"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏ

"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏAparıcı Vüsalə Kərimova - bir az aqressiv, bir az əsəbi, əslində mehriban və gülərüz xanımdır. Amma gərək bir misal var quyruğunu tapdalamayasan, tapdalasan ... Onu biz demirik, özü deyir. Vüsalə yalanı sevmir və bağışlamır. Həyatda güvənəcəyi tək kişi oğludur. İkinci dəfə ailə həyatı qurmadan belə övlad sahibi olmaq istəyər, amma ...

Maraqlıdırsa BiG.AZ jurnalistlərinin ATV kanalında yayımlanan "Yüz ölç, bir biç" verilişinin aparıcısı Vüsalə Kərimova ilə tam səmimi söhbətimizi oxuyun:

- Vüsalə, biz iki nəfər sən tək. Qorxmursan ? Kim istəyərdin indi yanında olsun, sənə dəstək olsun ?

- (gülürük-red) Ən azı həmkarıq... Amma səmimi deyim Allahdan başqa heç vaxt heç kimdən dəstək gözləməmişəm. Heç valideynlərimə belə oturuB, dərdimi danışmaram. Çünki dərdini deyirsən, həmin adamlar da səndən artıq oturub dərd çəkir. Əlac görmür ki? Sənə necə kömək ola bilər ki? Yaxşısı heç kimə ağırlıq verməmək və dərdini içində saxlayıb, həlli yolunu axtarmaqdır.

- Kimin dərdini çəkirsən?

- Kiminsə dərdini çəkmirəm, qoy mənim dərdimi çəksinlər (gülür-red). Dərdimi çəkən o qədər adam var ki... Nəyinsə dərdini çəkə bilərəm, kiminsə yox ...

- Məsələn, nəyin?

- Gündəlik qayğılarım. İnsan tək olanda, nəyinsə dərdini çəkməz. Amma evdə yeniyetmə uşaq böyüyürsə, gündəlik qayğıların var demək. Sabahı artıq düşünmək məcburiyyətindəsən.

- Bir ümidlə açılıb-bağlanan pəncərə...Varmı belə bir pəncərə?

- İnsan həyatında hər zaman belə bir pəncərə var. Ümidsiz adam deyiləm. Bir müddətdir ki, namaz qılmağa başlamışam. Və nəyi arzu edirəm, istəyirəm, Allahdan istəyirəm. Bəlkə möcüzədir, bilmirəm, nə istəyirəmsə onu mənə Allah yetirir. Sizə bir şey deyim, bir müddət öncə, verilişdən ayrıldım, layihəmi başqa kanala verdim. Amma hələ qəbul olunmadan öncə sıxıntılarım var idi. Bir neçə kanala müraciət etmişdim. Məsələ yubanırdı. Bilirsiniz, mənim üçün işsiz olmaq yox olmaqdır. Həyatda işsiz ola bilmərəm. İş yoxdursa, mən də yoxam. Çox şükür ki bugün artıq bu arzuma çatmışam. İstədiyim kimi verilişimi aparıram.

"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏ-Namaz qılırsan, bəs hicabla bağlı nə düşünürsən?

- Niyə də örtünməyim? Özü də mənə çox gözəl yaraşır. Amma işlə əlaqədar bu mümkün deyil. Məni işə götürsələr də gərək kadr arxasında qalım. Amma mənim kadrda görünmək potensialım varsa, niyə kadr arxasına keçim? Ona görə hələ elə bir fikrim yoxdur.

- Allaha ola sevginin pik nöqtəsini nə zaman hiss etdin?

- Allaha həmişə sevgim olub. 2014-ü il sentyabrda namaz qılmağa başladım. Hesab edirəm ki, pik nöqtə elə o idi ... (düşünür-red)

- Dedin ki, həyatımda iş həmişə olub. Bəs həyatında nə yoxdur?

- Həyatımda bir qadının həyatını bütövləşdirə biləcək bir kimsə yoxdur. Həyatımda bütöv bir şey yoxdur.

