Lənkəranskinin intiqamını alacaq "qanuni oğru" azadlığa çıxır

Lənkəranskinin intiqamını alacaq "qanuni oğru" azadlığa çıxırOktyabrın 18-də cəza müddəti tamamlanan Merab Canqveladze qətlə yetirilən Rövşən Canıyevin ən yaxın adamlarından biri olub; Rusiya kriminalında "nömrə 1" olmağa iddialı "Suxumski" kimdir?

Yezidi kürd Zaxari Kalaşovun ("Şakro Molodoy") həbsindən və azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") qətlindən sonra Rusiya kriminalında "nömrə-1"in kimin olacağı ilə bağlı müzakirələr gedir. Reketdə və dələduzluqda suçlanan "Şakro Molodoy"-Aslan Usoyan ("Ded Xasan") "taxt-tacında" möhkəmlənməmiş həbs edilib və onu uzun müddətli türmə həyatı gözləyir.

"Lənkəranski"nin ən yaxın adamı, qətlindən sonra İstanbulda həbs edilən Hacı Talıbxanlı da ("Hacı Beyləqanski") indilikdə klana rəhbərlik etmək durumda deyil. İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnir. Xəbər verdiyimiz kimi, bu səbəbdən "Lənkəranski" klanının Türkiyəyə cavabdeh şəxsi kimi "Kurşa" ləqəbi ilə tanınan 44 yaşlı Qoça Çinçaridze tanınıb. "Qanuni oğru" adını 19 yaşında alan Qoça son illər Türkiyədə məskunlaşmışdı. Qeyd edək ki, "Lənkəranski"nin beynəlmiləl (ermənilərdən başqa) hesab edilən klanında əsas söz sahibləri gürcülər olub. Bu səbəbdən "Lənkəranski"nin xələfi kimi gürcü "qanuni oğru"ların tanına bilmək ehtimalı əvvəldən də böyük idi.

Bu ərəfədə isə "Rövşən Lənkəranski"nin ən yaxın adamlarından olan Merab Canqveladze ("Merab Suxumski") azadlığa buraxılmalıdır. Bir neçə il əvvəl Avropada Rusiya mafiyasına qarşı əməliyyatda həbs edilən Canqveladze "Lənkəranski" ilə ən yaxın müttəfiq və "Ded Xasan" klanının ən qatı düşmənlərindəndir. Onun həbsi "Lənkəranski"nin faktiki təklənməsi kimi qiymətləndirilirdi.

Oktyabrın 18-də cəza müddəti tamamlanan "Suxumski"nin qayıdışı "Lənkəranski" klanına əlavə güc qata bilər. Belə iddialar da var ki, "Suxumski"nin ilk işlərindən biri məhz "Lənkəranski"nin intiqamını almaq ola bilər. Nəzərə alsaq ki, "Lənkəranski"nin intiqamı hələ alınmayıb, bu səbəbdən də "Suxumski"nin azadlığa çıxması ilə kriminal aləmdə yeni müharibə də alovlana bilər.

Rusiya hüquq-mühafizə orqanları məhz bu kimi səbəblərdən "Suxumski"nin Rusiyaya qayıtmasını istəmirlər. Rusiya KİV-lərinin xəbərinə görə, hələ iyun ayında Moskva məhkəməsinin hakimi Nelli Rubçovanın sədrliyi ilə keçirilən prosesdə "Suxumski"in Rusiya vətəndaşlığının ləğvinə baxılıb.

Qərara görə, "Suxumski" özü haqqında doğru məlumat verməməsi səbəbində vətəndaşlığına son verilib. Gələn həftə bu məsələ ilə bağlı apelyasiya şikayətinə baxılacaq və son qərar veriləcək. Əgər qərar qüvvədə saxlanılsa, Rusiyaya qayıdan kimi deportasiya olunacaq. Məlumatda bildirilir ki, "Suxumski" Rusiya vətəndaşlığından çıxarılarsa, o, Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Çünki Qazaxıstanın hüquq-mühafizə orqanları onu bir sıra cinayətlərdə suçlayır. Xatırladaq ki, "Şakro" da iki il əvvəl İspaniya həbsxanasından buraxılanda Rusiyanın onu Gürcüstana təhvil verəcəyi deyilirdi. Amma Rusiya "Şakro"nun vətəndaşlığını ləğv etmədi və bəzi razılaşmalar əsasında bu ölkədə yaşamasına izn verdi. (O isə belə görünür ki, razılaşmaları pozduğu üçün həbs edilib və hələ uzun illər azadlıq üzü görməyəcək). Rusiya KİV-ləri yazır ki, "Suxumski" "nömrə 1" olmağa ən real namizəddir.

Kriminal aləmin ən odioz fiqurlarından olan "Suxumski" haqda məlumatlar çox azdır. "Suxumski" haqqında məlumatın niyə çox az olduğunu onunla bağlı "YouTube"də olan qısa videodan anlamaq mümkündür. "Merab Suxumskidən master-klass" başlıqlı həmin süjetdə istintaqçının ona hətta ad və soyadı ilə bağlı verdiyi suallar cavabsız qalır. "Master-klass" "oğru dünyası"nda "görməmişəm, eşitməmişəm, bilmirəm" sözlərini ehtiva edir.

"Yeni Müsavat"ın xəbərinə görə, Merab Canqveladze 1962-ci ilin noyabr ayının 20-də Suxumidə anadan olub. "Qanuni oğru" adını gənc yaşlarında alıb və kriminal aləmdə onun ailəsini təmsil edən kiçik qardaşı da var. 1975-ci ildə anadan olan Levan da "Suxumski" ləqəbi ilə tanınır və "Lənkəranski" ilə yaxşı münasibətləri olub.

Rusiya mafiyasının "xaç atası" Vyaçeslav İvankovla ("Yaponçik") uzun illər qarşıdurmada olan Merab 2009-cu il iyulun 28-də avtoritetə olan sui-qəsddə əsas şübhəli kimi tanınıb. "Yaponçik" tərəfdarları iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında "Lənkəranski" ilə yanaşı Merab da var. "Ded Xasan"ın qətlindən sonra da "Suxumski" və "Lənkəranski"nin adları sifarişçilər siyahısında birgə hallanıb.

"Yaponçik"in öldürülməsindən sonra "Suxumski"nin "Ded Xasan"la da münasibətləri daha da pisləşir. Bu dəfə əzəli rəqiblər Soçidə-2014-cü il qış olimpiadası üçün tikilən obyektlərə nəzarət uğrunda mübarizədə toqquşublar.

2010-cu ildə Usoyan Moskvada 50 nəfər "qanuni oğru" nun iştirakı ilə Merab Suxumskinin "şəxsi işinə" baxılması üçün "sxodka" çağırıb. Deyilənə görə, "Ded" sanki məhkəmədəki kimi Merabla bağlı ortaya sənədlər və şahidlər qoyub. Söhbətin hansı sübutlardan getdiyi açıqlanmasa da, nəticə "Ded Xasan"ın istədiyi kim olur. Merab "oğru" adından məhrum edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5021   Tarix: 30 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

28.03.2024 302
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0