Milyarderlərə ərə gedən məşhurlar - FOTOLAR

Milyarderlərə ərə gedən məşhurlar - FOTOLARBiz hamımız yaxşı bilirik ki, gözəl qadınlar həmişə diqqət mərkəzində olur və hər kəs tərəfindən sevilir. Təəccüblü deyil ki, onlara dünyanın ən zəngin kişiləri də laqeyd qala bilmir. Çünki biznesmenlər yanlarında həmişə gözəlliyi ilə öyünə biləcək qızlar görmək istəyir. Hətta onlar yaraşıqlı olmasalar da, pul hər şeyi həll edir.

BiG.AZ milyarder kişilərə ərə gedən ulduzların siyahısını təqdim edir.

Ceyms Parker Meray Keri

Məşhur müğənni Meray Keri gənc həyat yoldaşından ayrıldıqdan sonra dərhal özünə yeni sevgili tapır. O, Avstraliyanın ən varlı insanlardan biri Ceysm Parker (sərvəti 3,7 milyard dollar) ilə görüşür.

Milyarder müğənniyə elə vurulur ki, onun qarşısında diz çökərək dəyəri 7 milyon 500 min dollar olan təkqaş brilliant üzüklə evlənmə təklifi edir. İndi cütlük toy etməyə hazırlaşır. Martda bildirilmişdi ki, cütlüyün toy mərasimi Karib adalarının birində keçiriləcək və yalnız ən yaxın tanışlar dəvət olunacaq.

Salma Hayek və Fransua Anri-Pino

Fransız biznesmen ilə Salma Hayek 2006-ci ildə tanış olub. Fransalı oliqarx "Christies" auksion evinin, eləcə də çoxsaylı moda brendlərinin ("Gucci", "Saint Laurent", "Balenciaga", "Bottega Veneta", "Alexander Mcqueen") direktorudur. Cütlüyün bu nikahdan bir qızı var. Onu da qeyd etmək lazımdır ki, aktrisa fransız oliqarxla ailə qurduqdan sonra demək olar ki, filmlərdə çəkilmir.

Natalya Vodyanova

Rusiyalı model Natalya Vodyanova 2003-cü ildə britaniyalı aristokrat və İngiltərənin 3-cü ən varlı kişisi kimi tanınan Castin Portmanla ailə həyatı qurub. Bu nikahdan cütlüyün 3 övladı var. Dünyanın ən varlı kişilərindən biri ilə evlənən Natalyanın xoşbəxtliyi uzun davam etməyib. Model ingiltərəli həyat yoldaşından 2011-ci ildə boşanıb.

Cazibədar modelin hazırki tərəf müqabili də dünyanın ən zəngin kişilərindən biridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğlu Antuan Arno ilə görüşür. "Forbes" jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir. Antuan Arno "Louis Vuitton" brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən "Berluti" şirkətinin baş meneceridir.

Yeri gəlmişkən onu da qeyd edək ki, Natalyanın Antuanla münasibətindən 2 oğlu var. Natalya dünyanın ən dövlətli kişiləri ilə görüşməsinə baxmayaraq, modellik karyerasından imtina etməyib. O, çəkildiyi reklamlardan kifayət qədər böyük pullar qazanır.

Ceffri Soffer və El Makferson

52 yaşlı avstraliyalı model El Makferson Mayamidəki "Turnberry Associates" ticarət mərzklərinin sahibi və milyarder Ceffri Soffer evlidir. Cütlük 2009-ci ildə tanış olub, 2013-ci ildə isə öz münasibətlərini qanuniləşdirib. Möhtəşəm toy Ficidə baş tutmuşdu və yalnız ən yaxınları iştirak etmişdilər. 52 yaşlı model ərindən 6 yaş böyükdür.