- Sevgi yoxdur həyatında?

- Sevgi bütöv olmaq demək deyil ki...

- Bəs deyirdilər ki, müğənni Yaşar Cəlilov həyatındadır?

- Yaşar Cəlilov indi də həyatımda var, amma Yaşar Cəlilov sevgi deyil. Bir azdan onunla tədbirə gedirəm (gülür -red).

-Bəs bu iddialar nədən yarandı? Bunu araşdırdınmı?

-Yox, niyə araşdırmalıyam ki? Onu lazım olan adamlar araşdırsın.

- Amma sən elə bir reaksiya göstərə bilərdinmi ki, o suallar sənə ünvanlanmasın?

- Bilirsiniz, Yaşar Cəlilovun həyatımda varlığı məni narahat etmir. Bu kimlərisə narahat edirsə, onların problemidir. Onunla bir-birimizi çox gözəl tanıyırıq, ailəsi də məni yaxşı tanıyır. Beş ildən çoxdur bir yerdə çalışırıq, doğmalaşmışıq nə qədər də olsa ... Yaşar oğlandır, ola bilər kimsə ona nəsə deyə bilər, mənə hansısa pislik etmək istəyə də bilər. Bu həyatdır. Amma inandırım sizi, ona pislik etmək mənim heç ağlımın ucundan da keçməz. Səbəb bilirsiniz nədir? Mən əgər bir nəfəri yaxınıma buraxıramsa, ona hörmət qoyuramsa, dəyər verirəmsə, bu belə də olmalıdır. Dəyər verdiyin insana sabah başqa cür yanaşmaq mənim kitabımda yazmır!

- Vüsalə, Yaşarın nişanlısından ayrılmağında sizin münasibətinizin bir rolu oldumu?

- Rolu olsaydı, o qız heç Yaşarla nişanlanmazdı. Bu söz - söhbətlər Yaşarın nişanından sonra ortaya çıxmayıb axı ... Bu gün onların həyatında nəsə baş vermirsə, başqasında günah axtarmaq lazım deyil, insan özündə günah axtarmalıdır.
"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏ- Vüsalə , özünü bir müstəntiq kimi təsəvvür et və qarşında Vüsalə Kərimova var ...

- Hər axşam gecə yatanda özüm özümü mühakimə edirəm. Başqaları haqqında düşünmürəm ki, ay filankəs mənə bunu etdi. Mən bu gün nəyi doğru və nəyi yalnış etdim. Nəticə yaxşı da olur, pis də. Səhvlərim də olur, səhvlərim varsa düzəltməyə çalışıram. Heç kim mükəmməl deyil. Heç vaxt heç kim deməsin ki, səhvim yoxdur. Bir neçə il bundan öncə, bəlkə də müdrikləşməmişdim, mən heç vaxt sözünü işlədirdim. Amma artıq heç vaxt heç nəyə heç vaxt demirəm.

- Nəyi tapa bilmirsən?

- Təkcə mən yox, bütün qadınların arzusu odur ki, həyatda xoşbəxt olsunlar. Xoşbəxtlik ümumi məfhum deyil, insan haradasa xoşbəxt ola bilir. Amma qadın xoşbəxtliyi deyilən bir şey var, o insanın ürəyində daimi olur. Mən onu tapa bilmirəm.

- Namaz qılandan sonra qısa geyinirsən?

- Bəli.

- Özünə belə arxayınsan?

-Bəli.

-Nəyə peşmansan?

- Həyatımda kaş ki, deyə biləcəyim o qədər şeylər var ki... Geriyə dönüb baxanda deyirəm ki, kaş ki... Elə ilk addımımdan götürək. İnsan sərbəst həyata qədəm qoyanda ilk seçimini edir...Və mən yalnışı ilk gündən etdim. Ona görə də həyatımda qadın xoşbəxtliyi deyilən hissi tapa bilmədim. Ha çırpınsam, ha vuruşsam, mənim qatarım artıq getmişdi.

