Azərbaycanda uşaq bağçaları: ağlagəlməz QİYMƏTLƏR

Azərbaycanda uşaq bağçaları: ağlagəlməz QİYMƏTLƏR...Ölkədəki uşaq bağçaları onlara olan təlabatın 20-30 faizini ödəmir. İşləyərək ailəsinə yardımçı olmaq istəyən analar çıxılmaz durumdadır, özəl bağçalarda qiymətlər "ceyran belində", dövlət uşaq bağçalarında yer tapmaq isə dəryada balıq tutmaq sevdasından daha çətindir.

BiG.AZ xəbər verir ki, dövlət uşaq bağçalarında yer problemi son günlər ictimai təşkilatları, hətta siyasi partiyaları belə dilə gətirib.Bir neçə təşkilat məcburi köçkünlərin bağçalardan köçürülməsi, köhnə, bərbad durumda olan bağçaların təmir olunması ilə bağlı imzatoplama kampaniyası keçirib.Narazılar deyirlər ki, məsələn, minlərlə sakini olan Keşlə qəsəbəsindəcəmi 2 uşaq bağçası var və hər iki bağçada qaçqınlar məskunlaşıblar.Xətai rayonu, Gəncə prospekti, 14 ünvanında yerləşən 188 saylı bağçada həm qaçqınlar məskunlaşıb, həm də bina qəzalı vəziyyətdədir. 278 saylı bağçada da vəziyyət eynidir.Təbii ki, siyahını uzatmaq olar.

Uşaq bağçaları 2012-ci ilə qədər Təhsil Nazirliyinin tabeliyində olub.Amma bağçalarda keyfiyyətsiz qidalanma, təmir-tikinti işlərinin yubadılması kimi nöqsanlar nəzərə alınaraq məktəbəqədər tərbiyə müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.4 ildən sonra uşaq bağçalarının meriyadan alınaraqtəkrar nazirliyə qaytarılması məsələsi gündəmə gəlib.Bu dəfə də eyni iradlar və eyni vədlərlə...

Divarları bəzəyən elanlar: "Bağçada yer yoxdur"

"Ötən dərs ilinin sonundan uşaqları qoymağa bağça tapmırdıq.Keşlədəki bağçalarda deyirlər ki, bağçaların 2/3-də qaçqınlar qalır.100-dən çox ailə növbədədir.NZS qəsəbəsindəki bağçalarda isə divara yer olmadığına dair elanlar vurulub".

Bunu 2-ci qrup Qarabağ əlili Əhməd Rəhmanov sayta ünvanladığı müraciətində yazıb.

Şikayətçi deyir ki, meriyaya məktub göndərib və ona növbədə dayanması ilə tövsiyələrdən ibarət cavab məktubu göndəriblər."Məktubda yazıblar ki, Nizami rayonunda fəaliyyət göstərən 278 və 309 saylı uşaq bağçalarında boş yer yoxdur. Məktəbəqədər təhsil müəssisələrində uşaq qəbulunun normalara uyğun növbəlilik əsasında, ədalətli qaydada aparılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bütün bağçalara "məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə aparmaq üçün uşaqların qəbulu ilə bağlı müraciətlərin qeydiyyatı" kitabı paylanıb və müəssisələrə uşaq qəbulu bu kitab əsasında aparılır. Siz də həmin kitabda qeydiyyata düşün, vaxtı çatanda uşaqları bağçaya qəbul etdirə bilin.Amma növbənin nə vaxt çatacağı bəlli deyil. Buna görə də, digər vasitələrdən istifadə edib uşağı bağçaya qəbul etdirə bildim", - Ə.Rəhmanov deyir.

Bakı şəhər sakini Ramilə Aslanova isə deyir ki, metronun "İçərişəhər" stansiyasından tutmuş "28 May" stansiyasına qədər bütün bağçaları gəzib."Dedilər ki, boş yer yoxdur.Amma "hörmət" etsəydim, dərhal boş yer tapılardı.Sadəcə, onların dediyi məbləği verməyə imkanım çatmır.Bağçaların qarşısında elan vurmaqla özlərini sığortalamağa çalışırlar".