Rupert Merdok və Cerri Holla

84 yaşlı amerikalı multimilyarder, media maqnatı Rupert Merdok özündən 25 yaş kiçik sabiq model Cerri Holla evlidir. Cerri 84 yaşlı Merdokun 4-cü həyat yoldaşıdır. Hazırda Merdokun 3 arvaddan 6 övladı var. 59 yaşlı Cerri Holl isə 20 il "The Rolling Stounes" qrupunun vokalisti Mik Caqqer ilə qeyri-rəsmi nikahda yaşayıb.

1979-cu ildə yaradılmış "News Corporation"un sahibi olan Rupert Merdokun 11,6 milyard dollarlıq varidatı var.

Miranda Kerr və Evan Şpigel

Tanınmış avstraliyalı model, 33 yaşlı Miranda Kerr 26 yaşlı milyarder Evan Şpigellə sevgilidir. Tələbəlik illərində Bobbi Mörfi və Reqqi Braunla hazırladığı "Snapchat" sayəsində gəncin ümumi sərvəti 1,9 milyarda çatıb.

Dünyanın ən gənc milyarderi olaraq "Forbes" jurnalında yer alan Şpigel tədbirlərin çoxuna Miranda ilə birlikdə qatılır. Miranda Kerr də dünyanın ən çox qazanan modelləri siyahısına daxildir. Cütlük rəsmi evli deyil, lakin xarici KİV-in yazdığına görə, onlar münasibətlərini rəsmiləşdirməyi planlaşdırır. (Publika.az)

Sözü gedən fotoları sizlərə təqdim edirik:

Milyarderlərə ərə gedən məşhurlar - FOTOLARMilyarderlərə ərə gedən məşhurlar - FOTOLARMilyarderlərə ərə gedən məşhurlar - FOTOLARMilyarderlərə ərə gedən məşhurlar - FOTOLARMilyarderlərə ərə gedən məşhurlar - FOTOLARMilyarderlərə ərə gedən məşhurlar - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6028   Tarix: 16 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bazarlarda durğunluq: Çilçıraq erası başa çatır? - REPORTAJ

Əvvəllər əsasən, cehiz bazarlığında çilçıraqlar önəmli əşyalardan hesab olunurdu. Hamı ən yaxşısını, ən keyfiyyətlisini almağa çalışırdı. İndi vəziyyət dəyişib. LED işıqların meydana çıxması ilə çilçıraqlar bir çox insanlar tərəfindən keçmişin yadigarları hesab edilir. Çilçıraq deyəndə ilk olaraq məşhu

07.04.2024 765
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1260
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 241
.

2024-cü ilin ilk Günəş tutulması hansı gün olacaq?

2024-cü ilin ilk tam Günəş tutulması aprelin 8-də olacaq və ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək. Tutulma Meksika, ABŞ və Kanadanın bəzi bölgələrində təxminən 186 kilometr enində bir traektoriya üzrə keçəcək. Günəş tutulmasına şahid olmaq istəyən çox sayda insan tutulmanı

07.04.2024 748
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 292
.

Niderlandlı həkimlər 28 yaşlı qızın həyatdan evtanaziya yolu ilə vidalaşmasına icazə veriblər

Niderlandda 28 yaşlı qız evtanaziya yolu ilə həyatdan könüllü olaraq vidalaşmaq istəyi ilə tibb müəssisəsinə müraciət edib. Bildirilir ki, qız uzun müddət depressiya və psixi pozğunluqdan əziyyət çəkib. Onu müalicə edən həkim bildirib ki, tibb sözügedən problemlərin qarşısında acizdir. Bundan sonra həki

07.04.2024 909
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14.04.2024 322
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 476
.

Kanadadan piyada keçidlərindən rahat keçmək üçün kərpicli həll - VİDEO

Kanadada piyada keçidlərinin yanında kərpic qutular quraşdırılıb. Bunun maraqlı səbəbi var. Belə ki, kərpiclərdən avtomobillərin dayanmasını təmin etmək üçün istifadə olunur. Yolu keçərkən onları əlinizdə tutmaq kifayətdir. Bu, işıqfor olmayan piyada zolağından keçərkən kömək edir. Əslində, kərpic polistiro

07.04.2024 330