Nazir kollecin həyətindəki tikintini dayandıra bilmədi - Fotolar

Nazir kollecin həyətindəki tikintini dayandıra bilmədi - FotolarXəbər verdiyimiz kimi, Təhsil naziri Mikayıl Cabbarov Bakı Qida Sənayesi Kollecinin həyətində aparılan tikintiyə biganə yanaşdığı üçün kollecin direktoru Anar Mayılovu vəzifədən azad edib. Bundan başqa, bildirilib ki, tikinti səbəbindən kollecin divarlarında və tavanında çatlar yaranıb. Bu səbəbdən nazir tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırıb.

"Qafqazinfo"nun əməkdaşları bu gün Bakı Qida Sənayesi Kollecinə baş çəkib. Məlum olub ki, tikinti işləri davam edir, ərazidə fəhlələr işləyirdi. Kollecin direktor müavini Əmirxan Zeynalov isə tikinti gedən ərazinin kollecin həyəti olmadığını bildirib:

"Hazırda tikinti gedən ərazidə yaşayış binaları var idi. Şirkət binaları alıb, sakinlərin də hər birinə 300 manat verib kirayəyə çıxarıb. Deyildiyi kimi, həmin ərazi kollecin həyəti deyil. (Təhsil Nazirliyi isə yaydığı məlumatda tikinti aparılan yerin kollecin həyəti olduğunu bildirmişdi-red.) Direktor kimdir ki, sənədli sübutlu iş görən adamlara tikintini dayandırmağı əmr etsin? Əslində, Anar müəllimin çıxarılmasına səbəb tikinti deyil. Direktor nazirliyin icazəsi olmadan texnikumu Qaraçuxura köçürmüşdü. Nazir bunu biləndə onu çıxartdı, həmin gün yerinə yeni direktor təyin olundu".

Direktor müavini hazırda kollecdə hər hansı bir təhlükəli vəziyyətin də olmadığını qeyd edib:

"Bizim Keşlədə başqa bir korpusumuz da var. Tikinti şirkəti kollec üçün üçmərtəbəli qəşəng bir bina tikmək istəyirdi, təklif elədilər ki, ora köçək. Onlar da burada işini rahat görsün. Nazirlik razı olmadı. Hazırda binada hər hansı təhlükəli vəziyyət, çatlar yoxdur. Xırda bir-iki çat var, onlar da zəlzələdən yaranıb".

Keçmiş direktorun onlara qarşı çox yaxşı olduğunu bildirən kollec tələbələri də Anar Mayılovun işdən çıxarılmasına təəssüfləndiklərini ifadə ediblər.

Qeyd edək ki, tikintini "İnteks MMC" şirkəti həyata keçirir.
Nazir kollecin həyətindəki tikintini dayandıra bilmədi - FotolarNazir kollecin həyətindəki tikintini dayandıra bilmədi - FotolarNazir kollecin həyətindəki tikintini dayandıra bilmədi - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1812   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204