- O yalnış nə idi?

- O yalnış qurduğum ailə həyatı idi.

- Sevmədən ailə həyatı qurmuşdun?

- Xeyr, sevərək. Mən hesab edirdim ki, sevgi odur.

- Niyə ayrıldınız bəs?

- Heç vaxt niyəsini deməmişəm. Kənardan baxanda iki nəfərin ayrılmağında hərə birini günahlandırır. Amma o insanların həyatını siz yaşamadığınıza görə nələr yaşadığımı bilə bilmərsiniz. Mənim nə yaşadığımı da heç kim bilmir. Niyə ayrıldığım haqqında danışmaq istəmirəm. Çünki mənim oğlum var. Oğlum olmasaydı, çox şey danışa bilərdim. Həyat yoldaşım pis idisə, niyə ailə həyatı qurmuşdum? Əgər elə pis adam idisə, niyə mənim övladımın atasıdır? Kimi suallar məni narahat edir. Məni narahat edən bu suallara görə danışmaq istəmirəm.

- Oğlunuzun hər şeyi öyrənəcəyindən qorxursan?

- Oğlum hər şeyi bilir. Amma oğlumun və mənim bildiyim şeylərin ictimailəşdirilməsinin əhəmiyyəti yoxdur. Oğlum üçün dünyada ən yaxşı kişi onun atasıdır. Belə də olmalıdır. Oğlum mənim dilimdən atası haqqında heç vaxt pis kəlmə eşitməyib, eşitməyəcək də.

"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏ- Həyat yoldaşınla hələ də görüşürsən?

- Mən görüşmürəm, oğlum görüşür. Oğlumla bağlı məsələ olanda telefonda danışırıq.

-Yenidən ailə həyatı qurmaq fikrin olubmu?

- Xeyr, olmayıb. Oğluma başqasının atalıq etməsini istəməmişəm. Amma indi düşünürəm ki, yalnış addım atmışam.

- İndi də gec deyil, ailə həyatı qura bilərsən ...

- Bəli, hər şey ola bilər həyatdır. Amma uşağım balaca olanda ailə həyatı qursaydım, daha yaxşı olardı deyə düşünürəm. Bundan sonra kiminləsə ailə həyatı quracağamsa, öz qayda-qanunlarım olacaq. Tutaq ki, bu gün evim, maşınım var, o demək deyil ki, onlar mənimdir. Onlar mənim oğlumundur. Yəni mən tək-tənha adamam. Kimsə mənimlə ailə həyatı qurmaq istəyirsə, onun hər şeyi olmalıdır. Yox əgər onun yaşayış tərzi mənim yaşayış tərzimdən aşağı olacaqsa, mənim başıma at təpməyib ki, ikinci dəfə ailə qurum. Əziyyət çəkmək üçün ailə həyatı qurmuram. Ondansa oğlumun evində oturub dolanıram da... Adımı nəyə görə ikiləşdirim ki?

- Şou-biznesdə dəbdədir: ailə həyatı quran xanımlar kişi ilə öz evlərində yaşamağa başlayır...

-Heç vaxt belə bir şeyə razı olmaram. Nəyə görə bilirsiniz? Özüm çox möhkəm qadınam. Sabah mənim həyatımda hansısa kişini görsəniz, bilin ki, o məndən də güclü adamdır. Mən özümdən zəif kişi ilə bir araya gəlmərəm. Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin.

-10 ildən çoxdur ki, həyat yoldaşından boşanmısan. Bu 10 il ərzində həyatında kimsə olmayıb? Ürəyini ala biləcək, qədrini biləcək birisi olmayıbmı?

