məhərrəmə güvənib danışıqlara gəlirdi. Deyir ki, Məhərrəm ordadırsa, mənə güllə atmazlar. Məhərrəm Abbasqulu bəyin bölük komandirlərindən olduğundan bəy ermənilərə qan udduran silahdaşına inanırdı".
Kərbəlayı İsmayıl Abbasqulu bəylə görüşdən niyə yayındı?

Abbasqulu bəy barəsində ölüm hökmü çıxarıldığından Kərbəlayı İsmayıl görüşdən yayınır: "Bundan başqa, əgər o, Abbasqulu bəylə görüşsəydi, silahı yerə qoymaq təklifini yerə sala bilməyəcəkdi. Filmdə Abbasqulu bəyin guya Qarabağlara silahsız getdiyi vurğulanır. Əslində, bu, yalandır. Bəy ömrü boyu silahı belindən açmayıb".
Abbasqulu bəyin Kərbəlayı İsmayılla görüşü baş tutmur. Qaçaqlar martın əvvəllərində əvvəlcə Xəlili, sonra isə Abbasqulu bəyi öldürürlər: "Kərbəlayı İsmayıl bir neçə gün sonra mübarizəni davam etdirməyin mənasızlığını başa düşərək gecə ikən oğlanları və tərəfdarları ilə sərhədi keçib Türkiyəyə pənah aparır.

Kərbəlayı İsmayılın arvadı Səkinə, oğlu Həsən, Məhərrəmin ailəsi və daha bir neçə nəfər Əyricə yaylaqlarında həbs edilərək Kəvər türməsinə salınıblar".

Müsahibim xüsusi olaraq vurğuladı ki, Ermənistanda azərbaycanlılara qarşı milli-etnik təzyiqlər də məhz Abbasqulu bəy, Kərbəlayı İsmayıl kimi Vətən oğullarının fiziki məhvi ilə eyni vaxta düşür. Türkiyədə Kərbəlayı İsmayıla və onunla gələnlərə Ermənistan təhlükəsizlik orqanlarının casusu kimi yanaşıb, onları nəzarətdə saxladılar. Buna dözməyən qaçqınların, Kərbəlayı İsmayıldan və böyük oğlu Əsədulladan başqa, demək olar ki, hamısı geri - Vətənə qayıtdı. Lakin Araz çayını adlayıb, Ermənistan tərəfə keçən kimi onları həbs etdilər".

Sürgün edilən, repressiyaya məruz qalan ailə

Ermənilər dəfələrlə cəhd etsələr də, Türkiyədə Kərbəlayı İsmayılı öldürmək onlara nəsib olmadı. Onun yanına oğlanlarını, qohumlarını göndərib, dilə tutmaqla Vedibasara gətirtməyə cəhd etdilər. Lakin Kərbəlayı İsmayıl Türkiyədə tək qaldı.
1940-cı illərdə Kərbəlayı İsmayılla əlaqə tamam kəsilir, yalnız bu məlum olur ki, o, Türkiyədə İqdır vilayətinin Aralıq mahalının Daşburun kəndində yaşayır.

Kərbəlayı İsmayıl 1948-ci ildə vəfat edir. Son nəfəsində deyir ki, Vedibasarda oğlum, qardaşım uşaqları var, məzarımı yol kənarında qazın ki, bura yolları düşsə, gəlişlərini hiss edim.

Kərbəlayı İsmayılın altı oğlu, bir qızı olub: Əsədulla, Yadulla, Firidun, Cəmaləddin, Hüseyn, Həsən və Zəhra. Yadulla nişanlı ikən qan düşmənçiliyi üstündə qətlə yetirilib. Oğlanları Əsədulla, Firidun, Cəmaləddin, Hüseyn və qardaşı Əli 1937-ci ildə həbs edilərək İrəvanda sorğu-sualsız güllələniblər.

1941-ci ildə Kərbəlayı İsmayılın arvadı Səkinəni, oğlu Həsəni, qardaşı İsrafili, qaynı Paşanı və başqalarını Qazaxıstana sürgün etdilər. Bu vaxt yalnız qızı Zəhra ərdə olduğundan sürgündən xilas oldu. Kərbəlayı İsmayılın sürgün olunan doğmaları bir də 1953-cü ildə sürgündən azad olub Azərbaycana qayıtdılar və Bərdə, Tərtər rayonlarında məskunlaşdılar".

Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLARErmənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLARErmənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLARErmənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2894   Tarix: 24 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 278
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 356
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 90
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1320
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 314
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 324
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 333
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 223
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 325