Əməkdar artist azyaşlı qohumunun həyatını təhlükəyə atdı - VİDEO

Əməkdar artist azyaşlı qohumunun həyatını təhlükəyə atdı - VİDEOSkripkaçı Səlim Abbasov yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, bir video ilə 5 qayda pozuntusuna yol verdiyini nümayiş etdirib.

BiG.AZ avtosfer.az-a istinadən bildirir ki, əməkdar artist bunu təsdiq edən videonu özü sosial şəbəkələrdə yayıb. Kadrlardan da göründüyü kimi, Səlim sükan arxasında yol hərəkəti qaydalarını heçə sayır. O, özünün də dediyi kimi, bacısı oğlu olan 2 yaşlı uşağı avtomobilin ön oturacağında oturdub. Hansı ki, bu hərəkət qanunla qadağandır. Bu yaşda uşaqlar avtomobilin arxa oturacağında uşaqlar üçün nəzərdə tutulan xüsusi oturacaqlarda əyləşdirilməlidir. Bundan əlavə, Səlim özü təhlükəsizlik kəmərindən istifadə etmir. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparır. Maraqlıdır ki, bəs görəsən, sükanı necə tutub? Olmaya, Səlimin üç əli var?

Bir videoda 5 qayda pozuntusuna yol verən əməkdar artistin bunu çəkib sosial şəbəkələrdə yaymaqla başqalarına pis nümunə olması heç də yaxşı hal deyil.
Qeyd edək ki, bu videoda Səlim Abbasovun pozduğu qaydalar bunlardır:
1 - Sərnişindaşıma qaydalarının pozulması - 60 manat-3 bal.
2 - Təhlükəsizlik kəmərindən istifadə etməmək - 40 manat.
3 - Mobil telefonu əldə tutmaqla ondan istifadə etmək - 50 manat.
4 - Hərəkət zamanı əlini sükandan çəkmək (Sənətçi bir əlində telefon tutub, digər əlində isə banan var. Onun 3 əli olmadığını nəzərə alsaq, bu, o deməkdir ki, hərdən əlini sükandan çəkir-red.) - 40 manat
5 - Sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulmaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3010   Tarix: 21 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477