Ramilə və Əhməd kimiləri çoxdur.Hə, uşağın bağçaya qəbulu üçün "hörmət" əsasdır.Baxmayaraq ki, Bakı Şəhər İcra Hakimiyyəti hamının bildiyi bu məsələni təkzib etməklə deyənləri sübut etməyə səsləyir.İddialara görə, yerləşdiyi yerə, şəraitinə,statusuna və uşağın yaşına görə bağçaya uşaq qəbulu 200-500 manat arası dəyişir. Məsələn, Səbail, Nərimanov, Nəsimi, Yasamal rayonlarında bağçaların "hörməti" 500 manatdır.Xətai, Nizami, Sabunçu və ya Suraxanı rayonlarında isə nisbətən aşağı qiymətə "razılıq" əldə etmək mümkündür.

Bəs problemi necə həll etməli?

Əvvəlcə poblemin həlli üçün təklif edilən variantlara nəzər salaq. Cəmi 4 il əvvəl Təhsil Nazirliyini uşaqlara keyfiyyətsiz yemək verməkdə, bağça binalarının təmiri üçün ayrılmış vəsaiti mənimsəməkdə günahlandıranlar indi eyni ittihamı meriyaya qarşı yönəldirlər. İndi problemin həlli kimi bağçaların nazirliyin tabeliyinə qaytarılması təklifləri müzakirə edilir.Bəs bu vəziyyəti dəyişəcəkmi?

Təbii ki, yox.Bağçalar özəlləşdiriləndən sonra yerdə qalanlarla təlabatın ödənilməyəcəyi bəlli idi.Üstəlik hələ də onlarla bağça qaçqınların ixtiyarındadır.Son illər təmir olunan və yeni tikilən bağçaların sayı isə barmaqla sayılacaq qədər azdır.Qaçqınların təhsil müəssisələrindən köçürülməsi isə qeyri-müəyyən vaxtadək təxirə salınıb. Yəni 20 il gözləyənlər daha 5-6 il də səbr etməlidirlər. Ümid yeni bağçaların tikilməsinə qalıb, amma... Məsələnin "əmma"sı isəodur ki, bu sahə daha çox özəl sektorun ixtiyarına verilib.Hə, onu da xatırlayırıq ki, özəl uşaq bağçaları vergidən azad edilərkən millət vəkilləri bunu dövlətin "gələcək nəslə yaşıl işıq" yandırması kimi qiymətləndirmişdilər.Özəl uşaq bağçaları vergi verməməklə inkişaf edəcəkdi, say artacaqdı, rəqabət yaranacaqdı, nəticədə, hamı bu bağçalardan yararlana biləcəkdi. Özəl bağçalara edilən güzəştlərdən sonra say artdı, amma qiymətlərin fantastik məbləğindən bu müəssisələr hamı üçün əlçatan olmadı, indi əhalinin yalnız çox kiçik hissəsi bu imkandan yararlana bilir. Güzəşt məsələsində uşaqların gələcəyindən danışanlar bazar iqtisadiyyatı, azad sahibkarlıq kimi arqumentləri əsas gətirərək qiymətlərə müdaxilənin yolverilməz olduğunu açıqladılar. Bununla da, əslində özəl müəssisələrə edilən güzəştlərin uşaqlara deyil, bəzi iş adamlarına ərmağan edildiyinin şahidi olduq.

Özəl bağçalarda qiymətlər...

