Azərbaycanlı müğənni ən bahalı maşın alıb [Foto]

Müğənni Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil alıb.

Müğənni Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil almasını təsdiqlədi. Müğənni maşını 5 ay əvvəl 960 000 avroya aldığını bildirdi. Onun sözlərinə görə, bununla da maşın kolleksiyasında olan avtomobillərinin sayını 50-yə çatdırıb.

Müğənni əlavə etdi ki, yeni maşını ilə bağlı mətbuata danışmaqla şou-biznesdəki müğənnilər kimi özünü reklam etmək məqsədi güdmür: "Aldığım maşın dünya miqyasında ən bahalı 2-3 maşından biridir. Bu maşının puluna 3-4 ədəd "Bentley" almaq olar. Bəzi müğənnilər maşınları, telefonları ilə özlərini reklam edirlər. Amma mənim belə işlərlə aram yoxdur. Mənim fikrimcə, yaxşı oxumaq lazımdır. Yaxşı oxu, istəyirsən, lap "Zaporojets" sür".

"1988-ci ildə Almaniyadan "Mercedes" gətirmişdim. O vaxt "Mercedes" Azərbaycanda yalnız İran səfirində vardı. Amma mən mitinqlər başlayan zaman "Mercedes"i sürməyə utandım, sonra isə satdım. Bunu deməklə onu göstərmək istəyirəm ki, maşınla özümü reklam etmirəm, əksinə, Azərbaycan mədəniyyətini təmsil edirəm. Qoy görsünlər ki, Azərbaycanda necə müğənnilər var", - C.Məmmədov dedi.

Azərbaycanın populyar müğənnisi Cavanşir Məmmədov öz stili ilə tanınan ifaçılardandır.
Bundan başqa, o, avtomobillərə, xüsusilə də lüks maşınlara olan sevgisi ilə tanınır. Onun aldığı son maşın da bu sevgiyə dəlalət edir.

Cavanşir Məmmədov "Rolls Royce Phantom 6,7 AT" markalı avtomobil alıb. Bu markanın 6,7 litr həcmli, 453 at gücünə malik mühərriklə təchiz edilmiş sözügedən modelinin minimal, baza komplektasiyada qiyməti 550 min dollardır.

Azərbaycanlı müğənni ən bahalı maşın alıb [Foto]Azərbaycanlı müğənni ən bahalı maşın alıb [Foto]Azərbaycanlı müğənni ən bahalı maşın alıb [Foto]Azərbaycanlı müğənni ən bahalı maşın alıb [Foto]Azərbaycanlı müğənni ən bahalı maşın alıb [Foto]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 18847   Tarix: 28 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1107
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1443
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1141
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18.04.2024 8190
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1397
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1136
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 311
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 1014
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1383