Dahilər nədən qorxurdular - FOTO

Dahilər nədən qorxurdular - FOTOMerilin Monro aqorofobiyadan əziyyət çəkib.

Bütün insanlar kimi dahilərin də fobiyaları, qorxuları olub. Daha çox uşaq yaşlarında yaşadıqları travmalı hadisələr və irsən keçən fobiyalar dahilərdə də özünü nümayiş etdirib.

BiG.AZ Modern.az-a istinadən adlarını tarixə əbədi həkk edən dahilərin fobiyalarını təqdim edir.

Tanınmış Hollivud rejissoru, qorxu filmlərinin mahir ustası Alfred Hiçkok ovofobiyadan – yumurta qorxusundan əziyyyət çəkirdi. O, yumurtalardan iyrənirdi və ömrü boyu bir dəfə də olsun yumurtanın dadına baxmamışdı. Yumurtanı xatırladan yumru formalı istənilən əşya da Hiçkokun qorxusuna səbəb olurdu.

Dahilər nədən qorxurdular - FOTOPsixoanalizin yaradıcısı Ziqmund Freyd isə odlu silahdan və ayıdöşəyi bitkisindən qorxurdu. Onun özü silahdan qorxmasını seksual və emosional baxımdan yetərincə inkişaf etməməsi ilə əlaqələndirirdi. Amma insan psixologiyasının dərin bilisici daha çox qatardan nifrət edirdi. Ona görə heç zaman dəmir yolundan nəqliyyat vasitəsi kimi istifadə etmirdi.

Dahilər nədən qorxurdular - FOTOTürkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürk isə məişət əşyalarının dağınıq və səliqəsiz düzülməsindən vahiməyə gələrdi. Hətta prezident olduqdan sonra belə Atatürk prezident sarayında və qonaq olduğu məkanlarda əyri duran əşyaları düzəldərək, səliqə yaradır və yalnız bundan sonra rahatlıq tapırdı.

Dahilər nədən qorxurdular - FOTOTarixin ən məşhur fiziklərindən olan Nikola Tesla isə hermafobiyadan əziyyət çəkib. Mikrobdan ehtiyatlanan alim insanlara və əşyalara toxunmaqdan qaçırdı. O, tez-tez əllərini yuyurdu. Serb mənşəli fizik həm də zinət əşyalarına qarşı dözümsüz idi. Xüsusən mirvari sırğalar Teslanın ən böyük fobiyası idi.

Dahilər nədən qorxurdular - FOTODünya tarxinin ən məşhur sarışın xanımı, aktrisa Merilin Monro aqorofobiyadan (açıq məkan və insan kütləsindən qorxmaq) əziyyət çəkib. Qəribə səslənsə də, minlərlə pərəstişkarı olan aktrisa alçaq tavanlı, kiçik otaqlardan ibarət mənzillərdə özünə rahatlıq tapırdı.

Dahilər nədən qorxurdular - FOTOFransa imperatoru Napoleon Bonopart isə eyni vaxtda bir neçə fobiyadan əziyyət çəkib. Məsələn, imperator pişiklərdən və ağ atlardan qorxurdu. Onlarla qarşılaşan imperator qısa müddətdə panikaya düşürdü. Bir çox tarixi portretlərdə ağ atın tərkində təsvir edilən imperator real həyatda ağ atlara heç yaxın getmirdi.

Dahilər nədən qorxurdular - FOTOAlman şairi İohan Volfqanq fon Höte hündürlükdən dəhşətli dərəcədə qorxurdu. Bu fobiyasına qalib gəlmək üçün şair hər gün Strasburq şəhərindəki Müqəddəs Münster kilsəsinin başına çıxırdı.

Dahilər nədən qorxurdular - FOTOABŞ-ın 37-ci prezidenti Riçard Niksonda nozokomefobiya (xəstəxana qorxusu) əlamətləri var idi. Prezident qorxurdu ki, xəstəxanaya düşdükdən sonra heç zaman oranı tərk edə bilməyəcək. Yalnız həyati təhlükəsi olan zaman prezident xəstəxanaya getməyə könülsüz razılaşırdı.

Dahilər nədən qorxurdular - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3251   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204