Özəl məktəbəqədər müəssisələrlə uşaqlarınbağçaya təlabatının ödəniləcəyi ilə bağlı hələ 4-5 il əvvəl Təhsil Nazirliyi və deputatların çıxışlarını dinləmişdik. Arzuedənlər də internetdə axtarış verməklə hörmətli deputatların, Təhsil Nazirliyinin bu sahəyə nəzarət edən rəsmilərinin qulağa xoş gələn çıxışlarına qulaq asa bilərlər. Biz isə özəl uşaq bağçalarındakı aylıq qiymətləri təqdim etmək istəyirik:

"Şəms" bağçası-300 manat (qiymətlərə 3 dəfə yemək, çay, mövsümə görə meyvə saatı, ingilis, rus dillərində hazırlıq daxildir)

"Çiçək" uşaq bağçası-300 manat (qiymətə qidalanma, məşğəllələr daxildir)

"Cosmoland" uşaq bağçası-500 manat (qiymətə qidalanma, ingilis dili, şahmat, rəqs kursları daxildir)

"Cücələrim" uşaq bağçası-300 manat (qiymətə 4 dəfə qidalanma, musiqi, məşğəllələr daxildir)

"Fidan" uşaq bağçası -250 manat (qiymətə qidalanma, məşğəllələr daxildir)

"Albalı" uşaq bağçası-350 manat (qiymətə qidalanma, məşğələ, ingilis, rus dilindən hazırlıq, gimnastika daxildir)

"Baby on Board" uşaq bağçası-350 manat (qiymətə qidalanma, musiqi, şahmat və s. daxildir)

"Baby Smile" uşaq bağçası - 400 manat (qiymətə qidalanma, rəsm, məntiq, yoqa, şahmat və s. daxildir)

"Bal balam" -300 manat (qiymətə qidalanma və məşğəllələr daxildir)

"Gül" uşaq bağçası-250 manat

"Happy Babies" uşaq bağçası - 500 manat

"Inci" uşaq bağçası -350 manat

"Bilgi dünyası" uşaq bağçası-350 manat

"Kindergarten Baku" uşaq bağçası-650 manat (ingilis dili qrupu), 500 manat (rus dili qrupu)

"Mickey`s House" uşaq bağçası-300 manat

"Play Orena" uşaq bağçası -400 manat

"Sehrli dayə" -400 manat

Qiymətlərə servis xidməti daxil deyil.Uşağını bağçaya servislə göndərmək istəyən valiseynlər əlavə 50-100manat ödəməlidirlər.Müraciət etdiyimiz özəl uşaq bağçaları yalnız bir ailədən iki uşaq gələcəyi halda güzəştlər ediləcəyini açıqlayırlar.Bu güəştlər isə 50 manatdan çox deyil. Yəni 500 manatlıq bağça seçib, iki uşağını göndərən valideynlərə 1000 deyil, 950 manat ödəmək "xoşbəxtliyi" təqdim olunur. Bu qədər...

Təbii ki, biz özəl müəssisələrin əleyhinə deyilik.Amma bu müəssisələrə güzəştlər tətbiq edilərkənuşaqların gələcəyinə yaşıl işıq yandırılması kimi cəmiyyətə sırınmasının doğru olmadığını söyləyirik.

Bəs valideynlər nə etməlidir?

Ramilə kimi övladı üçün bağça axtaranların sualına cavab vermək çətindir.Hazırda bu məsələyə salahiyyətli olan Bakı Şəhər İcra Hakimiyyəti növbə gözləməyi məsləhət görür.Təhsil Nazirliyi isə yalnız metodik tövsiyələrlə yaxasını geri çəkir.Son ümid yenə də bağça müdirələrinininsafına qalır.Doğrudur, bəzi bağçalardahəqiqətən də uşaq sıxlığından yer olmasa da, digərləri ilə "dil tapmağın" yollarını sınamaq lazımdır.Uşaq bağçalarının geniş ərazilərini çoxmərtəbəli bina tikənlərə "hədiyyə edən" dövlət qurumları isə hələ ki "ötür-ötür oyunu" ilə illəri yola verir.Görünən odur ki, bu məsələnin həlli hələ çox illəri yola salacaq.(virtualaz.org)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11502   Tarix: 25 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814