Soyunduğuna görə işdən qovulduğu deyilən aparıcıdan – SƏRT AÇIQLAMA

Soyunduğuna görə işdən qovulduğu deyilən aparıcıdan – SƏRT AÇIQLAMA"Hər zaman tələb olunan və diqqətdə saxlanılan..." Xəbər verdiyimiz kimi ATV teıekanalında yayımlanan "V Element" verilişində Rüfət Ağayevi əvəz edən aparıcının kimliyi bəlli olub. Belə ki, sözügedən proqramın ulduz aparıcıları - Kamilə Babayeva, Ranar Musayev və Hüsniyə Məhərrəmovanın sırasına Fariz İlyasov da qoşulub. Xəbər təsdiqini tapdıqdan sonra, sosial şəbəkələrdəki paylaşımlarda bir vaxtlar Dövlət Televiziyasında "MAG" (Müasir Azərbaycan Gənci) verilişinin istedadlı aparıcılarından olan Fariz İlyasovun çılpaq şəkilləri yayıldığına görə çalışdığı telekanaldan qovulduğu iddia edilib. Aparıcı, haqqında gəzən şayiələrə PrimeTime.Az vasitəsi ilə aydınlıq gətirib. Əməkdaşımızla söhbəti zamanı aparıcı AzTV-dən ayrılmağı haqda bunları deyib: "Bildiyiniz kimi artıq ATV telekanalında yayımlanacaq "V Element" verilişində çalışmağa başlamışam. Uzun müddət idi ki, layihəni ərsəyə gətirənlərlə anlaşsaq da, amma bunu gizli saxlayırdıq. Ötən gün verilişin anonsu yayıldıqdan sonra bəzi saytlar çirkin qara piara əl ataraq, haqqımda iyrənc yazılar paylaşmağa başladılar. Xəbərdə mənim yay aylarında istirahət mərkəzlərinin birində çəkilmiş şəklim paylaşılaraq, soyunduğuma görə AzTV-dən qovulduğum belə iddia olunurdu. Bu xəbəri yayanların məqsədinin nə olduğunu bilmirəm. Azərbaycan televiziyasından qovulmamışam və qovulası aparıcı da deyiləm. Əksinə hər zaman tələb olunan və diqqətdə saxlanılan bir sima olmuşam. Mövsümü bitirdikdən sonra iyul ayından televiziyadan öz istəyimlə ayrılaraq başqa layihədə çalışmağa başlamışdım. Paylaşdığım şəkil nə qatıldığım modellik yarışması, nə də fotosessiya ilə bağlı deyildi. İşdən sonra dostlarımla hovuz kənarında dincələrkən çəkilmiş adi bir şəkil idi. KİV-də çalışan hər kəsdən bu cür xəbərlər yazarkən diqqətli olmağı xahiş edirəm. Çox sevinirəm ki, izləyicilərim məni hər zaman belə məqamlarda dəstəkləyir və yanımda olduqlarını hiss etdirirlər. Oxucularımızı isə "V Element" verilişinin bu mövsümə olan ilk efirini gələn həftə ATV telekanalında izləməyə dəvət edirəm. Verilişimizin qonağı çoxdandır hər kəsin studiyamızda görmək istədiyi şəxs olacaq. İzləməyə dəyər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4980   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

İnfluenser Aysel Həsəninin (icelinee) "İnstagram" hesabı ikinci dəfə oğurlanıb. bildirir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib. Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb. Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışd

14.04.2024 373
.

Xalq artisti canlı efirdə kövrəldi

Xalq artisti Tünzalə Ağayeva Azad Azərbaycan (ATV) televiziyasında yayımlanan "Günaylı gün" verilişinin qonağı olub. xəbər verir ki, pop star Zaur Baxşəliyevin "Elə bir arzunuz olub ki, onun həyata keçməsini çox istəmisiniz, amma gerçəkləşməyib" sualına belə cavab verib. "Bəli

11.04.2024 717
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 440
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12.04.2024 381
.

"Səninlə gözəl anlar yaşayacağıq, hər şeyə hazıram"

Bu gün müğənni Ayan Babakişiyevanın 35 yaşı tamam olur. Axşam.azxəbər verir ki. bu barədə ifaçı sosial medi hesabında paylaşım edib. "Xoş gəldin, 35. Səninlə daha gözəl anlar yaşayacağıq. Bu gün çox xoşbəxtəm, dünəni desəm daha xoşbəxt idim. Sabah nə olacaq bilmirəm, hər şeyə hazıram. Çünki artı

12.04.2024 843
.

Murad Dadaşovun ailəsində XOŞ GÜN

Xalq artisti, "Xəzər media"nın rəhbəri Murad Dadaşovun evində xoş gün olub. Sənətçinin oğlu evlilik yolunda ilk addım atıb. Dadaşovun övladının nişan mərasimi keçirilib. (PrimeTime)

14.04.2024 1051
.

Bu da Tünzalə Ağayevanın qızı Fidan - FOTOLAR

Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni qızı ilə yeni fotolarını izləyiciləri ilə bölüşüb. O, şəkillərə "Mənə görə dünya səndən ibarətdir, qızım" qısa şərhini yazıb

14.04.2024 8345
.

Gülşənin formada qalma sirri

Türkiyəli müğənni Gülşən formada qalma sirrini açıqlayıb. Axşam.az xəbər verir ki, ifaçı qidalanmasına diqqət etdiyini vurğulayıb. "Düzgün və təmiz qidalanmaq önəmlidir. Hər şey normada olmalıdır. Bu artıq mənim üçün pəhriz proqramı deyil, həyat tərzimdir. Hamıya təklif edə biləcəyim yeganə şe

13.04.2024 534
.

Nazpəri Dostəliyevadan tənqidlərə - Reaksiya

Xalq artisti Nazpəri Dostəliyeva son zamanlar üzündə etdirdiyi dəyişikliklərlə bağlı ünvanına səsləndirilən tənqidlərə ilk dəfə cavab verib. Axşam.az-ın məlumatına görə, bu barədə müğənni "Günaydın, Azərbaycan" verilişində qonaq olarkən danışıb. "Bir sənətkarı bütünlüklə bütün Azərbayca

13.04.2024 854