Şəhid hərbçinin ailəsi kompensasiya ala bilmir

Şəhid hərbçinin ailəsi kompensasiya ala bilmir1991-1994-cü illərdə yenicə yaranmaqda olan Milli Ordu hissələrinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı xeyli sayda hərbi qulluqçu itkin düşüb.

1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra itkin düşən hərbi qulluqçuların axtarışı üçün aidiyyəti dövlət qurumları tərəfindən işlər görülüb. Lakin əlaqədar təşkilatların köməyi ilə də aparılan axtarışlar heç bir nəticə verməyəndə, 1997-ci ildən başlayaraq itkin düşən hərbiçilərin ailələri sənədləşmə aparmaq məqsədilə məhkəmələrə üz tutmağa başladılar. Həmin vaxtdan başlayaraq indiyə qədər bu kateqoriyadan olan xeyli sayda hərbi qulluqçu məhkəmə qaydasında ölmüş elan olunub. Qanunla da itkin düşənin ölmüş elan edilməsi barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün həmin şəxsin öldüyü gün hesab olunur.

Torpaqların müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən sığorta pulu verilir. Amma zərərçəkən Zülfüqarov Ehtiram Tacəddin oğlu 3 ildir ki sığorta ödənişini ala bilmir.

Ona görə də, o Dövlət Sığorta Kommersiya Şirkətini ("Azərsığorta"nın) 11.000 manat sığorta ödənişini vermədiyi üçün məhkəməyə verib. Belə ki, 04 aprel 1997-ci il tarixində məhkəmə qətnaməsi ilə ölmüş elan olunan Hacəmməd Zülfüqarovun qardaşı E.Zülfüqarov "Azərsığorta"-ya qarşı məhkəmədə "hərbi xidmət zamanı həlak olmuş hərbi qulluqçunun varislərinə qanunla nəzərdə tutulan sığorta pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə çıxış edib.

Binəqədi rayon məhkəməsi iddiaçının tələbini təmin edən qətnamə çıxardıb. Bu qətnamə ilə razılaşmayan "Azərsığorta" apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 14 may 2013-cü il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Qətnamədə bildirilir ki, Hacəmməd Zülfüqarov 14 fevral 1994-cü il tarixdə Murovdağ döyüşlərində itkin düşüb.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının hər bir vətəndaşı hərbi xidmətə çağırılarkən hərbi hissənin siyahısından çıxarılana kimi, yəni hərbi xidmətdə olduğu dövrdə "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanuna uyğun olaraq icbari sığorta olunurlar.

Şəhid hərbçinin ailəsi kompensasiya ala bilmir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1209   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988