"Eurovision" təmsilçimiz həbs olundu

Samir Cavadzadə duet ortağı Elnur Hüseynovun qardaşını bıçaqlayıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Elvin Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Nəsimi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, E. Hüseynov Azərbaycanı "Eurovision"-da təmsil edən Samir Cavadzadə tərəfindən bıçaqlanıb. S. Cavadzadə saxlanılıb.

Qeyd edək ki, bıçaqlanan E. Hüseynov Samir Cavadzadə ilə birgə 2008-ci ildə Azərbaycanı "Eurovision"-da təmsil edən Elnur Hüseynovun qardaşıdır.

"O, fotoqrafdır, həmin şəxsin bizim ailəmizlə heç bir əlaqəsi yoxdur"

"Müğənni Samir Cavadzadənin bıçaqladığı şəxs mənim qardaşım deyil".

Bunu "Eurovision 2008" təmsilçimiz Elnur Hüseynov deyib. Sənətçi qardaşının olmadığını, bir bacısı olduğunu deyib. Onun sözlərinə görə, bıçaqlanan Elvin Hüseynov Samir Cavadzadə ilə işləyib: "O, fotoqrafdır. Həmin şəxsin bizim ailəmizlə heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, bu gün səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında bıçaqlanma hadisəsi baş verib. Həmin ünvanda yaşayan Elvin Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 11370   Tarix: 21 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

15:13 94
.

İsraildə həbsdə olan fələstinlilərin sayı 3660 nəfəri ötüb

İsrail həbsxanalarında inzibati həbs olunan fələstinlilərin sayı artıb. BİG.AZ xəbər verir ki, həbsxanada olanların sayı 3660 nəfərə çatıb. Bu barədə Fələstin Əsirlər Assosiasiyası və Fələstin Azadlıq Təşkilatının Əsir və Azad edilmişlər üzrə Komitəsi bəyanat yayıb. Qeyd edək ki, fələstinlilərə qarş

15:26 110
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

14:04 164
.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

13:06 139
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 891
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 487
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

13:12 216
.

"Azərbaycan dünyanın beyin mərkəzlərinin əsas toplantı nöqtələrindən biri halına gəlib" - Politoloq

"COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb. Səfərdə 30 ölkədən 64 beyin mərkəzinin nümayəndəsi iştirak edir. Mövzu ilə bağlı -a danışan politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın dünyada hörmətə malik olan, həm indi

15:27 199
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

17:03 595