Xalq artistinin oğlunun beyninə qan sızıb - Vəziyyəti ağırdır

Xalq artistinin oğlunun beyninə qan sızıb - Vəziyyəti ağırdırMərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun vəziyyəti ağır olaraq qalır.

BiG.AZ Musavat.com-a istinadən xəbər verir ki, xalq artistinin bacısı Gülbəniz Zeynalovanın sözlərinə görə, qardaşının vəziyyəti ağır olduğundan əməliyyat oluna bilmir: "İnsult keçirib, beyninə qan sızıb. Buna görə danışa bilmir, yaddaşı yoxdur, adımızı da xatırlamır. Vəziyyətində nisbi irəliləyiş var, amma hələ palataya keçirmirlər, həkimlər deyir ki, olmaz. Çünki böyrəkləri ilə bağlı ciddi problemi var və bu, onun sağalmasına imkan vermir. Çox pis vəziyyətdədir, bilmirik ki, onu nə edək..."

Gülbəniz Zeynalova bildirdi ki, hələlik rəsmi qurumlardan onun qardaşının vəziyyəti ilə bağlı maraqlanan yoxdur: "Yalnız öz işlədiyi teatrdan olan iş yoldaşları və oranın direktoru İftixar Piriyev gəlir. Bu yaxınlarda xalq artisti Arif Quliyev, Tahir İmanov, atamın köhnə dostları da xəstəxanaya gəlmişdilər. Onların arasında Qarabağ əlilləri də var idi. Mətbuatda gedən çoxsaylı yazı və məlumatlara baxmayaraq, dövlət qurumlarından hələlik heç kəs onunla maraqlanmayıb".

Gülbəniz Zeynalova həmçinin bildirdi ki, qardaşının müalicəsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edəcək: "Həkimlər deyir ki, qardaşımın ürəyi də zədələnib. "Semaşko"da Allahın ümidinə qalıb, heç bilmirəm, orada ona nə edirlər. Heç olmasa güclü həkimlər ayrılardı. Əlimizdə nə var idi, hamısı müalicəyə getdi. Doğrudur, xəstəxanadan həkimlər bizdən pul almırlar, amma iynə-dərmanlar var ki, onları mütəmadi almalıyıq. Mən tək qalmışam, dövlət işində işləyib, maaşa baxan adamam. Artıq bütün imkanımız tükənib, heç nəyi çatdıra bilmirik. Bu günə qədər heç kəsə müraciət etmirdik. Amma indi lazımdır. Qardaşım çox pis vəziyyətdədir, bunun sonu necə olacaq, bilmirəm. Bunun üçün Fonda müraciət edəcəyik. Bəlkə oradan bizə köməklik edərlər".

Xatırladaq ki, mərhum xalq artisti Eldəniz Zeynalovun 38 yaşlı aktyor oğlu Məmməd Zeynalov bu günlərdə yolda qəfildən insult keçirib. Təcili 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən aktyorun beyninə qan sızdığı məlum olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7708   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589