Moskvada azərbaycanlıların obyektləri sökülür – Fotolar

Moskvada azərbaycanlıların obyektləri sökülür – FotolarÖtən gecədən başlayaraq Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinin sökülməsinə başlanıb.

Paytaxt meriyasının müvafiq qərarı ilə metro stansiyaları ətrafında gediş-gəlişə maneə olan bütün qeyri-qanuni tikililər sökülüb.

Paytaxtda ümumilikdə 107 qanunsuz tikilinin söküntüsünə sanksiya verilib. Həmin obyektlərdə əsasən gül-çiçək və ərzaq dükanları, aptek, telefon və rabitə salonları, kafe, avtoyuyucu xidmətləri yerləşib. İri ticarət mərkəzlərindən biri, "Elektrozavodskaya" metrosu yaxınlığında yerləşən "Elektron" ticarət mərkəzi də sökülən obyektlərin siyahısına salınıb.

Xatırladaq ki, bu, Moskvada qanunsuz tikililərin sökülməsinin ikinci dalğasıdır. Birinci dalğa bu ilin fevral ayında başlayıb. Həmin vaxt paytaxt hökuməti 100-ə yaxın tikilini sökmüşdü. Obyektləri sökülənlər arasında azərbaycanlılar da var. Paytaxtın "Yujnaya" metro stansiyası ətrafında böyük ikimərtəbəli obyekti sökülən azərbaycanlı Vaqif Əliyev bildirib ki, ona məxsus olan tikilini əslində bu ilin fevral ayında sökmək istəyiblər: "O zaman burada obyektləri olan digər iş adamları ilə birlikdə məhkəməyə müraciət etdik. Neçə ay idi ki, meriya ilə məhkəmə çəkişməsi gedirdi. Nəhayət, iyun ayının sonunda məhkəmə bizim əleyhimizə qərar çıxardı".

V. Əliyev ona məxsus tikilinin qanunsuz olub-olmaması məsələsi ilə bağlı suala belə cavab verib: "Əlbəttə ki, qanunsuz deyildi. Bütün sənədləri qaydasında idi. Obyektim metro stansiyasının elə də yaxınlığında deyildi. Sadəcə olaraq, bu tikililər 90-cı, 2000-ci illərdə bundan əvvəlki merin vaxtında tikilmişdi. Onların vaxtında sənədləşdirilmişdi. Fevral ayında bizim obyektin yanında yenə həmyerlimizə məxsus böyük obyekt söküldü. Azərbaycanlıya məxsus "Yujnaya noç" restoranı, onun altındakı müxtəlif dükanlar yerlə-yeksan edildi. Adını da qoydular ki, metro stansiyasının çıxışına yaxındır, gediş-gəlişə mane olur. Təklif etdikləri ticarət pavilyonlarında da icarə haqları çox bahadır".

V. Əliyev ümumilikdə metro stansiyaları ətrafında yerləşən obyektlərin əksəriyyətinin əsasən Orta Asiya ölkələri və Ermənistan vətəndaşlarına məxsus olduğunu söyləyib: "Metro ətrafındakı kiçik ticarət çadırları ermənilər, özbəklər və qırğızlara məxsusdur".

Meriyanın daşınmaz əmlak üzrə dövlət müfəttişliyinin sədri Sergey Şoqurov sökülən obyektlərin yerində yenilərinin tikilməsinin planlaşdırılmadığını söyləyib. O, iki ay əvvəl obyekt sahiblərinə söküntü işlərinin aparılacağı ilə bağlı xəbərdarlıq edildiyini də bildirib.

Qeyd edək ki, avqustun 28-də gecə saatlarında Moskvanın "Krapotkinskaya", "Ulitsa 1905 qoda" "Dmitrovskoe", "Şolkovskoe", "Vıxino", "Pervomayskaya", "Yujnaya", "Naqatinskaya" və "Ulitsa Akademika Yangelya" metro stansiyaları ətrafında bütün qanunsuz tikilələrin sökülməsinə başlanılıb.
Moskvada azərbaycanlıların obyektləri sökülür – FotolarMoskvada azərbaycanlıların obyektləri sökülür – FotolarAPA.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 21103   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428