Duanın qəbul olunma şərtləri

Duanın qəbul olunma şərtləri

Hər bir əməldə olduğu kimi duanın da qəbul olması üçün zəruri olan şərtlər vardır. Onlardan ən mühüm olan bir neçəsini qeyd edək.

1. Dua edən şəxs etiqad etməlidir ki, Uca Allah heç bir şəriki olmadan onun duasını qəbul etməyə və istədiyini verməyə qadirdir.
Allahdan başqa ona fayda verə biləcək heç bir kəsin olmadığını, onu düşdüyü çətinlikdən qurtarmağa yalnız Allahın qadir olduğunu bilməli və etiraf etməlidir. Uca Allah buyurur:
"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir tanrımı var? Siz necə də az düşünürsünüz?". {ən-Nəml, 62}.

2. Duanı Allahdan başqa heç kəsə yönəltməmək.
Allahdan qeyrisindən kömək diləmək və ya Allahdan qeyrisindən istəmək olmaz. Hətta Allahla yanaşı başqa bir kəsə dua etmək də haramdır və bu əməl şirk sayılır. Uca Allah buyurur:
"Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kəsə dua etməyin!". {əl-Cinn, 18}.
Peyğəmbər (səlləllahu aleyhi və səlləm) Abdullah ibn Abbasa (radiyallahu anhumə) xitab edərək belə dedi:
"Bir şey istədikdə Allahdan istə, kömək dilədikdə Allahdan dilə". {Tirmizi 2516, əl-Albani «Səhih Cəmi» 7834.}

3. Dua etdikdə Allaha yaxınlaşmaq üçün şəriətin bizə öyrətdiyi hər hansı bir vasitədən istifadə etmək.
Şəriətdə təvəssül adlanan bu vasitələr üç növdür.

a) Uca Allahın Quran və ya mötəbər hədislərdə varid olan ad və sifətləri ilə təvəssül edərək istəmək.
Bu növün caiz olmasını isbatlayan ayədə Uca Allah buyurur:
"Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin". {əl-Əraf, 180}.