- Niyə də olmasın ki? Kim deyirsə bir saçımı ağ, bir saçımı qara hördüm, bir üzü qız, bir üzü gəlin yaşamışam, onda məndən namuslusu olmazdı. Bu mümkün deyil. Onu deyənlərə mən qulaq asıram, gülürəm, keçib gedirəm ki, Allah xoşbəxt etsin. Yəni, belə demək yalnış bir şeydir. Ayrılan bir insanın kiminləsə münasibət qurmağı normal bir şeydir. Həm bu insanın sağlamlığı, həyata baxışı, həyata tutunması üçün bu normaldır. Kiməsə başını söykəməyə ehtiyac duyduğun anlar olur axı...

-Var belə bir adam?

- Bəli, həyatımda elə biri bu gün də var.

-Yəqin ki, o şəxs Yaşar Cəlilov deyil?

-(susur -red ) Onun kimliyi məndə gizli qalsın.

-Bu insanla neçə müddətdir birlikdəsən?

-O insanı çoxdan tanıyırdım, amma ona təzəlikcə şans vermişəm. Gələcəkdə nə olacağını zaman göstərəcək.

- İkinci dəfə ana olmağı düşünürsənmi?

-(gülür -red) Olsa pis olmazdı. Özüm kimi qəşəng bir qızım olsaydı, çox yaxşı olardı. İnşallah qismət olar. Sizə bir şey deyim, mənim atam əzkiz tayıdır. Əkziləri elə sevirəm ki...Amma oğlum var, qızım da olsaydı pis olmazdı.

-Vüsalə, bir ara tədbirlərdə səni fikirli, sanki beyni dumanlı görürdük. Elə bil ki, əvvəlki təravətinə qovuşmusan...

- Düz deyirsən, mən ruh adamıyam. Adicə Yaşarla da işimizin başında olanda bir də görürsən ki, nəyəsə əsəbiləşirik. O da çox çılğındır, mən də. İkimiz də qışqırırıq, əsəbiləşirik. Ona deyirəm ki, bir işimiz yolunda getməyəndə mənə nəsə söz deməyə çalışma. Çünki mən o qədər əhval-ruhiyyə adamıyam ki... Bir də görürsən ki, çox gözəl əhval-ruhiyyə ilə evdən çölə çıxmağa hazırlaşıram, amma gələn bir zəng , deyilən bir söz əhvalımı pozsa, qayıdıb evdə otura bilərəm. Bütün vacib işlərim də kənarda qalar. Bu cür adamam. Normaldır, bir gün əhvalım yaxşı olur, bir gün pis. Hərənin ağlına bir şey gəlir. Nə deyim. Bu yaxınlarda koridorda dostlardan biri məni gördü. Salam verəndən sonra mənə qayıtdı ki, hər şey çox yaxşıdır, sən mükəmmməlsən, pozitiv ol. Mən istəmirəm mənfi enerjidə olasan. Dedim ki, çox sağol. Amma nə üçün bunu mənə dediyini hələ də anlaya bilmirəm, o elə bilirdi ki, mən pisəm və ya o sözlərə ehtiyac duyuram...

- Bəlkə də anlayırsan. Sadəcə biruzə vermirsən...

- Bəlkə də... Facebook səhifəmdə yazdıqlarıma əsaslanıb bunu deyirdi. Amma o dediklərinin mənə aidiyyatı yoxdur. İçimdəki məni mən özüm bilirəm.

- İçindəki səni bir az da bizə anlatsan olarmı?

- İçimdəki mən çox qəliz adamdır. O qədər qəlizdir ki, bəlkə də onu həyatda başa düşəcək insan yoxdur. Bəzən özüm də özümü başa düşmürəm. Bəzən elə addım atıram ki, o addımı mən atmazdım. O içimdəki mən ... ( susur- red)

"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏ-Bəs ağlına nə batmır?

- Ağlıma batmayan şeylər həyatda başıma gəldi. Ona görə ağlıma nəsə batmır deyə bir kəlmə leksikonumda yoxdur. Bəzən qarşımdakı insan - dost və ya düşmənimin elə hərəkətlərini görürəm ki, düşünürəm ki, bu heç mənim ağlıma gəlməzdi. Əslində çox düşünərək hərəkət edən biriyəm. Özümün özümdə sevdiyim bir cəhətim var: əmin olmadığım bir məsələnin üzərində dayanmaram. Qarşımdakına da sübut edərəm ki , bax sən əmin deyilsənsə, bir şeyin üzərinə getmə.

