Sumqayıtda ŞOK OLAY: "Bir də ayıldım ki, sağlam uşaqlığımı çıxarıblar"

Sumqayıtda ŞOK OLAY: "Bir də ayıldım ki, sağlam uşaqlığımı çıxarıblar""Mədəmdəki ağrılara görə xəstəxanaya getdim. Əlini qarnıma sürtdü, dedi, ""şiş" var, təcili əməliyyata götürülməlisən". Məni elə oradanca Sumqayıtdakı "Şəfqət" özəl klinik xəstəxanasına göndərdi".

"BİR DƏ AYILDIM Kİ, ƏMƏLİYYAT MASASINDAYAM"

BiG.AZ baku.ws-ə istinadən bildirir ki, AzadlıqRadiosunun "Qaynar xətt"inə danışan Ağdam köçkünü Sevinc Mirzəyevanın iddiasına görə, Sumqayıt şəhərində fəaliyyət göstərən "Şəfqət" özəl tibb klinikasında ona səhv diaqnoz qoyaraq uşaqlıq orqanını çıxarıblar. Üstəlik, ona xərçəng diaqnozu qoyulub. Nəticədə hər gün ölüm qorxusu yaşaya-yaşaya psixoloji problemləri yaranıb:

"Mən mədəmə görə 1 saylı şəhər xəstəxanasına müraciət etmişdim. Orada həkim Şaban Əhmədovun yanına ötürdülər ki, müayinə etsin. O da əlini qarnıma sürtüb dedi ki, "şişdir, get yaxınlqıdakı "Şəfqət"ə, bir azdan mən də gəlirəm. Səni orada ultrasəs müayinədən keçirəcəm. Bir azdan "Şəfqət" özəl klinik xəstəxanasında görüşdük. Mənə iynə vurdu. Dedi ki, guya vurduğu müayinənin nəticəsini düzgün göstərsin deyə, qarına su yığmaqdan ötrü dərmandır. İynədən sonra nə baş verib, xəbərim olmayıb. Bir də ayıldım ki, əl-qolum bağlı əməliyyat masasındayam. Sən demə, mənə narkoz vurub əməliyyat ediblər, sağlam vəziyyətdə olan uşaqlığımı çıxarıblar".

"ÖZÜMÜN DƏ XƏBƏRİM OLMAYIB"

Sevinc Mirzəyeva danışır ki, növbəti gün ondan xəstəxanaya 1500 manat ödəyib oranı tərk etməsini istəyiblər. O isə razılığı və xəbəri olmadan əməliyyata götürüldüyünə görə həkimlərdən şikayət edəcəyini bildirib:

"Evimə, müdirimə zəng vurdum, başıma gələnləri danışdım. Dedilər, "iki gündür səni axtarırıq, artıq polisə müraciət etmək fikrindəydik". Bildirdim ki, heç özümün də xəbərim olmayıb, müayinəyə gəlmişəm, tutub narkoz vurub əməliyyat eləyiblər. Müdirim xəstəxanaya gəlib 450 manat verdi, bildirdim ki, əməliyyatı və xərcini özümlə əvvəlcədən razılaşdırmadıqları üçün ondan artıq pul verməyəcəm".

Dediyinə görə, xəstəxananı tərk edəndə həkim ona xərçəng diaqnozu qoyub. O da bir müddət psixoloji sarsıntı içərisində yaşayıb:

"Canımı incitdikləri azmış kimi, mənə nə boyda psixoloji, mənəvi zərbə vurdular. 3 ayın hər anını, hər dəqiqəsini həyəcanla, qorxuyla yaşadım. Psixoloji pozuntuya məruz qaldım. Hələ də psixoloq yanına gedirəm. Təsadüfən başqa bir həkimə müraciət edəndə bildirdim ki, "mənə xərçəng diaqnozu qoyulub". Başdan-ayağa müayinələrdən keçdim, həkim güldü, dedi, "səni aldadıblar".

"BOŞ YERƏ VAXT İTİRİRSİZ"

Sevinc Mirzəyeva Türkiyə vətəndaşı ilə nikaha girmək istəyir, ancaq həkimlərin səhv diaqnozu nəticəsində sağlam uşaqlığını itirdiyindən ana olmaq şansından məhrumdur. O, həkimlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

"Sumqayıt prokurorluğuna müraciət etdim, dedilər, "get, məhkəməyə ərizə yaz. Məhkəməyə müraciət edirəm, deyir, "get, prokurorluğa müraciət elə". Səhiyyə Nazirliyinə müraciət etdim, çağırdılar, onlar da məhkəməyə müraciət etməyimi məsləhət gördülər. Üstəlik də əlavə etdilər ki, "boş yerə vaxt itirirsiz. Bu şikayətlərinizin nəticəsi yoxdur".

Sevinc Mirzəyevanın sözlərinə görə, 7 ay xəstəxanaya gedib-gələndən sonra epikriz ala bilib.

"BÜTÜN ORQANLARI GÖTÜRÜLMƏSƏYDİ..."

AzadlıqRadiosu Şaban Əhmədovla əlaqə saxlamağa cəhd göstərsə də, alınmayıb. Həkim məsələ ilə bağlı "Qafqaznews" saytına bildirib ki, Sevinc Mirzəyeva xəstəxanaya daxil olarkən vəziyyəti ağır olub. Ona "papillar kistoma" diaqnozu qoyulub və həmin diaqnoz əsasında əməliyyata götürülüb: "Onun bütün orqanları götürülməsə idi, gələcəkdə həmin orqanlarda xərcəng yaranacaqdı", - həkim bildirib.

Şaban Əhmədov onu da qeyd edib ki, əməliyyata götürülməzdən əvvəl xəstə hərtərəfli məlumatlandırılıb və könüllü razılıq verib.

Səhiyyə Nazirliyindən "Qaynar xətt"ə bildirilib ki, Sevinc Mirzəyevanın nazirliyə şikayəti daxil olmadığından araşdırma aparmayıblar.

Sevinc Mirzəyeva Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "Qaynar xətt"inə zəngindən sonra nazirliyin əməkdaşı tərəfindən qəbul olunduğunu, həmin əməkdaşın da ona məhkəməyə müraciət etməyi məsləhət gördüyünü deyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 12882   Tarix: 30 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27.03.2024 398
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

17:27 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

"Gəlinimə səsimi də ucalda bilərəm"

"Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə nə edirdilər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdə

10:18 0