Dollar 3 manatı da keçəcək - Ekspertdən bədbin proqnoz

Dollar 3 manatı da keçəcək - Ekspertdən bədbin proqnoz"Əgər bizim valyuta ehtiyatlarımız elan olunandan azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək".

Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov son günlər yaranmış dollar qıtlığına və manatın yaxın vaxtlarda talehinə münasibət bildirərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə son situasiya göstərir ki, manatla bağlı iki variantdan biri baş verəcək:

"Birincisi Mərkəzi Bank devalvasiyaya gedəcək. Bu həm kəskin, həm də tədricən ola bilər. Bu günki vəziyyətdə dollar almaq mükün deyil. Bu da çox davam edə bilməz.

İkinci variant odur ki, dollar satışı davam edəcəyi halda, xaricdəki aktivlər Azərbaycana gətrilməlidir. Bu da o deməkdir ki, valyuta ehtiyatlarımız azalan xətlə gedəcək. Bu iki seçimdən biri olacaq. Mərkəzi Bank devalvasiyaya getməlidir ki, ehtiyatların azalmasının qarşısını alsın. Necə ki, ötən ilin fevralında və dekabrında devalvasiya ehtiyatların azalmasının qarşısını aldı. İstənilən halda ikinci variant da çox davam etməyəcək. Ona görə indi də olmasa ilin axırına qədər kəskin devalvasiya qaçılmazdır".

Ekspert bildirib ki, devalvasiya ilə bağlı dəqiq göstərici demək mümkün deyil: "Nə qədər istəyirlər o qədər də edirlər. Aydındır ki manatın bu günki qiyməti sünidir. Manat sərbəst buraxılsa, 1 dollar iki manatı keçəcək. Hara kimi gedib çıxacağı da məlum deyil . Dollar 3 manata qədər də gedib çıxa bilər. Bu valyuta ehtiyatlarının həcmindən asılıdır. Mərkəzi Bank 4 milyard, neft fondunda isə 35 milyard ehtiyat olduğu deyilir. Amma həmin ehtiyatların hamısı pulda deyil. Bu ehtiyatların xeyli hissəsi daşınmaz əmlakda və başqa sahələrdədi. Əgər bizim valyuta ehtiyatlarımız elan olunandan azdırsa, dollar 2 manatı deyil, 3 manatı da keçəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2277   Tarix: 29 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865