Azərbaycanda avtomobillər kəskin bahalaşdı - Qiymət cədvəli

Azərbaycanda avtomobillər kəskin bahalaşdı - Qiymət cədvəliMaşın bazarında ikinci əl avtomobillərin qiyməti sürətlə bahalaşır. Demək olar ki, son aylarda müxtəlif markalı avtomobillərin qiyməti 1000-1500 manat bahalaşıb.

BiG.AZ xəbər verir ki, musavat.com-un müxbiri maşın bazarındakı son durumu öyrənmək üçün Badamdar qəsəbəsindəkı Avtomobil Satışı Mərkəzində olub və qiymətlərlə maraqlanıb. Ölkənin ən böyük avtomobil bazarı paytaxtın Badamdar qəsəbəsində həftənin şənbə və bazar günlərində fəaliyyət göstərir. Respublikanın dörd bir yanından avtomobil almaq və ya satmaq istəyənlər bu bazara üz tuturlar. Hər həftə burada yüzlərlə şəxsi və satışda olan avtomobillər müştərilərə təklif olunur.

Bazara qədərki bazar... Burada aldana bilərsiniz!
Badamdar bazarı avtomobil satışı ilə yanaşı, bir çox dəllalların qazanc yeridir. Əsasən bazar günləri bazarda maşın alverçilərin daha çox olur. Onları bazara çatmamış, "Qurd" qapısından bazarın girişinədək olan ərazidə görmək olar. Onlarla alverçi burada durub avtomobilini satmağa gələnləri yol kənarında saxlayıb, sövdələşmə aparır. Bu alverçilərin bazarda yox, məhz burada dayanmasının səbəbi isə avtomobili daha ucuz almaq istəyi ilə bağlıdır. Çünki bazardakı qiymətlərdən xəbəri olmayan şəxsləri burada aldatmaq daha asan olur. Bu səbəbdən də avtomobilini satmağa gətirən təcrübəli şəxslər bazara getməyi üstün tuturlar.

Avtomobil çox, alıcı yox..
Əvvəlki illərlə müqayisədə Badamdardakı maşın bazarında alıcılıq bir xeyli zəifdir. Həmişə müştərisi bol olan bazarda indi durğunluq yaşanır. Necə deyərlər, alıcıdan çox, satıcı var. Alverçilər də etiraf edir ki, bu durumun səbəbi maşınların bahalaşmasıdır.

Maşın alveri ilə məşğul olan Anar Rzayev avtomobillərin bahalaşmasının səbəbini idxalın azalması ilə əlaqələndirir: "Bildiyiniz kimi, ikinci əl avtomobillərin çoxu xaricdən gətirilirdi. Alverçilər ucuz olduğu üçün maşınları əsasən qonşu Gürcüstandan, Rusiyadan gətirirdilər. Sovet maşınları və "inomarka"lar idxal olunurdu. Ancaq ötən ildən başlayaraq avtomobil idxalı azaldı. Səbəb isə dolların kursunun tez-tez dəyişməsidir. Bununla yanaşı gömrük rüsumun artması da alverçiləri həvəsdən salır. Alverçilərin çəkdiyi zəhmətin xərci borcunu ödəmir. Əvvəllər bir maşından 1500 manat qazanc qalırdısa, indi 500 manat qalır. Mən də maşın alverindən uzaqlaşmışam. Ölkədaxili bazarlarda maşın alıb, satıram".

Bazarda yenə də"Mercedes" liderdir
Badamdar bazarına ən çox gətirilən maşın alman istehsalı olan "Mercedes" markalı avtomobillərdir. Bazarın ən qaynar hissəsi də bu maşınların ətrafındadır. Alverçilər və müştərilər "Mercedes"lərə üstünlük verirlər. Bunun səbəbi isə həmin avtomobillərin dayanıqlı olması və bazara çıxarılarkən tez satılmasıdır.

Şəxsi avtomobilini satmağa gətirən sürücülərlə də söhbət etdik. Banka olan kredit borcuna görə maşınını satışa çıxaran Raqif Səmədov "Mercedes E 240" markalı avtomobilini təcili satmalı olduğunu, lakin 3 həftədir sata bilmədiyini dedi: "Artıq üçüncü bazardır ki avtomobili sata bilmirəm. Bu gün səhər tezdən gəlmişəm, cəmi 2-3 nəfər qiymətlə maraqlanıb. Ancaq real alıcı yoxdur. Motorun həcmi 240 sm, buraxılışı 2000-ci ildir. Qiymətini 10.800 manat deyirəm. Real müştəri olsa 10.000 manata da sataram. Problemsiz, qəza görməyən maşındır".

Sovet maşınları "ölüb"... "Niva"lar isə istisnadır...
Bazarda çox az sayda Sovet istehsalı olan avtomobillər gözə dəyir. Ümumiyyətlə, Sovet maşınlarının "bazarı ölüb" desək, yanılmarıq. "Jiquli" markasından olan avtomobillərə ümumiyyətlə rast gəlinmir. Bunun isə iki əsas səbəbi var. Birincisi, Bakı əhalisi əsasən Avropa, Asiya istehsalı olan avtomobillərə üstünlük verir. İkincisi isə maşın alverçiləri Avropa və Asiya maşınlarından daha çox qazanc əldə edirlər.

Rusiya istehsalı olan maşınlar arasında yalnız "NİVA" markalı avtomobillər istisnadır. Bu markadan olan avtomobillərə adətən Bakıətrafı qəsəbələrdə və rayonlarda tələbat daha çoxdur.

"VAZ-2107" markalı avtomobilini satan Valeh Əliyev də bu durumdan gileylənir. Taksi sürücüsü işləyərək dolandığını deyən həmsöhbətim müştərilərin köhnə maşına minmədiyini deyir: "Bakıda taksi sürücüsü işləyirəm. Artıq sovet maşınına taksi kimi də minən yoxdur. Hamı "inomarka"lara qaçır. Bundan başqa, "VAZ-2107" markalı avtomobilləri polislər tez-tez saxlayıb, yoxlayırlar. Bu maşınlar "avtoş" maşını kimi tanındığı üçün maşının parametrlərini yoxlayırlar. Bir sözlə, tez-tez problem yaşayıram. Digər tərəfdən isə rahatlıq üçün bu avtomobillər sərfəli deyil. Müştəri isə yolu rahat getmək istəyir. Bunu bazarda satıb, üstünə də bir qədər qoyub "Opel Zafira" və ya "Mercedes E" seriasından almaq istəyirəm.

Avtomobil bazarında müxtəlif markadan olan avtomobillərin qiyməti ilə də maraqlandıq. Bakı Satış Mərkəzində bu günə olan avtomobillərin qiymətləri isə belədir:

2000-ci il "Mercedes c 200" - 7500-8000 AZN
2000-2001-ci il "Mercedes E 240" - 10.000-12.000 AZN
1999-2000 "Opel Astra" - 6000-7000 AZN
2011-ci il "WOLKSWAGEN" – "PASSAT" - 14.000-16.000 AZN
2009-cu il "Toyoto" "Prado" 27.000-29.000 AZN
2007-ci ilin "ML-320" - 25000 AZN
"HYUNDAİ - Elantra" 2010-cu il 18.000 AZN
2015-ci il "Toyoto" "Corolla" 35000 AZN
2014-cü il "DAEWO" "Gentra" 19.000 AZN
Qeyd edək ki, bu avtomobillər son 3 ay ərazində 10-15% bahalaşıb. Daha çox bahalaşmanın qarşısını alan amil isə bazarda alıcılığın zəif olmasıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3581   Tarix: 27 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28.03.2024 298
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191