"Yarıçılpaq, "maraqlı" "düşüncəli" afaqlar bizim bu dünyadakı cəzamızdır"

"Yarıçılpaq, "maraqlı" "düşüncəli" afaqlar bizim bu dünyadakı cəzamızdır"Tez-tez gündəmə gələn, demək olar, mahnı oxumadan populyarlaşan bir müğənni var - Afaq Aslan. Ölkədə istənilən ciddi adamdan, məsələn, rejissordan, yazıçıdan, elm xadimindən daha məşhur, daha populyardır. Azacıq ətəyini qaldırdımı, bütün media onun açıq yerlərinə, çılpaq əzalarına fokuslanır. Deyəcəksiniz ki, dünya ulduzları da soyunub kamera qarşısına keçir, çılpaq fotosesiyalar etdirir. Mən də deyəcəm ki, haqlısınız, xaricilər də soyunur - əmma ki, o soyunan xaricilər bizim "xanımlarımız" kimi davranmırlar.

Şəxsən mən bu xanımın soyunub manşetləri bəzəməsini səbirsizliklə, maraqla gözləyirəm. Bu müğənni mənim üçün kvant fizikasından da, qeyri-səlis məntiq nəzəriyyəsindən də, NASA-nın Marsa planlaşdırılan səfərindən də maraqlıdır. Yorulmadan, usanmadan, darıxmadan onun əməllərini izləyirəm. Düzü, bu halın anormallığı məni bərk narahat etsə də, marağımı boğa bilmirəm. O, hər dəfə müsahibələr verəndə ürəyim açılır, ovqatım yüksəlir, hətta həmin gün özümü çox xoşbəxt və bəxtiyar hiss edirəm. Sizə zarafat gəlməsin, onun "dəyərli" fikirləri ölkə mədəniyyətini durmadan irəli aparır, sənətimiz daha da çiçəklənir, püxtələşir. Məni qınamağa tələsməyin, çün getdikcə mədəni səviyyəmiz "afaqlaşır".

Eyni zamanda bu xanım bizlərə Azərbaycan cəmiyyətinin simasını göstərir.

Məlum müğənnilərə ölkəmizin imkanlı vətəndaşlarının böyük pullar xərcləməsi heç kəsə sirr deyil. Ömründə bircə dəfə teatrın qapısını açmayan, kitab mağazalarını tanımayan, ömründə bir acı doyurmayan, bir yetimin başına tumar çəkməyən bu harınlar var-dövlətini bəlli muğənnilərin ayaqları altına səpməyə hər zaman hazırdır. Əgər onlar utanmırsa, mən niyə utanım? Afaq isə bu məmurları yox, Türkiyəli aktyor Burak Özçiviti bəyənirmiş. Bu barədə eşidəndə elə kövrəldim, elə kövrəldim....

Bu günlərdə ülyahəzrət Aslan yenə çox lazımlı və taleyüklü müsahibə verib və söhbət zamanı öz seksual istəklərini banal şəkildə dilə gətirib. Sən demə, bu xanım yeniyetmə qızcığazların sevimlisi, türkiyəli aktyor Burak Özçivitin ən alovlu fanatlarından imiş.

Təsəvvür edirsiniz, azərbaycanlı məmurların, iş adamlarının heyran olduğu qrafinya Aslan Burak Özçivitlə göftgu etməyi bir az üstüörtülü də olsa dilə gətirib. İntəhası, bunu bir balaca "mədəni" formada izhar edib. Xanım deyib ki, Burakla erotik səhnələrə çəkilmək arzusundadır.

Zarafatsız, Afaq Aslanı tanıyırsınız? Yuxarıda qeyd etdiyim kimi, mən şəxsən bu sənətkarı tanıyıram, izləyirəm, dəstəkləyirəm. Sizə bu da azdır. Hələ sizin acığınıza ona şeir də yazacam.

Ziyalısını sevməyən, dəyərləndirməyən cəmiyyət afakimilərlə cəzalandırılır. Yarıçılpaq, "maraqlı" "düşüncəli" afaqlar bizim bu dünyadakı cəzamızdır. Baxıb vicdan əzabı çəkməyə, günahlarımızı xatırlamağa müğənnilərimiz, onlara pul xərcləyən cibi dolu, başı boş var-dövlət sahibi olan "iş adamlarımız" kifayət edir.

Bu barədə çox yazılıb, çox deyilib. Uzun-uzadı Afaqı, qeyri müğənnilərə şərait yaradanları, reklam edənləri, gündəmdə saxlayanları qınamaq, tənqid etmək istəmirəm. Çünki hər şey açıq-aydın ortalıqdadır. Nə bu müğənnilərin səviyyəsi düzələcək, nə də harınlamış var-dövlət, səlahiyyət sahiblərinin vicdanı oyanacaq. Zövqsüz, banal "sənətkarlara" şərait yaradanların gələcəyindən əndişələnməyə dəyməz. Bu tendesiyanın kod adı "sevgi"dir.

Ona görə də çox da özünüzü yormayın, mənim kimi Afaqın növbəti müsahibəsini səbirsizliklə gözləyin...

Cəlil Cavanşir "Yarıçılpaq, "maraqlı" "düşüncəli" afaqlar bizim bu dünyadakı cəzamızdır"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3992   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 1330
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1165
.

"Bir gün gitara almağımla hər şey dəyişdi" - Mert Demir

"19 yaşdan sonra musiqidən başqa işlə məşğul olmadım. 19 yaşa qədər ağlınıza gələ biləcək bütün işlərlə məşğul oldum.Kitab satdım, dülgərlik etdim. Bu da həyatda qalmaq bacarığımı inkişaf etdirdi". xəbər verir ki, bu sözləri tükiyəli müğənni Mert Demir deyib. "Vəkil olmaq istəyirdim, fikrim

19.04.2024 274
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1721
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19.04.2024 1292
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1634
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 985
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 403
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 659