b) İnsanın özünün etdiyi hər hansı bir saleh əməlin müqabilində Allahdan istəməsi.
Buna dəlil mağaraya düşən üç nəfərin etdikləri dualardır. Onlar etdikləri saleh əməllər vasitəsilə Uca Allaha yaxınlaşdılar və Allah da onların dualarını qəbul etdi. Rəvayət edilir ki, Abdullah ibn Ömər (radiyallahu anhumə) demişdir: "Mən Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim:
"Sizdən əvvəl yaşamış ümmətlərdən üç nəfər səfərə çıxdı və (yolda) gecələmək üçün bir mağaraya çəkildilər. Onlar mağaraya daxil olduqdan sonra dağdan böyük bir qaya parçası yuvarlanıb yerə düşdü və mağaranın ağzını qapadı. Onlar (bir-birlərinə) dedilər: "Sizi bu qaya parçasından ancaq etdiyiniz yaxşı əməllərinizin (söhbət müsəlmanın Allah rizasını qazanmaq üçün etdiyi əməldən gedir) vasitəsilə Allaha dua etməyiniz qurtara bilər. Onlardan birisi dedi: "Ey Allahım! Mənim qoca ata-anam var idi. Mən hər axşam onlara süd içirtməmiş nə ailəmə, nə də xidmətçilərimə süd verərdim. Bir gün mən bir iş dalınca çox uzağa getdim, evə qayıtdıqda ata-anam artıq yatmışdı; mən onlar üçün süd sağıb gətirdım, lakin (gəlib) onları yatmış gördüm. Mən onlara süd içirtməmiş ailəmə və xidmətçilərimə süd vermək istəmədim. Odur ki, sübh açılanadək əlimdə (süd dolu) bardaq onların yuxudan oyanmasını gözlədim. (Nəhayət,) onlar yuxudan oyanıb südlərini içdilər. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu qaya parçasına görə düşdüyümüz (çətinlikdən) qurtar!" Bundan sonra (mağaranın keçidi) bir balaca açıldı, lakin onlar (bayıra) çıxa bilmədilər." Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: "Digəri dedi: "Ey Allahım! Mənim hamıdan çox sevdiyim bir əmim qızı var idi. Mən onun könlünü ələ almaq istədim, lakin o mənə könül vermədi. Aradan illər keçdi. Nəhayət, (quraqlıq ilində) o mənim yanıma gəldi və mən ona mənimlə yaxınlıq etmək şərtilə yüz iyirmi dinar verdim. O da buna razılıq verdi. Mən onu ağuşuma aldıqda o dedi: "Nikaha girmədən bakirəliyimi pozmağa sənə halallıq vermirəm." Mən onu ələ almaqla günah qazanacağımdan qorxdum, onu buraxıb getdim, ona verdiyim qızılı da ona bağışladım. Halbuki o mənim üçün ən əziz insan idi. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz (çətinlikdən) qurtar!" Bundan sonra qaya parçası yerindən tərpəndi, lakin onlar mağaradan çıxa bilmədilər." Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurdu: "Üçüncüsü dedi: "Ey Allahım! (Bir dəfə) mən bir dəstə işçi tutdum və onların hamısının zəhmət haqqını verdim. Yalnız biri öz zəhmət haqqını almadan çıxıb getdi. Mən onun zəhmət haqqını işə qoydum və onun malları artdı. Xeyli vaxt keçdikdən sonra həmin adam gəlib dedi: "Ey Allahın qulu, mənim zəhmət haqqımı ver!" Mən ona dedim: "Gördüyün bu dəvələr, inəklər, qoyunlar və kölələr sənin zəhmət haqqındır." O dedi: "Ey Allahın qulu, mənə istehza etmə!" Mən dedim: "Mən sənə istehza etmirəm." Bundan sonra adam malların hamısını sürüb apardı və onlardan heç bir şey saxlamadı. Allahım, əgər mən bunu Sənin Üzünü dilədiyimə görə etmişəmsə, bizi bu düşdüyümüz (çətinlikdən) qurtar!" Beləliklə, qaya parçası tamamilə aralandı və onlar oradan çıxıb getdilər." {əl-Buxari, 2272}.

c) Allahdan istəməyə qadir olan, həmçinin sağ olub səni eşidə bilən saleh insan vasitəsi ilə istəmək.
Rəvayət edilir ki, Ənəs ibn Malik (radiyallahu anhu) demişdir:
"Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) yaşadığı dövrdə insanlara quraqlıq üz vermişdi. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) cümə günü xütbə verərkən bir bədəvi ayağa qalxıb dedi: "Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et!" Peyğəmbər (səlləllahu aleyhi və səlləm) əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o, hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi (və ya başqa birisi) ayağa qalxıb dedi: "Ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!" Peyğəmbər (səlləllahu aleyhi və səlləm) əllərini göyə qaldırıb dedi: "Allahım! (Yağışı) üstümüzə deyil, ətrafımıza yağdır." Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə (səması) çalaya bənzədi (yəni göyün üzü açıldı və Mədinənin ətrafı buludlarla əhatə olundu). Qənat vadisində bir ay sel axdı, kənardan (Mədinəyə) gələn hər kəs bol yağışlar yağdığından danışırdı. {əl-Buxari, 933}.

4. Xeyirli şeylər istəmək.
Yəni haram olan bir şeyi istəmək, qohumluq əlaqələrini kəsmək və s. bu məzmunda dualar etməmək. Əbu Səid əl-Xudri (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi:
"Hər hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, (Allah) ona üç şeydən birini verər – ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər". (Əbu Səid) dedi: "Elə isə duaları çoxaldaq". Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi: "Allah daha çox verəndir". {əl-Buxari "Ədəbul-Mufrad" 710}

5. Uca Allahın duaları qəbul edəcəyi barədə gözəl zənn etmək.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi:
"Sizlərdən kim tələsməsə, duası qəbul olunar". {əl-Buxari, 6340} (Tələsməyi belədir ki): "Dua etdim, duam qəbul olmadı" (– deyir).
Digər bir hədisdə də belə deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) dedi:
"Sizlərdən kim günah olan şeyi və yaxud qohumluq əlaqələrinin kəsilməsini dua etmədikcə və ya: "Dua etdim, duam qəbul olmadı"– deyib, duanı tərk etməyə tələsməyincə, duası qəbul olunar". {əl-Buxari "Ədəbul-Mufrad" 710}.