- Kimə nəyi sübut etmisən?

- O qədər insana o qədər şeyi sübut etmişəm ki...

- Məsələn, bugün kimə nəyi sübut etmisən?

- Bir neçə saat öncə zəng gəldi mənə. Bir məsələdə doğru olduğuma dair bir sübut idi. Televiziyadakı dostlarımdan biri idi, mənə bircə kəlmə dedi ki, sən haqlısan... Mən də ona dedim ki, haqlı olmadığım bir şeyin üstünə heç vaxt getmərəm.

-Tez-tezmi haqlı çıxırsan?

- Olur, qarşımda haqsız insanlar olanda olur. Əslində heç vaxt nəyisə kimlərəsə sübut etməyə çalışmıram. O insan mənim üçün dəyərli deyilsə, mənim fikrimin üçdə birini zəbt edə bilməz. Mənim üçün dəyərli olan insandırsa, ona nəyisə sübut etmək üçün canımdan da keçərəm.

- Bir az açıq danışaq. Kifayət qədər gözəl və cazibədar xanımsan. Və Azərbaycanda belə bir psixologiya var ki, məşhur insanlara yuxarılardan zəng olunur. Bir gecəlik, beş gecəlik illik və s. Sənə belə bir zənglər olubmu?

- Olub...

- Bir gecəlikmi istəyiblər?

- Vallah onu heç soruşmamışam, bir gecəlikmi istəyib və ya bir neçə... Amma olub belə zənglər. 3-4 nəfər tərəfindən belə zənglər edilib. Birbaşa özümə zəng etməyiblər, kiminsə vasitəsi ilə əlaqə yaradıblar. Tanıdığım şəxslər olub, yüksək təbəqədən olublar. Amma bir nəfər var idi, birbaşa özümə zəng vurmuşdu.

-Nə cavab verdin?

- Müxtəlif cavablar vermişəm, amma o cavabların hamısının nəticəsi eyni olub. Adam olub ki, demişəm , "yox". Deyib ki, "olar nömrəni verim, özün yox deyəsən.. .Demişəm ki, mənə artıq zəng gəlsə, biləcəyəm ki, nömrəni sən vermisən.

-Pul soruşmusanmı?

-Nə? Heç vaxt pul müqabilində kiminləsə ünsiyyət qurmaram. Çünki heç vaxt seçilmirəm, seçirəm. Əgər seçdiyim insan bunu başa düşürsə, xoşbəxt insan olmalıdır. Hesab etmirəm ki, o bunu başa düşsün (gülür-red).

- Qadın qısqanclığı ilə rastlaşmısınızmı?

-Bəli, amma özüm qısqanc deyiləm. Çünki özümə əminəm.

-Əmin olmadığın nədir?

-Başqalarının ünsiyyəti. Heç kimə etibar etmirəm.

-Yaşara da?

-Hətta ona da. Çünki insan çiy süd əmib, hər şey ola bilər. Oğlum isə mannı ilə böyüdüyü üçün ona etibar edirəm (gülür - red).

- Vüsalə son dönəmdə xeyli arıqlamısan ...

-Fikir çəkdim, o qədər fikir çəkdim ki ... (gülür) Zarafat bir yana, çox adam elə başa düşür ki, fikir çəkirəm. Amma elə deyil. Bir söz də deyim, o qədər artıq çəkim yoxdur. Çəkim heç vaxt 62 kilodan çox olmayıb. Hazırda 58 kiloyam. Televiziyada layihəm olduğu üçün çəkimi atmaq qərarına gəldim. Hələ bu çəkidə ekrandan 80 kilo görsənirəm. Amma onu da deyim heç bir xüsusi pəhriz saxlamamışam. Az yeməyə üstünlük verirəm, gün ərzində bir dəfə çörək yeyirəm. Çoxlu çay içirəm. Çay heç də adamı kökəltmir. Gün ərzində çay içməsəm başım ağrıyar, çayxoram.

