"Gecələr olur ki, ürəyim istəyir, qadınam, neyləyim, dözməyib ona... "

"Gecələr olur ki, ürəyim istəyir, qadınam, neyləyim, dözməyib ona... "6 ildir evli kişi ilə dini nikahla yaşayıram, onun ikinci həyat yoldaşıyam. Yoldaşım sürücüdür. Az-çox qazandığını iki ailəsi arasında bölür. Narazılığım yoxdu. Amma mənə çox az zaman ayırır. Bu il bir övladım da dünyaya gəlib. Bədbəxt deyiləm, amma sevdiyini paylaşmaq çətindir. İstərdim o, tək mənim olsun. Amma ailəsini də dağıtmaram", - deyir 27 yaşlı İlahə Nəbiyeva. Başına gələnləri İlahə ilk dəfə 17 yaşında ailə qurub. Daha doğrusu, sevdiyi oğlana qoşulub qaçıb. Bir ildən sonra isə əri İlahəni tərk edib. Valideynlərinin üzünə baxa bilmədiyi üçün doğulduğu rayona yox, Bakıya gəlib və kafelərin birində ofisiant kimi çalışmağa başlayıb. Elə Rəşadla da kafedə tanış olub. Rəşad evli və iki övladı olduğunu ondan gizlətməyib. Kirayə ev tutaraq, kəbin kəsdirərək onunla yaşamağa başlayıb.

İlahə deyir ki, Rəşada heç vaxt xəyanət etməyib: "Bəzi gecələr olur ki, özümü tənha hiss edirəm. Mən də istərdim normal ailəm olsun. Amma neyləyim, Allah mənə belə qismət yazıb".

Müasir dövrdə texnoloji yeniliklər və sosial şəbəkələrin həyatımızın bir parçasına çevrilməsi insanların bir-birilə ünsiyyət və münasibət qurmasını daha da asanlaşdırıb. Bunun nəticəsi kimi evli ola-ola sevgilisi olan insanların sayında kəskin şəkildə artımlar müşahidə olunmağa başlayıb. Bəs evli kişi ilə yasaq münasibət yaşamağın çətinlikləri və sıxıntıları nələrdir? Ailəli kişilərlə birlikdə olan qadınlar hansı hissləri keçirirlər?

Bu tip qadınların davranışının altında bir neçə səbəb yatır ki, bunlar da özlüyündə qadını evli kişi ilə münasibət qurmağa sövq edir. Bu səbəblərə sevgi, pul, məcburiyyət, seks istəyi və gücü aid etmək olar.

Mütəxəssislərin fikrincə, evli kişi ilə birlikdə olan qadınların həyatında kədər, üzüntü, yalanlar, qısqanclıqlar, dava-dalaşlar əskik olmur. Bunun səbəbi isə kişinin sevgilisi ilə münasibətini həyat yoldaşından boşanmadan davam etdirməyə çalışmasıdır.

Psixoloqun sözlərinə görə, evli kişi ilə münasibət quran qadın ilk növbədə özünə bu sualları verməlidir - "Bu adam yoldaşına yalan danışıb mənimlə birlikdə olursa, demək, nə vaxtsa mənə də yalan söyləmə ehtimalı var. Yox, əgər yoldaşını sevmirsə və ona görə mənimlə birlikdədirsə, o zaman nəyə görə ondan ayrılıb, rahat şəkildə mənimlə münasibət qurmur?". Psixoloq deyir ki, Azərbaycan cəmiyyətində əsasən evli kişi ilə birlikdə olan qadınları günahlandırıb, qınaq obyektinə çevirirlər: "Amma həqiqət kişinin evli olmasıdır, yəni ailəli olan və yoldaşına sadiq qalacağına söz verən tərəf kişidir. Evli kişi ilə birlikdə olan qadının isə digər qadına qarşı heç bir məsuliyyəti yoxdur. Bunu yalnız kişilərə aid olan bir vəziyyət kimi dəyərləndirmək də düzgün olmaz. Evli qadınla birlikdə olan kişilərdə də vəziyyət eyni cürdür. Yəni evli biri ilə münasibətə girənin kişi və ya qadın olması vəziyyəti dəyişmir".