6. Ürəkdən istəmək (yəni fikri yayındırmamaq).
Dua edən kəs etdiyi duanın əzəmətini dərk edib, dediyi sözləri anlamalıdır. Peyğəmbər (səlləllahu aleyhi və səlləm) buyurmuşdur:
"Bilin ki, Allah qəlblə istənilməyən duanı qəbul etmir". {Tirmizi, 3709}

7. Yeməyin, içməyin və geyimin halal olması.
Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (səlləllahu aleyhi və səlləm) demişdir:
"Ey insanlar! Həqiqətən Allah pakdır və O yalnız pak olanları qəbul edir. Həqiqətən Allah elçilərə nəyi əmr etmişdirsə möminlərə də onu əmr etmişdir: Allah (elçilərə) demişdir: "Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!" {əl-Muminun, 51} (Möminlərə isə belə) demişdir: "Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin" {əl-Bəqərə, 172}." Sonra Peyğəmbər (səlləllahu aleyhi və səlləm) saçları dağınıq və üst-başı toz-torpaq içində əllərini göyə qaldırıb "Ey Rəbbim! Ey Rəbbim!"- deyə dua edən bir kişini xatırladıb dedi: "Onun yediyi haram, içdiyi haram, geyindiyi haram, adam haramla bəslənib. Elə isə onun duası necə qəbul ola bilər?!" {Muslim, 1686}.
Allahdan qorxan şəxs bu cür haramlardan uzaq olmalıdır. Uca Allah da məhz bu cür insanların dualarını qəbul edir. Uca Allah buyurur:
"Allah ancaq müttəqilərdən qəbul edər!" {əl-Maidə, 27}.

Mənbə: http://burhan.az

loading...
f Paylaş
Bölmə: İslam Oxunub: 3621 Tarix: 19.09.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Suna20
Suna20 19.09.2016
Allah qebul edsin edilen dualarımızı Amin


Her güldüyünde Allaha şükür etmirsense,niye her ağladığında ona isyan edirsen?



 
Farqilit
Farqilit 19.09.2016
Bir wey isteyende Allahdan iste
Verse nemetdir, vermese***t!
Bir wey isteyende bawqasindan isteme
Verse minnetdir, vermese zillet


 
olqa18
olqa18 19.09.2016
Menim dualarim Insallah qebul olar...Allah xow niyyetle olunan dualari qebul etsin...Amin...
Sertap Erener___"Bir varmishim Bir yokmushum"

 
Gul_rengi
Gul_rengi 19.09.2016
Oxuduqca insanin ruhu dincelir,,bele xeberler tez-tez olsa sevinerem,,,cox tewekkur edirem xeber ucun
Birde dua edenin qelbide pak olmalidi ,,nifret ,,qezeb ,,kin bele weyler insanin qelbinde varsa duasi qebul olmaz


 
Marteeni
Marteeni 19.09.2016
Hemd olsun Alemlerin Rebbi Olan ALLAH'a..!
________2009---2016________

 
gulbeniz
gulbeniz 19.09.2016
Allah dualarimizi qebul etsin
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 19.09.2016
Allah qəlbində xayinlik olmayan pak qəlbli insanların duasını qəbul eləsin. Amin
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
DUZLU_NIK
DUZLU_NIK 19.09.2016
Rus fiziki ve Alman alimi ilk defe dunyanin geniwendiyini kewf etdiklerini deyende onlara bunun 1400 il qabag Quranda yazildigini deyrler.
Allah xestesi olanlara wefa versin ... Amin !!!