Xərçəng xəstəliyinin ilkin əlamətləri - EHTİYATLI OLUN!

Xərçəng xəstəliyinin ilkin əlamətləri - EHTİYATLI OLUN!Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir.

Həkimlər ilkin mərhələdə müdaxilə edildiyi zaman xərçəng xəstəliyinin müalicə olunduğunu bildirirlər.BiG.AZ publika.az-a istinadən xərçəng xəstəliyinin ilkin əlamətlərini təqdim edir:

1. Ayaqyoluya tez-tez getmək
Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamət yumurtalıq xərçəngi zamanı da müşahidə oluna bilər.
2. Süd vəzisində dəyişikliklər
Ən çox süd vəzisində görülən kütlələr xərçəngin müjdəçisi kimi tanınsa da, döşdəki hər kütlə xərçəngin əlaməti deyil. Ancaq hər il mütəmadi olaraq süd vəzilərini müayinədən keçirmək erkən diaqnoz və müalicə üçün çox əhəmiyyətlidir. Döş dərisində ləkə, döş ucunun içə qayıtması, axıntı, qızartı, ya da dəri rəngində fərqlilik gördükdə mütləq həkimə müraciət edin. Həkiminiz mamoqrafiyadan sonra təhlükə olub-olmadığını müəyyən edəcək.
3. Səsin tutulması
Çox zaman səsin tutulması soyuqlama, qrip, allergiya kimi xəstəliklərin əlaməti hesab edilir. Amma bu hal uzun müddət davam edirsə, diqqətli olun. Xüsusilə siqaret çəkən şəxslər pis vərdişlərini tərgitməyə çalışmalıdır. Bu zaman həkimə müraciət etmək qırtlaq və ağciyər xərçənglərinin erkən müəyyən edilməsinə kömək edə bilər.
4. Menstruasiya dövrü olmadığı halda qanaxmaların olması
Menstruasiya olmadığınız halda ləkə şəklində axıntı gəlirsə, mütləq ginekoloqa müraciət edin. Bu qana bənzər axıntının bir çox səbəbi ola bilər. Həkim endometrial xərçəng (uşaqlıq xərçəngi) riskini müəyyən etmək üçün analizlər təyin edəcək. Xüsusi ilə klimaks dövrünə daxil olduğunuz zaman gecikmədən həkimə müraciət edin.
5. Dəri rəngində dəyişikliklər
Xalların ölçüsündə, formasında və rəngində dəyişiklik dəri xərçəngi xəstəliyinin də əlaməti ola bilər. Bu kimi hallarda həkimə müraciət edilməsini tələb edir.
6. Nəcisdə qan
Babasil və ya anal dəlikdən qaynaqlanan qanaxmalar ən çox bir və ya iki gün çəkir. İki gündən çox davam edən qanaxma olarsa, mütləq həkimə müraciət edin. Çünki bu əlamət bağırsaq xərçənginin də xəbərçisi ola bilər. Qanlı sidik isə sidik kisəsinin və böyrək xərçənginin ilk əlaməti hesab olunur.
7. Limfa düyünlərində şiş olarsa
Limfa düyünləri bədənin ətrafında kiçik və lobya şəklindəki olur. Orqanizm infeksiyalara yoluxduğu zaman bu kimi şişkinliklər təbii qəbul edilir. Ancaq leykemiya və lenfoma kimi bəzi xərçəng növləri limfa vəzilərinin şişməsinə səbəb ola bilər. Limfa vəzilərində dəyişiklik - qoltuq və ya boğazaltı limfa düyünlərində şişkinlik hiss olunarsa, diqqət olmaq lazımdır. Əgər şişlər bir ay və ya daha çox müddətdir ki, yumru şəklindədirsə, mütləq həkim nəzarətindən keçin.
8. Udma problemləri
Hər kəs hərdən bir udma problemləri yaşaya bilər, bunun üçün narahat olmağınıza ehtiyac yoxdur. Ancaq qusma varsa, həddindən artıq arıqlamısınızsa, üstəlik də udma probleminiz varsa, mütləq həkimə müraciət edin. Həkim boğaz, udlaq borusu və mədə xərçəngi diaqnozunu yoxlamaq üçün müxtəlif analizlər tələb edəcək.
9. Şişkinlik
Əgər qarnınızda bir şişkinlik var və bu iki həftədən çox davam edirsə, mütləq həkimə müraciət edin. Bu əlamət yumurtalıq xərçənginin ilkin, bəzən isə yeganə əlaməti ola bilər. Qarındakı şişkinlik ölüm riski olan bağırsaq xərçənginin də əlamətlərindən biri sayıla bilər. Problemin səbəbini axtarmaq üçün ginekoloji müayinə, qan testləri və ultrasəs müayinəsi edilir.
10. Dırnaq üzərində cızıqlar
Ayaq və ya əl dırnaqlarında müşahidə edilən tünd rəngli cızıqlar dəri xərçənginin əlaməti ola bilər. Bu əlaməti qulaqardına vurmaq lazım deyil. Bundan əlavə, xroniki yaralar, yara izləri, bəzi rəngi və ya forması dəyişik olan xallar belə xərçəngin erkən müəyyən edilməsində böyük rol oynayır.
11. Pəhriz saxlamadığınız halda qəfildən arıqlamısınzısa...
Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə arıqlamaq yaxşı əlamət deyil. Daha ağır nəticələrlə qarşılaşmamaq üçün səhhətinizə laqeyd yanaşmayın, mütləq həkimə müraciət edin. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər.
Arıqladığınızı ciddi stress ilə əlaqələndirə bilərsiniz. Lakin unutmayın ki, stress arıqlamağa səbəb olduğu kimi çox ciddi xəstəliklərə də yol açır.
12. Mədə yanması
Çox yemək, spirt və ya stress mədə qıcqırmasına səbəb ola bilər. Mədə yanması və qıcqırması problemini aradan qaldırmaq üçün pəhriz saxlamaq təklif olunur. Lakin pəhriz saxladığınız halda mədə ağrısı davam edirsə, həkimə gedin. Mədə yanması mədə, boğaz və yumurtalıq xərçənginin də xəbərçisi ola bilər.
13. Ağızda dəyişikliklər
Əgər siqaret çəkirsinizsə, həmçinin ağız içində və ya dodaqlarda ağ və ya parlaq qırmızı ləkələr varsa, bu əlamətlər ağız xərçənginin xəbərçisi ola bilər. Testlər və müalicə haqda həkimlə məsləhətləşin.
14. Yüksək hərarət
Düşməyən və səbəbi bəlli olmayan yüksək hərarət leykemiya və ya başqa bir qan xərçənginin xəbərçisi ola bilər. Bu səbəblə düşməyən və tez-tez təkrarlayan hərarət zamanı mütləq həkimə gedin.
15. Öskürək
Çox vaxt qrip və soyuqdəymənin simptomu kimi məlum olan öskürək 3-4 ay davam edərsə, həkimə müraciət etmək lazımdır.
16. Yeməkdən sonra həzm problemi
Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.
17. Ağrı
Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə davam edən ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər. Bir ay və ya daha uzun davam edən və səbəbi açıqlanmayan ağrılar üçün mütləq həkimə müraciət edin.
18. Qarın ağrısı və depressiya
Çox nadir olaraq görülsə də, qarın ağrısı və depressiya mədəaltı vəzi xərçənginin əlamətləridir. Bu səbəbdən mütləq ətraflı müayinə üçün həkimə müraciət edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 19496   Tarix: 19 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101