"ANS"in aparıcısı: "Sevdiyim xanımla facebookda tanış olmuşduq"

"ANS"in aparıcısı: "Sevdiyim xanımla facebookda tanış olmuşduq""ANS" televiziyasının tanınmış siması "Şəbəkə" verilişinin aparıcısı Rahil Sayadoğlunun BiG.AZ-a müsahibəsini təqdim edirik:

- Niyə Sayadoğlu?

- Atamın adını soyad kimi seçməyimin xüsusi bir səbəbi yoxdur. Atamla dostam. Ən çətin, ən məxfi söhbətlərimi belə onunla bölüşmüşəm və həmişə çox dəqiq məsləhətlər almışam. O kişi mənim həm dostum, həm redaktor həmkarım, həm müdirim, həm də kumirimdir. Belə tərif kimi çıxmasın, unikal adamdır. Həm riyaziyyat sahəsini mükəmməl bilir, həm də ədəbiyyatı. Belə adamın adını əbədiləşdirmək borcumdur.

- Səni kəşf edən "ANS"-dən ayrıldın, "Region tv"-yə keçdin. Qınanmadın ki?

- "ANS TV" həqiqətən məni kəşf etdi. İlk dəfə baş redaktorumuz Samira xanım dedi ki, verilişi özün apara bilərsənmi? Dedim apararam. Hər şey də elə bundan başladı. Mənə efir tribunası ayırdığına görə "ANS"-ə həmişə minnətdar olacağam. ANS-dən ayrıldığıma görə isə qınaq olmadı. Niyə qınasınlar ki? Sadəcə iş yerimi dəyişmişəm. Bu" ANS"-ə xəyanət deyil. Çünki mən hələ "ANS" bağlanmamışdan öncə bu təklifi almışdım və ilkin razılıq vermişdim.

- Aparıcılıq bir yana, həmçinin sosial şəbəkələrdə məşhur birisən. Qızlar seks barədə təklif edirmi?

- Bu çox həssas mövzudu ... Bu suala səmimi cavab versəm, camaat məni "topa tutar". Olub. Amma mən ictimaiyyətdən, ictimailəşməkdən ehtiyat edən adamam. İctimai qınaq çox güclü təsirə malikdir. Bir də görürsən hansısa məşhur adam haqqında sosial şəbəkələrdə bir xəbər yayılır və insanlar öz şərhləriylə o məşhuru rəsmən "dar ağacı"ndan "asırlar". Həmin adam isə özü barədə yazılanları oxuyur və vecinə də almır. Mən bu cür ola bilmərəm. Kütləvi təhqirlər məni sarsıdar. Utandığımdan profilimi bağlayaram. Ona görə də bu sual barədə ətraflı cavab vermək istəmirəm.

- Aparıcı olaraq toylara dəvət alırsanmı?

- İndiyə qədər belə dəvət olmayıb. Yalnız qohum əqrəbada bir-iki dəfə nişan mərasimində aparıcılıq etmişəm.

- Rahilin qələminə güc verən nə və ya kimdir?

- Yeganə güvəndiyim güc qələmimdir. Fiziki olaraq güclü deyiləm. 28 il ərzində cəmi 2 ya 3 dəfə əlbəyaxa davam ola ya olmaya. İradəm də o qədər güclü deyil. Hislərə tez qapılan adamam. Yeganə güclü tərəfim qələmimdir. Qələmimə güc verən isə hadisələr və bu hadisələrin qəhrəmanlarıdır. İstər şəxsi həyatımda, istərsə də ictimai formada baş verən haqsızlıqlar mənə daha çox yazmağa təkan verir. Amma hər zaman yaza bilirəmmi? Yaza bilmirəm. Bunu etiraf etmək isə çox ağırdır.

- Deyirlər toy olacaq və bu insanla sosial şəbəkələrdə tanış olmusan ...

- Belə bir şey ola bilərdi, əgər ayrılıq olmasaydı. Bəli, sevdiyim xanımla facebookda tanış olmuşduq. O bir söz var e, "indiki sevgilər bir "like", bir mesajla başlayır, "blok" etməklə, əngəlləməklə bitir". Bizdə də belə oldu. Bircə mesjından tanımışdım onu və aşiq olmuşdum. Amma iş elə gətirdi ki, hər şey bitdi və yaxşı ki, bitdi. Evlənmək yaşım gəlib çatıb ama hələ ki, namizədim yoxdur. "Ağır" dərddir. (gülür-red)

Həmzə Məmmədli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10405   Tarix: 02 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763