Tanınmış azərbaycanlı müğənninin oğlu avtomobil qəzasına düşdü

Tanınmış azərbaycanlı müğənninin oğlu avtomobil qəzasına düşdüPopulyar toy müğənnisi, "Toylar kralı" müsabiqəsinin qaliblərindən biri Manaf Ağayevin oğlu Müşfiq Ağayev ötən həftə sonu idarə etdiyi "Nissan Altima" markalı avtomobili ilə qəza törədib. Hadisə Bakının mərkəzi küçələrindən birində baş verib. Təlaşa düşən müğənni Biləsuvar rayonunda təşkil olunan konsert proqramında səhnəyə çıxmaqdan imtina edərək hadisə yerinə tələsib. Trend-ə açıqlamasında məlumatı təsdiqləyən müğənni avtomobil qəzasının yüngül olduğunu diqqətə çatdırıb.

"Konsertə getdiyim zaman zəng vurub dedilər ki, oğlum avtomobili ilə qəza törədib. Xəbəri elə pis şəkildə demişdilər ki, rayona getməkdən belə imtina etdim. Amma hadisə yerinə çatanda gördüm ki, elə də qorxulu şey yoxdur. Sadəcə işıqforda yaranan tıxac zamanı Müşfiq idarə etdiyi avtomobili ilə "VAZ 21011" markalı maşını arxa tərəfdən bir azca sürtüb. Dərhal ziyan dəyən sürücü ilə avtomobil təmiri mərkəzlərindən birinə getdik. Həm oğlumun avtomobilini, həm sürtülən "Jiquli"ini təmirə dayandırdıq və avtomobillərdəki bəzi hissələr qısa zamanda kosmetik təmirlə əvvəlki vəziyyətə gətirildi", - Manaf Ağayev belə dedi.

Söhbət zamanı müğənni bundan sonra oğluna avtomobili idarə etməsi üçün qadağa qoymacağını da söylədi. "Bu, hər bir sürücünün başına gələ bilər. Oğlum "avtoş" deyil ki, ona hansısa qadağalar qoyum. Yoxsa dünyasında onun sükan arxasına keçməsinə icazə verməzdim", - Manaf Ağayev bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12506   Tarix: 13 oktyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 162
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1615
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24.04.2024 239
.

Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə ilə Rusiya arasında sərnişindaşıma ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında həlak olduğu bildirilib. Vətən müharibəsind

24.04.2024 548
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 726
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 149
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876