65 yaşdan sonra maşın sürmək qadağan edildi

65 yaşdan sonra maşın sürmək qadağan edildi65 yaşına çatmış şəxslər iki kateqoriya üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər
Milli Məclisin "Yol hərəkəti haqqında" Qanuna bu gün etdiyi dəyişikliklə ölkəmizdə sürücülük hüququ ilə bağlı bir yenilik edilmiş olacaq. Avtosfer.az-ın məlumatına görə, dəyişiklik qüvvəyə mindikdən sonra 65 yaşına çatmış şəxslər "D" və "DE" kateqoriyaları üzrə sürücülük hüququnu avtomatik olaraq itirəcəklər. Bu isə sürücülük hüququnu itirmənin indiyə qədər olmayan tam yeni bir əsasıdır.
Bu yeniliyin tətbiqi maraqlı təcrübi suallar doğuracaq. Yəqin ki, hazırda yaşı 65-i ötmüş və "D" və "DE" kateqoriyalı sürücülük hüququ olan şəxslər var. Ən maraqlısı onların bu kateqoriyalar üzrə sürücülük hüququnun taleyi ilə bağlı olacaq. Konstitusiyaya (149-cu maddə) "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun olaraq, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdırmayan (yəni pisləşdirən) normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Deməli, hazırda yaşı 65-i ötmüş şəxslər malik olduqları "D" və "DE" kateqoriyası üzrə sürücülük hüquqlarını sürücülük vəsiqəsinin müddəti bitənədək saxlamalıdırlar. Amma həmin vəsiqənin müddəti bitdikdən sonra onların bu kateqoriyalar üzrə sürücülük hüququ uzadılmayacaq (yəni dəyişdirilən vəsiqədə "D" və "DE" kateqoriyaları göstərilməyəcək).
"D" və "DE" kateqoriyalarına malik olan və yaşı 65-ə çatmamış şəxslər isə bu yaşa çatdıqdan sonra onlara verilən yeni vəsiqədə "D" və "DE" kateqoriyası göstərilməyəcək.

Şəxs vəsiqəsini 65 yaşından qabaq dəyişdikdə və yeni vəsiqənin müddəti 65 yaşı keçəndən sonra bitməli olduqda isə yəqin ki, onun "D" və "DE" kateqoriyası üzrə sürücülük hüququnun 65 yaşadək etibarlı olduğu göstəriləcək.
Ən mübahisəli problem isə əcnəbilərlə yaşana bilər. Məsələn, 65-dən yuxarı yaşı olan və "D" və "DE" kateqoriyası olan əcnəbi avtobus sürərək Azərbaycana gəlir. Belə çıxır ki, həmin şəxs avtobusu idarə etməklə Azərbaycana buraxılmayacaq. Ölkə ərazisində avtobusu idarə edərkən saxlandıqda isə o, sürücülük hüququ olmayan şəxs kimi məsuliyyətə cəlb olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2506   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245