- Gügzüdə özünə tez-tezmi baxırsan?

- O qədər... Öz otağımda iki güzgü var, vanna otağında 3 güzgü. Oğlumun otağında da...

- Vücudunda nəyi bəyənirsiniz?

- ) Bədənimdə ən çox ayaq barmaqlarımı çox bəyənirəm. Bunu çox adam bilmir, amma sizə deyim. Yayda diqqətimi çəkən bir şey varsa, o da qadınların ayaq barmaqlarıdır. Bilirsiniz nəyə fikir verirəm? Ayaqda ikinci barmağın birinci barmaqdan böyük olmağını sevirəm. Mənim ayaq barmaqlarım elə bil sıra ilə düzülüb. Böyükdən balacaya gedir. Deyirlər ki, qadının ayaq barmaqlarında ikinci barmaq uzun olarsa, evdə onun sözü keçir həmişə. Həmişə şükür etmişəm ki, yaxşı ki, mənim barmaqlarım elə deyil. Çünki istəmərəm mənim sözüm kişinin sözündən üstün olsun.

-Həyatında kişi sözü eşidirsən?

- Əlbəttə. Kişi varsa həyatımda, keçir.

- Vüsalə bugün xoşbəxtdirmi?

- Xeyr. Başqaları nə deyər prinsipi ilə yaşayan adam deyiləm. Amma mənim valideynlərim var. Mən yaşamasam da, valideynlərim "başqaları nə deyər" prinsipi ilə yaşayır. Yəni başqaları nəsə deməsə, o prinsip bizə mane olmasa, mən bu gün heç ailə həyatı qurmadan bir qız övladı dünyaya gətirərdim. Çox böyük məmnuniyyətlə. Yəni bunun üçün ailə həyatı qurmağa ehtiyac görmürəm. Vacib deyil ki, sən bir kişi ilə bir damın altında ömrünü çürüdəsən. O yaxşı da olsa, pis də olsa sən buna məcbur olmalısan . Bax bu məcburiyyətdir. Başqaları nə deyər prinsipi insanın həyatına mane olur. Adamı xoşbəxt olmağa qoymur. Mənim üçün bu prinsip yoxdur, valideynlərimin xətrinə bunu yeməyə məcburam.

-"Yüz ölç, bir biç" – nəyi yüz ölçüb, bir biçmisən?

- İnanırsınız, verilişə o adı qoyanda, doğurdan da yüz ölçüb, bir biçdik. Verilişin hər şeyi hazır idi amma anonsu çəkə bilmirdik. Verilişin adı yox idi. O qədər ölçüb biçdik, bu qənaətə gəldik. Çox ürəyimcə oldu. Bəlkə tamaşaçıya bir qədər qəliz gələ bilər, ilk eşidəndə həmin ifadələr qulağa yatmaya bilər, amma mənim üçün o qədər xoş oldu ki... Həyatımda hər şeyi yüz ölçüb bir biçmişə... Amma səhv addımlarım da olub.

"Həyatımdakı kişi güclü olmalıdır ki, məni ram etsin" - aparıcı VÜSALƏ ilə MÜSAHİBƏ-Ən böyük səhvin nə olub?

- Ailə qurmağım mənim ən böyük səhvim olub. Yaşım bəlkə az olub - 23 yaşımda mükəmməl olmamışam. Yüz ölçüb, bir biçməyi bacarmamışam. Bunu ən böyük səhvim hesab edirəm, çünki o yolun ardınca səhvlər gəlir.

- Heç oturub düşünürsənmi , ailə həyatı qurmasaydım, həyatımda filan hadisə baş verməzdi. Olurmu belə hal?

