"Qəti qərar qəbul etməyin vaxtı çatıb" - Leyla Əliyeva

"Qəti qərar qəbul etməyin vaxtı çatıb" - Leyla Əliyeva"Azərbaycan şərq müdrikliyi və qərb tərəqqisinin qovuşuğunda, Şərqlə Qərbin kəsişməsində yerləşən, qədim ənənələri və zəngin tarixi olan ölkədir".

BiG.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" adlı "dəyirmi masa"nın rəhbəri qismində çıxışı zamanı deyib.

Leyla Əliyeva qeyd edib ki, Azərbaycan keçmişdə tarixi İpək Yolu üzərində iri mərkəz olub: "Bu da ölkə mədəniyyətinə böyük təsir göstərərək onu tolerantlığa, yeni ideyalar və dialoqa inanan ölkəyə çevirib".

Leyla Əliyevanın sözlərinə görə, "Davamlı inkişaf və ekoloji sivilizasiya" adlı "dəyirmi masa" bütün beynəlxalq birlik üçün çox mühüm məsələləri əhatə edir: "Biz hamımız bilirik ki, ekologiya və sivilizasiya - bir-birinə zidd olan iki termindir, çünki sivilizasiya min illər ərzində qlobal ekologiyanı pozur. Nəticədə biz bu gün bütün planetin təhlükə altında qaldığı vəziyyətdəyik. Lakin "ekoloji sivilizasiya" konsepsiyasının meydana çıxması göstərir ki, getdikcə daha çox insan bu vəziyyət haqqında bilir və ətraf mühiti qorumaq üçün fəaliyyət göstərməyə hazırdır. İrq, din, adət-ənənə və əqidəmizdən asılı olmayaraq, hamımız bir planetdə yaşayırıq və ümumi gələcəyi bölüşürük - ekoloji problemlər sərhəd tanımır. Bu problemlər bütün ölkələri təhdid edir və yalnız birgə işləyərək, bir-birimizi dəstəkləyərək müsbət nəticələrə nail ola bilərik".

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, planetin biomüxtəlifliyinin 50 faizindən çoxu məhv olub və biz tədricən bütün növlərin, bütün meşələrin və bütün yaşıl həyatın məhv olacağı zamana yaxınlaşırıq: "Buna görə də hesab edirəm ki, müzakirələr və diskussiyalar aparmağın çox vacib olmasına baxmayaraq, qəti qərarlar qəbul etməyin və fəaliyyət göstərməyin vaxtı çatıb. Əlbəttə ki, yalnız nikbin qalaraq və ümidləri itirmədən uğura nail ola bilərik. Ötən il beynəlxalq ictimaiyyət tarixi sıçrayış edib və nəhayət, ətraf mühitin tənəzzülünün birgə, əl-ələ verib qarşısını almaq üzrə razılığa gəlib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4750   Tarix: 29 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 381
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 556
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 301
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

10:11 171
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 195
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 186
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 617
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 415
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 269