Dəm çayını zibil qabına atmayın - İNANILMAZ FAYDALARI

Dəm çayını zibil qabına atmayın - İNANILMAZ FAYDALARIÇay paketlərini istifadə etdikdən sonra təbii ki, atırıq. Ancaq lazımsız hesab bildiyimiz bu paket evdə bir çox işinizə yarıya bilər. Ona görə də nə stəkana saldığınız paket çayı, nə də çaydanda qalan dəmi atın.

BiG.AZ dəm çayının inanılmaz faydalarını sadalayır.

1.Günəş yanıqlarına yaxşı təsir edir

Çaynikdə qalan, istifadə edilmiş yaş çayı dəridəki yanan bölgəyə çəkin. Bu üsul ağrını yüngülləşdirməyə kömək edəcək.

2.Bitkilərinizi qidalandırın

Dibçəkdə yetişdirdiyiniz bitkilərin daha tez böyüməsi, inkişaf etməsi üçün sadə bir üsula əl atın: çay dəmini saxsının dibinə tökün.

3.Parket təmizliyində istifadə edin

Təzə dəmlənmiş çay taxta mebel və döşəmə təmizliyi üçün mükəmməl bir məhsuldur. Dəmləyib içdiyiniz çay paketlərini və ya dəmi qaba tökün. Sonra mebellərinizin tozunu bu qabdakı suya batırdığınız yumşaq bir əski ilə silin. Eyni formada parketi də bu suyla təmizləyin. Taxta səthlərin və parketin parladığının şahidi olacaqsınız.

4.Diş əti problemlərinə çarə ola bilər

Diş əti qanaması probleminiz varsa və dişinizi çəkdirdikdən sonra yaxşılaşma müddətində ağrı hiss edirsinizsə, soyuq su ilə islatdığınız çay paketini ağrıyan bölgəyə qoyun. Həm qanamanı, həm də ağrını dayandırar.

5.Kamin təmizliyində istifadə edin

Kamində külü təmizləməzdən əvvəl ətrafın çirklənməməsi üçün külün üzərinə yaş çay dəmi tökün. Beləcə, kül uçmayacaq və asanlıqla təmizlik işi aparacaqsınız.

6.Güzgüləri parladır

Çaydanda qalan dəmin içinə soyuq su tökün. Güzgüləri bu suya batırdığınız əski ilə silin. Güzgülərin necə parıldadığını görəcəksiniz.

7.Ət bişirən zaman istifadə edin

4 xörək qaşığı quru çayı ilıq suyla 5 dəqiqə dəmləyin. Dəmi süzdükdən sonra çayı ½ stəkan qara şəkərlə qarışdırın və şəkər həll olunana qədər kənarda saxlayın. Bu arada əti soğan, sarımsaq və ədviyyatlarla bişirəcəyiniz qaba yerləşdirin. Üzərinə hazırladığınız çay qarışımını tökdükdən sonra əvvəldən isitdiyiniz sobaya qoyun. Qırmızı ət çay sayəsində çox yumşaq olacaq.

8.Ayaq qoxusunu aradan qaldırır

Ayaqlarınızı yaxşıca dəmlənmiş çayla qarışdırdığınız ilıq suda 20 dəqiqə saxlayın və ayaq qoxusundan xilas olun.

9.Göz altı halqalara son qoyun

2 ədəd çay paketini ilıq suda isladın. Üstündən çox vaxt keçməyibsə, içdiyiniz çay paketlərindən də istifadə edə bilərsiniz. Çay paketlərini gözlərinizin üzərində 20 dəqiqə saxlayın. Çayın tərkibindəki tanen maddəsi gözlərinizdəki şişkinliyin aradan qaldırılmasını təmin edəcək.

10.Saçlarınız üçün təbii məhsul
Saçlarınızın təbii rənginə dönməsi üçün: 3 çay paketini bir stəkan suda dəmləyin. Hərəsindən bir xörək yemək qaşığı adaçayı və bibəriyə çayı da əlavə edin. Bu formada 1 gün saxlayın. Saçlarınızı şampunla yuduqdan sonra bu qarışımı saçınıza tökün və durulamadan bir dəsmalla bükün. Çayın ağ saçları köhnə təbii rənginə döndərməsi üçün bu üsulu bir neçə dəfə təkrarlayın.(Aile.lent.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 13740   Tarix: 08 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659