- Birinə bax fikir elə, birinə bax şükür elə misalı var. Məsələn, mənim ağlım olsaydı, 23 yaşında yox, 27 yaşında ailə həyatı qurardım. Bunu fikir edirəm. Amma oğluma baxıram, özümdən böyükdür, Allaha şükür edirəm. Yaxşı ki, o vaxtı ailə həyatı qurmuşam, bu boyda oğlum var. Şükür etdiyim tərəf fikir etdiyim tərəfdən üstündür. Məmnunam. Olub da, həyatdır. İnsanı səhvləri böyüdür.

-Vüsalə yaxşı insandır ya pis?

- Maraqlıdır ki, bəzi insanlar məni pis insan kimi qələmə verir. Əslində mənim bu həyatda kimlərəsə yaxşı və ya pis görünməyimin bircə səbəbi var: o da mənim yalanı sevməməyim. Mənə heç nəyi yalan demə, gəl mənim başımda otur. Amma mən sənin yalan dediyini duyuram, hiss edirəm, 6-cı hissim güclüdür. Yalan danışan insan həmin an gözümdən düşür. Və ona yalanını sübut etmək üçün hər şeydən keçirəm.

-Vüsalə, dedin ki, altıncı hissin güclüdür, bəs bu müsahibəyə gəlmədən öncə nəyi hiss etdin...

-Məni belə sıxma-boğmaya salacağınızı... (gülür- red)

MÜƏLLİFLƏR:

ƏFRUZƏ AĞAYEVA
CAVİDAN ABDULLAYEV


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 13733   Tarix: 06 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 871
.

Aparıcı ilə xanəndə arasında qalmaqal

Əməkdar artist Nigar Şabanova ilə aparıcı Lətafət Ələkbərova arasında qalmaqal yaşanıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, bir neçə müddətdir fəaliyyətini MTV-də davam etdirən L.Ələkbərova "Lətafətin mətbəxi" proqramına xanəndəni qonaq çağırıb. O isə gələcəyini desə də, proqrama qatılmayıb

22.04.2024 2713
.

Aygün Kazımovadan daha bir DİQQƏTÇƏKƏN YENİLİK

Xalq artisti Aygün Kazımova yeniliyi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, Pop kraliça məclislərdəki çıxışına yenilik qatıb. Belə ki, ölkənin əsas ulduzu məclislərə rəqqaslarlar birlikdə gedir. Rəqsləri, musiqiçiləri ilə toy səhnəsini əsl konsertə çevirən Kazımovanın bu yeniliyi də maraqla qarşılanı

21.04.2024 9389
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 755
.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 845
.

Aybəniz Haşımova: "Bir gün eşidəcəksiniz ki, mən də yoxam"

"Bir gün eşidəcəksiniz ki, mən də yoxam". xəbər verir ki, bu sözləri mərhum sənətkar Cavanşir Məmmədovun vida mərasimində Əməkdar artist Aybəniz Haşımova deyib. O, mərhum sənətçini illərdir tanıdığını vurğulayıb. "Mən balaca uşaq idim, Cavanşir müəllim "Xatirə" ansamblında qarmo

20.04.2024 1308
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20.04.2024 1080
.

Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?

Xalq artisti Faiq Ağayev həmkarı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb. bizim.media-ya istinadən bildirir ki, sənətçi bu haqda qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. Proqramın aparıcısı Zaur Nəbioğlunun "Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?"

23.04.2024 2695
.

Devid Bekhem aktyoru məhkəməyə verdi - 10 milyon təzminat tələbi

Devid Bekhem aktyor Mark Uolberqi məhkəməyə verib, 10 milyon dollar təzminat tələb edir. -ın xarici mediaya istinadən xəbərinə görə, Devid Bekhem fırıldaqçılıq ittihamı ilə aktyor Mark Uolberqi və F45-in yaradıcılarını məhkəməyə verir. Bekhem əvvəlcə qolf əfsanəsi Qreq Normanla birləşərək F45-ə qarş

22.04.2024 489