Bəs evli kişilərlə qadınların münasibəti necə başlayır?

Psixoanaliz nəzəriyyəsinə görə, atası tərəfindən tərk edilmiş, özgüvən əskikliyi ilə böyümüş qadınlar özlərini təsdiq etmək, digər qadınlardan daha üstün olduqlarını özlərinə sübut etmək üçün bu yola əl ata bilirlər. Yəni başqa qadına aid olan kişini əldə edərək, özgüvənlərini bərpa etmiş olurlar: "Psixoanalitik yanaşmaya görə, bunun əsas səbəbi evli kişi ilə birlikdə olmaqla, uşaqlığında atası tərəfindən aldadılmış olan anasının şüuraltı intiqamını almaq hissinin önə çıxmasıdır. Ancaq bu faza insan beyninin dərinliklərində (təhtəlşüurda) olduğundan bu vəziyyəti asanlıqla anlayıb, dərk etmək mümkün deyil. Ancaq yalnız ata obrazının əskikliyi ilə bu cür yasaq münasibətləri tam izah etmək də mümkün deyildir. Bildiyimiz kimi, əlçatmaz görünən və bizdə olmayan şeyləri gözümüzdə ideallaşdırıb, onları əldə etməyə can atırıq. Evli kişilər bu səbəbdən cazibədar və əlçatmaz sandığı qadınlarla münasibət qurmağa və sevgili olmağa çalışırlar".

Psixoloq bildirir ki, qadının həyatda yalnız olması və iqtisadi çətinlikləri, özünü dəyərli hiss etmək istəməsi, eyni anda bir neçəsi ilə münasibət yaşaya biləcəyini düşünməsi, ata fiqurunun uşaqlıqdan bəri çatışmazlığı və s. bu kimi səbəblər qadınların evli kişilərə yönəlməsində vacib rol oynayır: "Xəyanət edən kişinin vəziyyəti isə burada qadından daha ağır olur çox zaman. Adam evli olduğu üçün gecələri telefonla rahat danışa bilmir, ətrafdan görən ola bilər qorxusu ilə nə yoldaşı, nə də sevgilisi ilə ictimai yerlərdə gəzməyə və ya istirahətə gedə bilmir, bir sözlə, yaşamına istəməyərək də olsa, sərhədlər qoyur. Daim gizlənməyə çalışır və buna görə hər iki tərəfə yalanlar söyləməyə məcbur olur. Münasibətdə olduğu qadın kişinin evli olduğunu bilirsə, bir müddət sonra ondan boşanmasını və açıq şəkildə birlikdə olmalarını tələb edir. Amma kişi ailəsini dağıtmaq istəmədiyindən hər dəfə yalanlarla sevgilisini aldadır və müxtəlif bəhanələr gətirir. "Ayrılsam, karyeram bitər", "ev problemi yaşayaram", "onsuz da yoldaşımı sevmirəm, ayrı otaqlarda yatırıq", "uşaqlara görə bu vəziyyətə dözürəm" kimi bəhanələrlə vəziyyətdən çıxmağa çalışır. Hər dəfə yeni bəhanələr və yalanlarla zaman qazanmağa çalışır".

Statistika da göstərir ki, əgər evli kişi başqası ilə münasibətə başladığı müddətdən 12 ay ərzində yoldaşından ayrılmırsa, 90% göstərici ilə sonrakı illərdə də boşanmır. Çünki asılı insan nə yoldaşından, nə də sevgilisindən ayrılmaq istəyir. Onun əsas məqsədi hər iki tərəfi balanslı şəkildə idarə etməkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 89098   Tarix: 21 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447